Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Qərblə mübarizədə qələbəyə yaxındır - "Telegraph"

© REUTERS / SPUTNIK/Sergey Guneev Rusiya prezidenti Vladimir Putin
 Rusiya prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 17.02.2022
Abunə olmaq
Məqalə müəllifinin fikrincə, Putinin "soyuq müharibə"nin başa çatmasından sonra yaranmış tendensiyanın qarşısını almaq və Rusiyanın yaxın xaricdə hökmranlığını bərpa etmək üçün unikal şansı var.
BAKI, 17 fevral — Sputnik. Rusiya prezidenti Vladimir Putin postsovet məkanı uğrunda mübarizədə ABŞ və müttəfiqlərini məğlub edir. Bu fikri jurnalist Embrouz Evans-Pritçard "The Telegraph" üçün yazdığı məqalədə vurğulayıb.
Məqalədə qeyd olunur ki, Rusiya 635 milyard dollar dəyərində valyuta ehtiyatı toplayıb ki, bu da dünyada beşinci göstərici sayılır və artmaqda davam edir. Ölkənin dövlət borcu ÜDM-nin 18%-ni təşkil edir, yəni dünyada altıncı yeri tutur və azalmağa doğru gedir.
Moskva bank sistemini təmizləyib və iqtisadiyyatın ciddi vəziyyətlərə uyğunlaşmasına imkan verən yaxşı idarə olunan, üzən valyutaya malikdir. Rusiyanın büdcə profisiti var və dövlət xərclərini ödəmək üçün xarici investorları cəlb etməyə can atmır.
© Sputnik / Murad OrujovRusiya rublu
Рубли разных номиналов, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.02.2022
Rusiya rublu
Evans-Pritçard bildirib ki, ölkə hökumətin neft gəlirlərindən asılılığını azaldıb.
"Belə kurs pulun "vertolyotlardan səpələndiyi", Qərbin israfçı sosial-iqtisadi sistemləri ilə kəskin ziddiyyət təşkil edir", - deyə məqalə müəllifi qeyd edib.
Evans-Pritçard onu da vurğulayıb ki, rəsmi Moskva ciddi maliyyə məhdudiyyətləri ilə üzləşmədən Avropaya qaz nəqlini (Aİ-yə tədarük olunan qazın 41%-i) iki il və ya daha uzun müddətə kəsə bilər.
Məqalə müəllifinin fikrincə, Putinin "soyuq müharibə"nin başa çatmasından sonra yaranmış tendensiyanın qarşısını almaq və Rusiyanın yaxın xaricdə hökmranlığını bərpa etmək üçün unikal şansı var.
"Heç bir sanksiya onun hazırkı planlarının siyahısını dəyişməyəcək", - deyə jurnalist fikirlərini yekunlaşdırıb.
Qeyd edək ki, ABŞ və NATO Rusiyanın Ukraynaya "hücum keçməyə" hazırlaşmaqda ittiham edir və bununla əlaqədar olaraq Şərqi Avropada mövcudluğunu artırır. Moskva bütün iddiaları rədd edir, qoşunlarını öz ərazisi daxilində yerləşdirdiyini vurğulayır, həmçinin Minsk razılaşmalarına əməl etməyən Kiyevdən fərqli olaraq, Ukraynadaxili münaqişədə iştirak etmədiyini və heç bir razılaşmanı pozmadığını xatırladır.
Sənəd atəşkəs və ağır silahların təmas xəttindən çıxarılmasını nəzərdə tutur. Hazırda Ukrayna hakimiyyəti ordunun şəxsi heyətinin yarıdan çoxunu elan olunmamış DXR və LXR ilə sərhəddə cəmləyib və mütəmadi olaraq yığma qoşun döyüşüçülərinə, o cümlədən, qadağan olunmuş texnikadan istifadə etməklə atəş açır.
Kreml və Rusiya Xarici İşlər Nazirliyindən dəfələrlə qeyd olunub ki, "təcavüz"lə bağlı ortaya atılan fikirlərin məqsədi Rusiya sərhədləri yaxınlığında xarici qruplaşma yaratmaqdır. Həmçinin bildirilib ki, eskalasiyanın əsl səbəbkarları Ukraynanı silahla təchiz edən və bununla da hərbi avantüralara sövq edən ABŞ və NATO-nun hərəkətləridir.
Bu fonda, ötən ilin sonunda Moskva Brüssel və Vaşinqtona təhlükəsizlik zəmanətləri ilə bağlı sənədlərin layihələrini təqdim edib. Rusiya NATO-nun postsovet ölkələri ilə hərbi əməkdaşlığına son qoyulmasında, bu ölkələrin ərazisilərində hərbi baza yaratmaqdan imtina olunmasında, Rusiya sərhədi yaxınlığında zərbə silahlarının məhdudlaşdırılmasında, Amerika nüvə silahlarının Avropadan çıxarılmasında və NATO-nu şərqə doğru genişləndirilməməsində israrlıdır.
Yanvarın sonunda Rusiya təkliflərinə yazılı cavab alıb. Rusiya XİN-dən bildirilib ki, Qərb Moskvanın irəli sürdüyü ən mühüm məsələyə - alyansın genişləndirilməməsinə diqqət yetirməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 16.02.2022
RUSİYA
Hər şey plana uygun olacaq - Putin və Şolts müharibə mövzusunda mübahisə etdilər
Xəbər lenti
0