Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Prokurorluq iyirmi yaşlı gəncin qətli ilə bağlı məlumat yayıb

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili  - Sputnik Azərbaycan, 1920, 16.02.2022
Abunə olmaq
Fevralın 15-də saat 22 radələrində Göygöl rayonu ərazisində Cavidan Məmmədovun öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub
BAKI, 16 fevral — Sputnik. Göygöl Rayon Prokurorluğu 20 yaşlı gəncin öldürülməsi ilə bağlı məlumat yayıb.
Prokurorluqdan Sputnik Azərbaycan-a daxil olan məlumata görə, fevralın 15-də saat 22 radələrində Göygöl rayonu ərazisində 2002-ci il təvəllüdlü Cavidan Məmmədovun öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1999-cu il təvəllüdlü Cəlal Apiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavidan Məmmədova çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cəlal Apiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0