CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Psixi pozuntusu olan şəxslər on dörd qətl hadisəsi törədiblər

© Mario Tama / Getty Images /AFPKişi saçlarını darayır, arxiv şəkli
Kişi saçlarını darayır, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.02.2022
Abunə olmaq
2020-ci ildə törədilmiş 159 qəsdən adamöldürmə hadisəsinin 11-ni, cari ildə törədilmiş 156 qəsdən adamöldürmə hadisəsinin 3-nü psixi pozuntusu olan şəxslər törədiblər
BAKI, 16 fevral — Sputnik. Azərbaycanda psixi pozuntusu olan şəxslər tərəfindən 2020-2021-ci illərdə 14 qəsdən adamöldürmə hadisəsi törədilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, 2020-ci ildə törədilmiş 159 qəsdən adamöldürmə hadisəsinin 11-ni, cari ildə törədilmiş 156 qəsdən adamöldürmə hadisəsinin 3-nü psixi pozuntusu olan şəxslər törədiblər.
Qeyd edək ki, cinayəti anlaqsız vəziyyətdə törətmiş şəxsin psixi pozuntusu özünə və ya başqa şəxslərə zərər yetirməsi təhlükəsi yaratdıqda həmin şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsələsinə baxılması üçün toplanmış iş məhkəməyə göndərilir.
Məhkəmənin qərarı ilə belə şəxslərə tibbi xarakterli məcburi tədbirlərdən biri təyin edilir.
Xəbər lenti
0