https://sputnik.az/20220216/basqirdistanin-biznes-missiyasinin-bakiya-seferi--vdeo-439231249.html
Başqırdıstanın biznes missiyasının Bakıya səfəri – VİDEO
Başqırdıstanın biznes missiyasının Bakıya səfəri – VİDEO
Sputnik Azərbaycan
Rusiyanın nümayəndə heyəti Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi, eləcə də Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyində olacaq. 16.02.2022, Sputnik Azərbaycan
2022-02-16T12:42+0400
2022-02-16T12:42+0400
2022-02-16T12:42+0400
iqtisadiyyat
başqırdıstan
azərbaycan
səfər
biznes
missiya
video-çarx
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437030205_0:68:1280:788_1920x0_80_0_0_3152f71f65f66051ed5fe55e192c818c.jpg
BAKI, 16 fevral — Sputnik. Azərbaycan və Rusiya arasında əməkdaşlığın genişləndirilməsi çərçivəsində Başqırdıstan Respublikasının nümayəndə heyəti beynəlxalq çoxşaxəli biznes missiyasında iştirak etmək məqsədilə Bakıya gəlib.Nümayəndə heyətinə Başqırdıstan Respublikasının xarici iqtisadi əlaqələr və konqres fəaliyyəti nazirinin birinci müavini Lena İzotova rəhbərlik edir.Respublikanın ən iri istehsalçılarının nümayəndələrinin daxil olduğu biznes missiyası Kənd Təsərrüfatı Nazirliyində, eləcə də Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyində (KOBİA) bir sıra görüşlər keçirəcək."İşgüzar nümayəndə heyəti tərəvəz konservləri, kətan və raps yağı, quru süd, taxıl, buğda və digər dənli bitkilərin istehsalı kimi sahələrdə fəaliyyət göstərən 13 şirkətlə təmsil olunur", - deyə Başqırdıstan Respublikanın Xarici İqtisadi Əlaqələr və Konqres fəaliyyəti naziri Marqarita Bolıçeva Sputnik Azərbaycan-a bildirib.Bundan əlavə, nümayəndə heyətinə sənaye tərəziləri, çəki daşları, elastik polimer qablaşdırma, mineral gübrələr və digər məhsullar istehsal edən şirkətlərin təmsilçiləri də daxildir."Fərdi qrafikə uyğun olaraq biznes missiyasının bir hissəsi kimi hər bir şirkət üçün aktiv biznes proqramı və sənaye sahələrinə səfərlər planlaşdırılıb. Bizim üçün bu, ən vacib istiqamətlərdən biridir və biz respublikalar arasında ticarət dövriyyəsini xeyli artırmağı planlaşdırırıq", - deyə Sputnik Azərbaycan-a müsahibəsində Başqırdıstan Respublikasının İxraca Dəstək Mərkəzinin direktoru İldus Xalitov bildirib.Onun sözlərinə görə, 2021-ci ilin 10 ayı ərzində Başqırdıstandan Azərbaycana məhsul ixracı 42,6 milyon dollar təşkil edib. 2020-ci ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 99,8% artıb."Bizim məhsullarımız Azərbaycan bazarında rəqabət üstünlüklərinə malikdir: yüksək keyfiyyət və rəqabətə davamlı qiymət, rahat logistika, məhsullara gömrük rüsumunun olmaması, yerli istehlakçılar üçün bəzi mövqelərin unikallığı. Dörd şirkət artıq Azərbaycanla müqavilələrə malikdir və ixrac məhsullarının sayını artırmağı, həmçinin yeni tərəfdaşlar tapmağı planlaşdırır", - deyə Xalitov vurğulayıb.KOBİA nümayəndələri ilə görüşdə Başqırdıstan və Azərbaycan arasında kiçik və orta biznesin, qadın sahibkarlığının dəstəklənməsi sahəsində əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə olunacağı gözlənilir.Bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyində aqrar-sənaye kompleksi sahəsində əməkdaşlığın genişləndirilməsi, Başqırdıstan və Azərbaycanın qarşılıqlı investisiya layihələri ilə bağlı müzakirələr aparılacaq. Tərəflər həmçinin aqrar sektorda ixracatçılara dövlət dəstəyi tədbirlərindən danışacaqlar.Başqırdıstan və Azərbaycan arasında iqtisadi əlaqələrVolqa Gömrük İdarəsinin 2020-ci il üçün məlumatına görə, Azərbaycan Respublikası Başqırdıstan Respublikasının xarici ticarət dövriyyəsində 0,8% payla 23-cü yerdədir. 2021-ci ilin yanvar-noyabr aylarında qarşılıqlı ticarət dövriyyəsi 45 968,6 min ABŞ dolları məbləğində qeydə alınıb ki, bu da 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,8 dəfə çoxdur.Qarşılıqlı ticarətdə əsas yeri 45 891,1 min dollar (2020-ci ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə artıb) payla ixrac tutur. İdxalın payı isə 2020-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə artaraq 77,46 min dollar təşkil edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
başqırdıstan
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Видеокомментарий министра внешнеэкономических связей и конгрессной деятельности Республики Башкортостан Маргарита Болычева
Sputnik Azərbaycan
Видеокомментарий министра внешнеэкономических связей и конгрессной деятельности Республики Башкортостан Маргарита Болычева
2022-02-16T12:42+0400
true
PT1M25S
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437030205_70:0:1210:855_1920x0_80_0_0_b09fcae4861a0cd97b38e6c53be56e42.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
başqırdıstan azərbaycan biznes mühitində üstünlüyə necə nail olub video
başqırdıstan azərbaycan biznes mühitində üstünlüyə necə nail olub video
Başqırdıstanın biznes missiyasının Bakıya səfəri – VİDEO
Rusiyanın nümayəndə heyəti Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi, eləcə də Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyində olacaq.
