https://sputnik.az/20220217/kelle-qendle-bagli-tehluke---agardici-qatilir-439284000.html
Kəllə qəndlə bağlı təhlükə - Ağardıcı qatılır?
Kəllə qəndlə bağlı təhlükə - Ağardıcı qatılır?
Sputnik Azərbaycan
SO2 kimyəvi maddəsindən əsasən sənayedə parça ağartma, dəri aşılama, xalça yuma kimi sahələrdə istifadə olunur. 17.02.2022, Sputnik Azərbaycan
2022-02-17T23:40+0400
2022-02-17T23:40+0400
2022-02-17T23:40+0400
qənd
cəmiyyət
kəllə
təhlükə
https://cdnn1.img.sputnik.az/img/42300/41/423004185_0:141:3141:1908_1920x0_80_0_0_eff513d7f693035a6ef2873ab4acaab3.jpg
BAKI, 17 fevral — Sputnik. Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nın apardığı işlər davamlı deyil, epizodikdir.Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) məlumat verib. Qurumun məlumatında bildirilir ki, 2019-cu ildə bütün müvafiq dövlət qurumlarına, o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) rəsmi müraciətlər edilib. Respublika Prokurorluğu, Dövlət Gömrük Komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülüb: "Kəllə qənd istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sıra qənnadı məmulatlarının istehsalı müəssiələrində reydlər kecirilib, qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunublar. Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər. Amma proses bu gün də davam edir.AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirib, bir kəllə qənd nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda geniş şəbəkə ilə satıldığını müəyyən edib. AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq üçün əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu seçirlər. Xatırladaq ki, şəkər tozundan bəyaz kəllə qənd əldə etmək üçün iki üsul mövcuddur:1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük fırlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn sentrifuqa qurğusuna yerləşdirilir, burada yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla tam bəyaz “kəllə qənd” əldə olunur.2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə - kükürd dioksid (SO2) əlavə edilir, sarı rəngli məhlul bəyaz rəng alır. Bundan sonra məhlul qəliblərə yerləşdirilib soyudulur və gözlə sarılığı çətinliklə ayırd edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.SO2 kimyəvi maddəsindən əsasən sənayedə parça ağartma, dəri aşılama, xalça yuma kimi sahələrdə istifadə olunur".Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri o yerə gətirib çıxarıb ki, hətta kimyəvi yolla kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə haqq qazandırıblar. Məsələn, MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında 1 kq bəyaz kəllə qənddə maximum 15 milliqram kükürd dioksidin ola bilməsi nəzərdə tutulur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə "Tayqa Ticarət” müəssisəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratoriya tədqiqatı 1 kq məhsulda 70,2 mq kükürd dioksid olduğunu göstərib. Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) çox!AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək üçün bol-bol istifadə edirlər!İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir. Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə, bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar geri çağırılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42300/41/423004185_205:0:2936:2048_1920x0_80_0_0_d6197587fd58d84baab9ae5388dbe220.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
süfrəmizdə bomba kimi təhlükə: kəllə qənd necə bəyaz olur?
süfrəmizdə bomba kimi təhlükə: kəllə qənd necə bəyaz olur?
Kəllə qəndlə bağlı təhlükə - Ağardıcı qatılır?
SO2 kimyəvi maddəsindən əsasən sənayedə parça ağartma, dəri aşılama, xalça yuma kimi sahələrdə istifadə olunur.
BAKI, 17 fevral — Sputnik. Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nın apardığı işlər davamlı deyil, epizodikdir.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) məlumat verib. Qurumun məlumatında bildirilir ki, 2019-cu ildə bütün müvafiq dövlət qurumlarına, o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) rəsmi müraciətlər edilib. Respublika Prokurorluğu, Dövlət Gömrük Komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülüb:
"Kəllə qənd istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sıra qənnadı məmulatlarının istehsalı müəssiələrində reydlər kecirilib, qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunublar. Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər. Amma proses bu gün də davam edir.
AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirib, bir kəllə qənd nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda geniş şəbəkə ilə satıldığını müəyyən edib. AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq üçün əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu seçirlər. Xatırladaq ki, şəkər tozundan bəyaz kəllə qənd əldə etmək üçün iki üsul mövcuddur:
1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük fırlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn sentrifuqa qurğusuna yerləşdirilir, burada yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla tam bəyaz “kəllə qənd” əldə olunur.
2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə - kükürd dioksid (SO2) əlavə edilir, sarı rəngli məhlul bəyaz rəng alır. Bundan sonra məhlul qəliblərə yerləşdirilib soyudulur və gözlə sarılığı çətinliklə ayırd edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.
SO2 kimyəvi maddəsindən əsasən sənayedə parça ağartma, dəri aşılama, xalça yuma kimi sahələrdə istifadə olunur".
Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri o yerə gətirib çıxarıb ki, hətta kimyəvi yolla kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə haqq qazandırıblar. Məsələn, MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında 1 kq bəyaz kəllə qənddə maximum 15 milliqram kükürd dioksidin ola bilməsi nəzərdə tutulur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir).
Ölkəmizdə "Tayqa Ticarət” müəssisəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratoriya tədqiqatı 1 kq məhsulda 70,2 mq kükürd dioksid olduğunu göstərib. Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) çox!
AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək üçün bol-bol istifadə edirlər!
İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir. Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.
O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə, bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar geri çağırılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.