Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"DXR" və "LXR" tanınacaqmı? - Putin hələ cavab verməyib

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidПресс-секретарь президента РФ Дмитрий Песков
Пресс-секретарь президента РФ Дмитрий Песков - Sputnik Azərbaycan, 1920, 17.02.2022
Abunə olmaq
Rusiya Federasiyasının Dövlət Duması çərşənbə axşamı "DXR" və "LXR"-in tanınmasının zəruriliyi ilə bağlı Rusiya prezidentinə müraciətə səs verib.
BAKI, 17 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının "Donetsk Xalq Respublikası" ("DXR) və "Luqansk Xalq Respublikası"nın tanınması ilə bağlı müraciətinə hələ cavab verməyib. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cümə axşamı günü jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə görə, Rusiya hakimiyyətinin bundan sonrakı hərəkətləri prezidentin qərarından asılıdır.
"Xeyr (cavab verməyib - red.). Əlbəttə ki, nəzərə alınıb. Bundan sonra hər şey prezidentin qərarından asılı olacaq", - deyə Peskov bildirib.
Qeyd edək ki, Rusiya Federasiyasının Dövlət Duması çərşənbə axşamı "DXR" və "LXR"-in tanınmasının zəruriliyi ilə bağlı Rusiya prezidentinə müraciətə səs verib. "DXR" və "LXR" rəhbərləri Denis Puşilin və Leonid Paseçnik Dövlət Dumasının deputatlarının qərarını alqışladıqlarını bəyan ediblər.
Rusiya lideri Vladimir Putin isə Almaniya kansleri Olaf Şoltsla Moskvada keçirdiyi mətbuat konfransında Dövlət Dumasının müraciətinə münasibət bildirərək, Donbas probleminin həlli üçün hər şeyi edəcəyini, bununla belə, Minsk razılaşmalarının potensialının hələ tükənmədiyini deyib.
 Rusiya prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 17.02.2022
RUSİYA
Putin Qərblə mübarizədə qələbəyə yaxındır - "Telegraph"
Xəbər lenti
0