https://sputnik.az/20220216/menzil-sahiblerinin-istiraki-olmadan-mtk-larin-qerar-vermesi-qanuna-ziddir---huquqsunas--438972203.html
Mənzil sahiblərinin iştirakı olmadan MTK-ların qərar verməsi qanuna ziddir - Hüquqşünas
Mənzil sahiblərinin iştirakı olmadan MTK-ların qərar verməsi qanuna ziddir - Hüquqşünas
Sputnik Azərbaycan
Hüquqşünas deyir ki, onlar həm istehlakçılar haqda qanunu, həm Azərbaycan Respublikasının qanunvericiliyi ilə mülkiyyətçilərin hüquqlarını pozmuş olurlar.
2022-02-16T09:29+0400
2022-02-16T09:29+0400
2022-02-16T09:29+0400
internet
cəmiyyət
bina
mtk
https://cdnn1.img.sputnik.az/img/40371/78/403717801_0:101:2001:1226_1920x0_80_0_0_9885d1b537e8b81a108e9c8a24885ca4.jpg
BAKI, 16 fevral — Sputnik. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov müsahibəsində kabel televiziyalar haqda müxtəlif problemlərə toxunmuşdu. Lakin problem təkcə kabel televiziyalarla bitmir. Yeni tikilən MTK-larda internet provayderlərlə bağlı problemlər var. Sakinlər istədikləri provayderi seçə bilmirlər. Seçim etmək istədikləri provayderlərə üz tutduqda qarşı tərəf həmin ərazidə fəaliyyət göstərmək icazəsinin olmadığını bildirir. Belədə sakin 10 manat əvəzinə daha çox 17 manatadək vəsait ödəyib daha keyfiyyətsiz xidmətdən yararlanmış olur.Problemlə bağlı Sputnik Azərbaycan-a danışan İKT üzrə ekspert Elvin Abbasov problemin qaynaqlandığı digər məqamlara toxunub:Provayderlərin fəaliyyət göstərməyə görə müxtəlif yerlər seçdiyini deyən ekspert bildirir ki, əslində MTK-lara sərf edir ki, müştərilərə müxtəlif provayderlərin xidmətini təklif etsin:"Lakin qeyd edim ki, binada 2-3 provayder varsa, artıq növbəti provayderin orda olması sərf eləmir. Çünki bu zaman rəqabət azalır, qoyulan investisiya tam olaraq qarşılanmır. Həmin səbəblə əlaqədar Azərbaycanda 5 faiz MTK-larda 1 provayder, 95 faiz MTK-da 2 və ya 3 provayder fəaliyyət göstərir. Sayın daha artıq olması nə MTK-ya sərf edir, nə də ki, həmin provayderlərə sərf edir. Belə olduqda, provayderlər həmin ərazidən müştəri payı ala bilmirlər".Hüquqşünas Türkel Süleymanlı məsələnin hüquqi tərəfini izah edib, bildirib ki, bəzi MTK sahibləri binalarda operatorların fəaliyyətinə məhdudiyyət qoymaqla iki qanunvericilik aktını pozur:"İstehlakçıların hüquqları haqda qanun pozulur. Çünki istehlakçının xidmətləri könüllü seçmək imkanı olmalıdır. Belə olan halda rəqabətli mühit yaranır. Rəqabətli mühitin yaranması vətəndaşların hüquqlarının qorunması, o cümlədən keyfiyyətli xidmətlərə şərait yaradır"Ekspert bildirir ki, digər məsələ mülkiyyətçiliklə əlaqədardır:Bir neçə provayder, bir neçə MTK ilə əlaqə saxladıq. Provayderlər bildirdilər ki, bəzi MTK-larda provayderlərə problem yaradılır. Bu səbəbdən internet provayderlər məhdud ünvanlarda fəaliyyət göstərirlər. MTK-lardan bildirildi ki, sakinlərə seçimi onlar verirlər. Yəni, sakinlər ya "Bakinternet"dən, ya da MTK-nın təklif etdiyi internet provayderin xidmətindən yararlana bilirlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Binalarda vahid xidmət haqqı məsələsi: MTK-nı oyundan necə çıxarmalı?Vahiməyə salan məktəblər: uşaqları oxumağa göndərməyə qorxurlar - VİDEO - FOTO
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40371/78/403717801_51:0:1828:1333_1920x0_80_0_0_6aaae796f2cc83e7f9a812e809296850.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mənzil sahiblərinin iştirakı olmadan mtk-ların qərar verməsi qanuna ziddir - hüquqşünas
mənzil sahiblərinin iştirakı olmadan mtk-ların qərar verməsi qanuna ziddir - hüquqşünas
Mənzil sahiblərinin iştirakı olmadan MTK-ların qərar verməsi qanuna ziddir - Hüquqşünas
Hüquqşünas deyir ki, onlar həm istehlakçılar haqda qanunu, həm Azərbaycan Respublikasının qanunvericiliyi ilə mülkiyyətçilərin hüquqlarını pozmuş olurlar.