BAKI, 16 fevral — Sputnik. Azərbaycan və Rusiya arasında əməkdaşlığın genişləndirilməsi çərçivəsində Başqırdıstan Respublikasının nümayəndə heyəti beynəlxalq çoxşaxəli biznes missiyasında iştirak etmək məqsədilə Bakıya gəlib.
Nümayəndə heyətinə Başqırdıstan Respublikasının xarici iqtisadi əlaqələr və konqres fəaliyyəti nazirinin birinci müavini Lena İzotova rəhbərlik edir.
Respublikanın ən iri istehsalçılarının nümayəndələrinin daxil olduğu biznes missiyası Kənd Təsərrüfatı Nazirliyində, eləcə də Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyində (KOBİA) bir sıra görüşlər keçirəcək.
"İşgüzar nümayəndə heyəti tərəvəz konservləri, kətan və raps yağı, quru süd, taxıl, buğda və digər dənli bitkilərin istehsalı kimi sahələrdə fəaliyyət göstərən 13 şirkətlə təmsil olunur", - deyə Başqırdıstan Respublikanın Xarici İqtisadi Əlaqələr və Konqres fəaliyyəti naziri Marqarita Bolıçeva Sputnik Azərbaycan-a bildirib.
Bundan əlavə, nümayəndə heyətinə sənaye tərəziləri, çəki daşları, elastik polimer qablaşdırma, mineral gübrələr və digər məhsullar istehsal edən şirkətlərin təmsilçiləri də daxildir.
"Fərdi qrafikə uyğun olaraq biznes missiyasının bir hissəsi kimi hər bir şirkət üçün aktiv biznes proqramı və sənaye sahələrinə səfərlər planlaşdırılıb. Bizim üçün bu, ən vacib istiqamətlərdən biridir və biz respublikalar arasında ticarət dövriyyəsini xeyli artırmağı planlaşdırırıq", - deyə Sputnik Azərbaycan-a müsahibəsində Başqırdıstan Respublikasının İxraca Dəstək Mərkəzinin direktoru İldus Xalitov bildirib.
Onun sözlərinə görə, 2021-ci ilin 10 ayı ərzində Başqırdıstandan Azərbaycana məhsul ixracı 42,6 milyon dollar təşkil edib. 2020-ci ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 99,8% artıb.
"Bizim məhsullarımız Azərbaycan bazarında rəqabət üstünlüklərinə malikdir: yüksək keyfiyyət və rəqabətə davamlı qiymət, rahat logistika, məhsullara gömrük rüsumunun olmaması, yerli istehlakçılar üçün bəzi mövqelərin unikallığı. Dörd şirkət artıq Azərbaycanla müqavilələrə malikdir və ixrac məhsullarının sayını artırmağı, həmçinin yeni tərəfdaşlar tapmağı planlaşdırır", - deyə Xalitov vurğulayıb.
KOBİA nümayəndələri ilə görüşdə Başqırdıstan və Azərbaycan arasında kiçik və orta biznesin, qadın sahibkarlığının dəstəklənməsi sahəsində əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə olunacağı gözlənilir.
Bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyində aqrar-sənaye kompleksi sahəsində əməkdaşlığın genişləndirilməsi, Başqırdıstan və Azərbaycanın qarşılıqlı investisiya layihələri ilə bağlı müzakirələr aparılacaq. Tərəflər həmçinin aqrar sektorda ixracatçılara dövlət dəstəyi tədbirlərindən danışacaqlar.
Başqırdıstan və Azərbaycan arasında iqtisadi əlaqələr
Volqa Gömrük İdarəsinin 2020-ci il üçün məlumatına görə, Azərbaycan Respublikası Başqırdıstan Respublikasının xarici ticarət dövriyyəsində 0,8% payla 23-cü yerdədir. 2021-ci ilin yanvar-noyabr aylarında qarşılıqlı ticarət dövriyyəsi 45 968,6 min ABŞ dolları məbləğində qeydə alınıb ki, bu da 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,8 dəfə çoxdur.
Qarşılıqlı ticarətdə əsas yeri 45 891,1 min dollar (2020-ci ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə artıb) payla ixrac tutur. İdxalın payı isə 2020-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə artaraq 77,46 min dollar təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.