https://sputnik.az/20220216/xanoba-gomruk-postu-rusiya-ve-azerbaycan-arasinda-tranzit-dasimalarin-hecmini-artiracaq-439251622.html
“Xanoba” gömrük postu Rusiya və Azərbaycan arasında tranzit daşımaların həcmini artıracaq
“Xanoba” gömrük postu Rusiya və Azərbaycan arasında tranzit daşımaların həcmini artıracaq
Sputnik Azərbaycan
Rusiya ilə sərhəddə yerləşən “Samur”, “Xanoba” və müqabil tərəfdəki gömrük postlarında mövcud vəziyyət, gömrük-keçid məntəqələrinin buraxılış qabiliyyətinin... 16.02.2022, Sputnik Azərbaycan
2022-02-16T20:24+0400
2022-02-16T20:24+0400
2022-02-16T20:24+0400
gömrük
azərbaycan xəbərləri
dövlət gömrük komitəsi
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/03/02/426357329_0:321:3071:2048_1920x0_80_0_0_7c26378b97e28a28b47be6ac41fd1c1a.jpg
BAKI, 16 fevral — Sputnik. Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov ilə Rusiyanın ölkəmizdəki səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskix arasında görüş keçirilib.Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, görüşdə Azərbaycan və Rusiya arasında bütün sahələrdəki səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs olunub, əlaqələrin inkişafında hər iki ölkənin dövlət başçılarının xüsusi rolu qeyd edilib.Görüşdə Rusiya ilə sərhəddə yerləşən "Samur", "Xanoba" və müqabil tərəfdəki gömrük postlarında mövcud vəziyyət, gömrük-keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, prosedurların sadələşdirilməsi məsələləri müzakirə olunub. Azərbaycan-Rusiya sərhədində inşa olunan "Xanoba" gömrük postunda aparılan tikinti-quraşdırma işləri barədə də məlumat verilən görüşdə vurğulanıb ki, cari ildə tikintisi yekunlaşdırılacaq bu gömrük-sərhəd keçid məntəqəsinin fəaliyyətə başlaması ilə iki ölkə arasında sərhədkeçmə prosesləri daha da sürətlənəcək, tranzit daşımaların həcmi artacaq, beynəlxalq ticarətin daha asan və maneəsiz şəkildə həyata keçirilməsi üçün münbit şərait yaranacaq.Görüş çərçivəsində Georgiy Pesçanskix gömrük işinin inkişafına və gömrük xidmətlərinin birliyinin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinin əmrinə əsasən DGK-nin sədri Səfər Mehdiyevin "Gömrük birliyinin gücləndirilməsinə görə" medalı ilə təltif edildiyini bildirib. Eyni zamanda, Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov və Komitə sədrinin müavinləri Əsgər Abdullayev, İqbal Babayev, Cavad Qasımov, eləcə də Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyevin Rusiya Federal Gömrük Xidmətinin fəxri fərmanları və təşəkkürnamələrlə təltif olunduğu diqqətə çatdırılıb.Görüşün sonunda Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskixə gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" Azərbaycan Respublikasının yubiley medalını təqdim edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/02/426357329_0:0:2731:2048_1920x0_80_0_0_cc31c98b7e23ccf87a9eac1a618677ca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
“xanoba” gömrük postundan nə daşınır
“xanoba” gömrük postundan nə daşınır
“Xanoba” gömrük postu Rusiya və Azərbaycan arasında tranzit daşımaların həcmini artıracaq
Rusiya ilə sərhəddə yerləşən “Samur”, “Xanoba” və müqabil tərəfdəki gömrük postlarında mövcud vəziyyət, gömrük-keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılması müzakirə olunub.
BAKI, 16 fevral — Sputnik. Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov ilə Rusiyanın ölkəmizdəki səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskix arasında görüş keçirilib.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, görüşdə Azərbaycan və Rusiya arasında bütün sahələrdəki səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs olunub, əlaqələrin inkişafında hər iki ölkənin dövlət başçılarının xüsusi rolu qeyd edilib.
Görüşdə Rusiya ilə sərhəddə yerləşən "Samur", "Xanoba" və müqabil tərəfdəki gömrük postlarında mövcud vəziyyət, gömrük-keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, prosedurların sadələşdirilməsi məsələləri müzakirə olunub.
Azərbaycan-Rusiya sərhədində inşa olunan "Xanoba" gömrük postunda aparılan tikinti-quraşdırma işləri barədə də məlumat verilən görüşdə vurğulanıb ki, cari ildə tikintisi yekunlaşdırılacaq bu gömrük-sərhəd keçid məntəqəsinin fəaliyyətə başlaması ilə iki ölkə arasında sərhədkeçmə prosesləri daha da sürətlənəcək, tranzit daşımaların həcmi artacaq, beynəlxalq ticarətin daha asan və maneəsiz şəkildə həyata keçirilməsi üçün münbit şərait yaranacaq.
Görüş çərçivəsində Georgiy Pesçanskix gömrük işinin inkişafına və gömrük xidmətlərinin birliyinin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinin əmrinə əsasən DGK-nin sədri Səfər Mehdiyevin "Gömrük birliyinin gücləndirilməsinə görə" medalı ilə təltif edildiyini bildirib.
Eyni zamanda, Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov və Komitə sədrinin müavinləri Əsgər Abdullayev, İqbal Babayev, Cavad Qasımov, eləcə də Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyevin Rusiya Federal Gömrük Xidmətinin fəxri fərmanları və təşəkkürnamələrlə təltif olunduğu diqqətə çatdırılıb.
Görüşün sonunda Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskixə gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" Azərbaycan Respublikasının yubiley medalını təqdim edib.