https://sputnik.az/20220217/abseron-ve-xizinin-kulek-stansiyalari-439241614.html
Abşeron və Xızının külək stansiyaları
Abşeron və Xızının külək stansiyaları
Sputnik Azərbaycan
Azərbaycanda Səudiyyə Ərəbistanı şirkətinin iştirakı ilə 240 MVt gücündə külək elektrik stansiyası yaradılır.
2022-02-17T11:00+0400
2022-02-17T11:00+0400
2022-02-17T11:00+0400
külək
infoqrafika
stansiya
abşeron
xızı
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0e/438160881_0:0:268:152_1920x0_80_0_0_935b32d503c0aac6235f2f8394dd0f42.png
Azərbaycan alternativ enerjinin inkişafına böyük önəm verir. Prezident İlham Əliyev bunu Qobu enerji qovşağının açılış mərasimində deyib və iri xarici şirkətlərin bərpa olunan enerji mənbələrinə böyük sərmayə qoyduğunu vurğulayıb."Ötən ay bu sahədə ən böyük şirkətlərdən biri - ACWA Power ilə Azərbaycan arasında imzalanmış müqavilə əsasında təməlqoyma mərasimi keçirilib və gələn il 240 meqavat gücündə külək elektrik stansiyasının istifadəyə verilməsi nəzərdə tutulub", - deyə dövlət başçısı bildirib.Bu layihə Səudiyyə Ərəbistanının ACWA Power şirkəti tərəfindən həyata keçirilir. Elektrik stansiyasına 300 milyon dollar dəyərində olacağı gözlənilən sərmayəni məhz Səudiyyə Ərəbistanı şirkəti yatıracaq.Külək stansiyasının ümumi gücü 240 MVt olacaq. Bununla yanaşı, Xızı rayonunun Sitalçay kəndində hər birinin gücü 6,5 MVt olan 25 turbin quraşdırılacaq. Abşeron rayonunun Pirikəşkül qəsəbəsində isə hər birinin gücü 6,5 MVt olan 12 turbinin quraşdırılması nəzərdə tutulur.Layihə çərçivəsində Azərbaycan hökuməti Böyük Britaniyanın BVG Associates konsaltinq şirkəti və Dünya Bankı ilə birgə Azərbaycanın dəniz külək enerjisi potensialını qiymətləndirmək üçün iş aparıb.BVG Associates və Dünya Bankının komandası Azərbaycanda dəniz külək enerjisinin yaradılması üçün ən uyğun yerləri müəyyən ediblər.Şirkət tərəfindən yaradılmış yol xəritəsi geoərazi analizi, xərclərin modelləşdirilməsi və iqtisadi təhlil, təchizat zəncirinin və infrastrukturun qiymətləndirilməsi, sosial və ətraf mühitə təsirlərin nəzərə alınmasını özündə birləşdirəcək. Bura, həmçinin ayrı-ayrı sahələrin nümayəndələri və maraqlı tərəflərlə geniş məsləhətləşmələr də daxildir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0e/438160877_0:0:269:202_1920x0_80_0_0_29fe7ccaed1f8cbaae732551ac451a98.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
infoqrafika: azərbaycan abşeron və xızıdakı külək stansiyalarından nə gözləyir
infoqrafika: azərbaycan abşeron və xızıdakı külək stansiyalarından nə gözləyir
Abşeron və Xızının külək stansiyaları
Azərbaycanda Səudiyyə Ərəbistanı şirkətinin iştirakı ilə 240 MVt gücündə külək elektrik stansiyası yaradılır. Layihə haqqında ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Azərbaycan alternativ enerjinin inkişafına böyük önəm verir. Prezident İlham Əliyev bunu Qobu enerji qovşağının açılış mərasimində deyib və iri xarici şirkətlərin bərpa olunan enerji mənbələrinə böyük sərmayə qoyduğunu vurğulayıb.
"Ötən ay bu sahədə ən böyük şirkətlərdən biri - ACWA Power ilə Azərbaycan arasında imzalanmış müqavilə əsasında təməlqoyma mərasimi keçirilib və gələn il 240 meqavat gücündə külək elektrik stansiyasının istifadəyə verilməsi nəzərdə tutulub", - deyə dövlət başçısı bildirib.
Bu layihə Səudiyyə Ərəbistanının ACWA Power şirkəti tərəfindən həyata keçirilir. Elektrik stansiyasına 300 milyon dollar dəyərində olacağı gözlənilən sərmayəni məhz Səudiyyə Ərəbistanı şirkəti yatıracaq.
Külək stansiyasının ümumi gücü 240 MVt olacaq. Bununla yanaşı, Xızı rayonunun Sitalçay kəndində hər birinin gücü 6,5 MVt olan 25 turbin quraşdırılacaq. Abşeron rayonunun Pirikəşkül qəsəbəsində isə hər birinin gücü 6,5 MVt olan 12 turbinin quraşdırılması nəzərdə tutulur.
Layihə çərçivəsində Azərbaycan hökuməti Böyük Britaniyanın BVG Associates konsaltinq şirkəti və Dünya Bankı ilə birgə Azərbaycanın dəniz külək enerjisi potensialını qiymətləndirmək üçün iş aparıb.
BVG Associates və Dünya Bankının komandası Azərbaycanda dəniz külək enerjisinin yaradılması üçün ən uyğun yerləri müəyyən ediblər.
Şirkət tərəfindən yaradılmış yol xəritəsi geoərazi analizi, xərclərin modelləşdirilməsi və iqtisadi təhlil, təchizat zəncirinin və infrastrukturun qiymətləndirilməsi, sosial və ətraf mühitə təsirlərin nəzərə alınmasını özündə birləşdirəcək. Bura, həmçinin ayrı-ayrı sahələrin nümayəndələri və maraqlı tərəflərlə geniş məsləhətləşmələr də daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.