Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Məktəbli qaçırılmışdımı? - DİN ötənilki hadisəylə bağlı məsələyə aydınlıq gətirdi

© AR Ministry of Internal AffairsЗдание Министерства Внутренних Дел Азербайджанской Республики
Здание Министерства Внутренних Дел Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 16.02.2022
Abunə olmaq
DİN rəsmisinin məlumatına görə, verilən bütün istiqamətlər, ehtimal olunan bütün avtomobillər yoxlanılıb.
BAKI, 16 fevral — Sputnik. Ötən ilin noyabrın 26-da ölkə gündəmini silkələyən, valideynlərin canına vahimə salan xəbərlərdən biri məktəbli qızın ailəsinin iddiası oldu. Belə ki, ailə Sabunçu rayonu, Pirşağı qəsəbəsində, Umudvar Əliyev küçəsində - 188 nömərli məktəbin qarşısında məktəbli qızın qaçırılmasına cəhd olunduğunu deyirdi.
Ailənin iddialarına görə, beşinci sinif şagirdi olan övladları ikinci növbədə təhsil alır, o, dərsi bitəndə məktəbin həyətindən çıxaraq qardaşını axtarıb və bu zaman naməlum şəxs tərəfindən maşına mindirilib. İddialara görə, naməlum şəxs Zabrat istiqamətinə getmək üçün maşından düşüb yolu soruşmalı olub, bu zaman qızı da özü ilə düşürüb və azyaşlı yaranan fürsətdən istifadə edərək qaçıb.
Maraqlıdır, bu hadisənin üstündən 3 aya yaxın vaxt keçib, şübhəli şəxs saxlanılıbmı?
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin məlumatlar təsdiqini tapmayıb: "Verilən bütün istiqamətlər, ehtimal olunan bütün avtomobillər yoxlanıldı. İddialar təsdiqini tapmayıb".
Qeyd edək ki, belə bir xəbərin yayılmasından dərhal sonra azyaşlının ailəsi və təhsil aldığı məktəbin direktoru ilə əlaqə saxlamışdıq. Azyaşlının nənəsi qızının ailəsinin heç kimlə düşmənçiliyinin olmadığını, kürəkəninin hərbçi olduğunu bildirmişdi.
Uşağın nənəsi Mədinə Hüseynova bir nüansla bağlı etiraz da etmişdi.
"15-ci polis bölməsindən tədqiqatçı gəldi və mən dedim ki, oğul, bu işi sabaha saxlamayın, isti izlərlə açın. Təkərin izinə baxın, kameralara nəzər yetirin. Dedilər ki, biz sabah gəlməliyik. Axşamdan işə baxsaydılar, kameralardan da nəsə görüntü əldə edə bilərdilər, təkərin izini də görərdilər. Məsuliyyətsiz yanaşdılar deyə biz də bunu işıqlandırdıq. Onlar gəlməli idilər ki, ora başqa bir iz, təkər izi düşməsin. Mən bisavad qadınam, amma onları başa saldım. Dedim, ay oğul, bəlkə, bu şəxs elə gecə ilə ölkədən çıxdı. Dedim ki, kameraya baxın, bəlkə, nömrəsi düşüb", - deyə nənə Sputnik Azərbaycan-a açıqlamasında demişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0