BAKI, 16 fevral — Sputnik. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov müsahibəsində kabel televiziyalar haqda müxtəlif problemlərə toxunmuşdu. Lakin problem təkcə kabel televiziyalarla bitmir. Yeni tikilən MTK-larda internet provayderlərlə bağlı problemlər var. Sakinlər istədikləri provayderi seçə bilmirlər. Seçim etmək istədikləri provayderlərə üz tutduqda qarşı tərəf həmin ərazidə fəaliyyət göstərmək icazəsinin olmadığını bildirir. Belədə sakin 10 manat əvəzinə daha çox 17 manatadək vəsait ödəyib daha keyfiyyətsiz xidmətdən yararlanmış olur.
Problemlə bağlı Sputnik Azərbaycan-a danışan İKT üzrə ekspert Elvin Abbasov problemin qaynaqlandığı digər məqamlara toxunub:
"Ümumiyyətlə, özəl provayderlərin bütün ölkə üzrə fəaliyyət göstərmək imkanları, infrastrukturları yoxdur. Bunun üçün böyük investisiya lazımdır ki, fiber-optik xətlər çəkə bilsinlər. Avadanlıqları fəaliyyət göstərdikləri həmin ərazidə olduğu üçün provayderlər MTK-lara əlavə məbləğ ödəyirlər".
Provayderlərin fəaliyyət göstərməyə görə müxtəlif yerlər seçdiyini deyən ekspert bildirir ki, əslində MTK-lara sərf edir ki, müştərilərə müxtəlif provayderlərin xidmətini təklif etsin:
"Lakin qeyd edim ki, binada 2-3 provayder varsa, artıq növbəti provayderin orda olması sərf eləmir. Çünki bu zaman rəqabət azalır, qoyulan investisiya tam olaraq qarşılanmır. Həmin səbəblə əlaqədar Azərbaycanda 5 faiz MTK-larda 1 provayder, 95 faiz MTK-da 2 və ya 3 provayder fəaliyyət göstərir. Sayın daha artıq olması nə MTK-ya sərf edir, nə də ki, həmin provayderlərə sərf edir. Belə olduqda, provayderlər həmin ərazidən müştəri payı ala bilmirlər".
Hüquqşünas Türkel Süleymanlı məsələnin hüquqi tərəfini izah edib, bildirib ki, bəzi MTK sahibləri binalarda operatorların fəaliyyətinə məhdudiyyət qoymaqla iki qanunvericilik aktını pozur:
"İstehlakçıların hüquqları haqda qanun pozulur. Çünki istehlakçının xidmətləri könüllü seçmək imkanı olmalıdır. Belə olan halda rəqabətli mühit yaranır. Rəqabətli mühitin yaranması vətəndaşların hüquqlarının qorunması, o cümlədən keyfiyyətli xidmətlərə şərait yaradır"
Ekspert bildirir ki, digər məsələ mülkiyyətçiliklə əlaqədardır:
"Bina tikilib qurtaranadək MTK sahiblərinin hansısa səlahiyyəti olur. Bina tikilib qurtardıqda mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaranmalıdır, müxtəlif məsələlərə görə mülkiyyətçilərin birgə qərarları olmalıdır. Mənzil sahiblərinin iştirakı, qərarı olmadan MTK sahibləri bir çox qərarları özləri verirlər. Bu isə ümumiyyətlə qanuna ziddir. Təbii ki, belə olan halda onlar qanun qarşısında məsuliyyət daşıyırlar. Bununla onlar həm istehlakçılar haqda qanunu, həm Azərbaycan Respublikasının qanunvericiliyi ilə mülkiyyətçilərin hüquqlarını pozmuş olurlar".
Bir neçə provayder, bir neçə MTK ilə əlaqə saxladıq. Provayderlər bildirdilər ki, bəzi MTK-larda provayderlərə problem yaradılır. Bu səbəbdən internet provayderlər məhdud ünvanlarda fəaliyyət göstərirlər. MTK-lardan bildirildi ki, sakinlərə seçimi onlar verirlər. Yəni, sakinlər ya "Bakinternet"dən, ya da MTK-nın təklif etdiyi internet provayderin xidmətindən yararlana bilirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.