https://sputnik.az/20220216/yuz-uz-elli-illik-qiymetli-agaclari-kesdiler---vdeo-439229591.html
Yüz-yüz əlli illik qiymətli ağacları kəsdilər - VİDEO
Yüz-yüz əlli illik qiymətli ağacları kəsdilər - VİDEO
Sputnik Azərbaycan
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Astara və Lerik meşələrində ağacları kütləvi şəkildə kəsən dəstə üzvlərinə qarşı əməliyyat... 16.02.2022, Sputnik Azərbaycan
2022-02-16T15:14+0400
2022-02-16T15:14+0400
2022-02-16T15:20+0400
polis
hadisə
əməliyyat
lerik
astara
ağacların kəsilməsi
video görüntü
https://cdnn1.img.sputnik.az/img/42188/04/421880482_0:440:2858:2048_1920x0_80_0_0_24ca0e970de9ba3b00009a00be127e01.jpg
BAKI, 16 fevral — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin mütəxəssislərinin iştirakı ilə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz olaraq kəsilməsi və emal edilməsi ilə məşğul olan daha bir mütəşəkkil dəstənin üzvlərinin saxlanılması istiqamətində əməliyyat keçirib.Bu barədə Sputnik Azərbaycan-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.Belə ki, Baş İdarəyə Astara və Lerik rayonları ərazisində qiymətli ağac növlərinin qanunsuz olaraq kütləvi şəkildə kəsilməsi barədə əməliyyat məlumatları daxil olub. Həmin məlumatlar Baş İdarədə nəzarətə götürülməklə hərtərəfli araşdırılıb və qeyd edilən ərazilərdə palıd və fıstıq ağaclarının kəsildiyi müəyyən edilib.Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ağacların Astara rayon sakinləri Sərdar Gənciyev və Sərhad Eynullayevin başçılıq etdiyi mütəşəkkil dəstə üzvləri tərəfindən kəsildiyi məlum olub.Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyat nəticəsində adları çəkilən şəxslər və onlara ağacların kəsilməsində yaxından köməklik edən dəstənin digər üzvləri Fərman Fərziyev, Aiəddin Novruzov, Nurlan Cövziyev, qohumu Surxay Cövziyev, Rahid Gənciyev və Nail Zəbiyevin saxlanılması təmin edilib.Dəstə üzvlərinin qanunsuz əməlləri, onların ağacları kəsməsi və satması təkzibedilməz faktlarla sübuta yetirilib.Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər ağacları kəsərək dəstə üzvü Fərman Fərziyevin həyətində emal edəndən sonra satışını həyata keçiriblər.Dəstə üzvlərinin qanunsuz olaraq ağac emalı sexlərinə satdıqları çoxlu sayda ağacın və onların oduncaqlarının yeri də müəyyən edilib. Ekspertlərin verdiyi rəyə əsasən, dəstə üzvləri tərəfindən yaş halda kəsilən ağaclardan bəzilərinin yaşının 100-150 il olduğu məlum olub.Qeyd olunan faktla bağlı Baş İdarənində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.Hazırda qeyd edilən faktların tam, hərtərəfli araşdırılması, eləcə də ağacların kəsilməsində iştirak edən dəstənin digər üzvlərinin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42188/04/421880482_127:0:2858:2048_1920x0_80_0_0_6cd1a21334f9e16027bf83e543fa87b4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
cənubda əməliyyat: mütəşəkkil cinayətkar dəstə ələ keçdi - video
cənubda əməliyyat: mütəşəkkil cinayətkar dəstə ələ keçdi - video
Yüz-yüz əlli illik qiymətli ağacları kəsdilər - VİDEO
15:14 16.02.2022 (Yenilənib: 15:20 16.02.2022) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Astara və Lerik meşələrində ağacları kütləvi şəkildə kəsən dəstə üzvlərinə qarşı əməliyyat keçiriblər.
BAKI, 16 fevral — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin mütəxəssislərinin iştirakı ilə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz olaraq kəsilməsi və emal edilməsi ilə məşğul olan daha bir mütəşəkkil dəstənin üzvlərinin saxlanılması istiqamətində əməliyyat keçirib.
Bu barədə Sputnik Azərbaycan-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Baş İdarəyə Astara və Lerik rayonları ərazisində qiymətli ağac növlərinin qanunsuz olaraq kütləvi şəkildə kəsilməsi barədə əməliyyat məlumatları daxil olub. Həmin məlumatlar Baş İdarədə nəzarətə götürülməklə hərtərəfli araşdırılıb və qeyd edilən ərazilərdə palıd və fıstıq ağaclarının kəsildiyi müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ağacların Astara rayon sakinləri Sərdar Gənciyev və Sərhad Eynullayevin başçılıq etdiyi mütəşəkkil dəstə üzvləri tərəfindən kəsildiyi məlum olub.
Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyat nəticəsində adları çəkilən şəxslər və onlara ağacların kəsilməsində yaxından köməklik edən dəstənin digər üzvləri Fərman Fərziyev, Aiəddin Novruzov, Nurlan Cövziyev, qohumu Surxay Cövziyev, Rahid Gənciyev və Nail Zəbiyevin saxlanılması təmin edilib.
Dəstə üzvlərinin qanunsuz əməlləri, onların ağacları kəsməsi və satması təkzibedilməz faktlarla sübuta yetirilib.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər ağacları kəsərək dəstə üzvü Fərman Fərziyevin həyətində emal edəndən sonra satışını həyata keçiriblər.
Dəstə üzvlərinin qanunsuz olaraq ağac emalı sexlərinə satdıqları çoxlu sayda ağacın və onların oduncaqlarının yeri də müəyyən edilib. Ekspertlərin verdiyi rəyə əsasən, dəstə üzvləri tərəfindən yaş halda kəsilən ağaclardan bəzilərinin yaşının 100-150 il olduğu məlum olub.
Qeyd olunan faktla bağlı Baş İdarənində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Hazırda qeyd edilən faktların tam, hərtərəfli araşdırılması, eləcə də ağacların kəsilməsində iştirak edən dəstənin digər üzvlərinin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.