https://sputnik.az/20220216/sefir-azerbaycan-etibarli-enerji-techizatcisi-oldugunu-her-zaman-subut-edib-439250328.html
Səfir: Azərbaycan etibarlı enerji təchizatçısı olduğunu hər zaman sübut edib
Səfir: Azərbaycan etibarlı enerji təchizatçısı olduğunu hər zaman sübut edib
Sputnik Azərbaycan
ABŞ hələ "Əsrin müqaviləsi"nin imzalanmasında, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisində Azərbaycana kömək edib. 16.02.2022, Sputnik Azərbaycan
2022-02-16T18:15+0400
2022-02-16T18:15+0400
2022-02-16T18:20+0400
səfir
siyasət
abş
"əsrin müqaviləsi"
https://cdnn1.img.sputnik.az/img/42299/55/422995573_0:0:3073:1728_1920x0_80_0_0_ea8b77d01f381d691770efc500e91d43.jpg
BAKI, 16 fevral — Sputnik. ABŞ Avropanın enerji təhlükəsizliyinin yüksəldilməsində və Avropada qaz təchizatının şaxələndirilməsi istiqamətində önəmli olan Cənub Qaz Dəhlizi layihəsinə davamlı dəstəyini göstərməkdədir. ABŞ Azərbaycanın bu prosesdə strateji rolunu yüksək qiymətləndirir. Azərbaycan etibarlı enerji təchizatçısı olduğunu hər zaman sübut edib.Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyi ilə bağlı keçirilən dəyirmi masada ifadə edib.Diplomat qeyd edib ki, Amerika Birləşmiş Ştatları ilk gündən bəri Azərbaycanın enerji təchizatına dəstək göstərib."ABŞ hələ "Əsrin müqaviləsi"nin imzalanmasında, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisində, Azərbaycan qazının Avropaya çatdırılmasını təmin edən Cənub Qaz Dəhlizinin həyata keçirilməsində hər zaman Azərbaycana kömək edib", - deyə səfir bildirib.ABŞ minatəmizləmə sahəsində təcrübəsini Azərbaycan ilə bölüşməyə hazırdırSəfir bildirib ki, mən Ağdam və Zəngilanda olarkən problemin hansı dərəcədə olduğuna şahidlik etmişəm. Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq əlaqələrimiz var. Bu səbəbdən işğaldan azad edilmiş ərazilərdə problemin necə böyük olduğunu başa düşürük.Diplomat deyib: "Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən layihələrdə ABŞ şirkətlərinin iştirakını görmək istərdim. Bizim ANAMA ilə əməkdaşlığımız davam edir. ABŞ minatəmizləmə sahəsində böyük potensiala malikdir. Ölkəmiz təcrübəsini Azərbaycan ilə bölüşməyə hazırdır".
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42299/55/422995573_138:0:2867:2047_1920x0_80_0_0_65e8a565ec5f9bbb4330ae0c00cccc71.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
abş səfiri: azərbaycan ən etibarlı enerji təchizatçısıdır
abş səfiri: azərbaycan ən etibarlı enerji təchizatçısıdır
Səfir: Azərbaycan etibarlı enerji təchizatçısı olduğunu hər zaman sübut edib
18:15 16.02.2022 (Yenilənib: 18:20 16.02.2022) ABŞ hələ "Əsrin müqaviləsi"nin imzalanmasında, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisində Azərbaycana kömək edib.
BAKI, 16 fevral — Sputnik. ABŞ Avropanın enerji təhlükəsizliyinin yüksəldilməsində və Avropada qaz təchizatının şaxələndirilməsi istiqamətində önəmli olan Cənub Qaz Dəhlizi layihəsinə davamlı dəstəyini göstərməkdədir. ABŞ Azərbaycanın bu prosesdə strateji rolunu yüksək qiymətləndirir. Azərbaycan etibarlı enerji təchizatçısı olduğunu hər zaman sübut edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyi ilə bağlı keçirilən dəyirmi masada ifadə edib.
Diplomat qeyd edib ki, Amerika Birləşmiş Ştatları ilk gündən bəri Azərbaycanın enerji təchizatına dəstək göstərib.
"ABŞ hələ "Əsrin müqaviləsi"nin imzalanmasında, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisində, Azərbaycan qazının Avropaya çatdırılmasını təmin edən Cənub Qaz Dəhlizinin həyata keçirilməsində hər zaman Azərbaycana kömək edib", - deyə səfir bildirib.
ABŞ minatəmizləmə sahəsində təcrübəsini Azərbaycan ilə bölüşməyə hazırdır
Səfir bildirib ki, mən Ağdam və Zəngilanda olarkən problemin hansı dərəcədə olduğuna şahidlik etmişəm. Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq əlaqələrimiz var. Bu səbəbdən işğaldan azad edilmiş ərazilərdə problemin necə böyük olduğunu başa düşürük.
Diplomat deyib: "Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən layihələrdə ABŞ şirkətlərinin iştirakını görmək istərdim. Bizim ANAMA ilə əməkdaşlığımız davam edir. ABŞ minatəmizləmə sahəsində böyük potensiala malikdir. Ölkəmiz təcrübəsini Azərbaycan ilə bölüşməyə hazırdır".