https://sputnik.az/20220216/azerbaycanlilar-yerevana-gedirler-deputatin-serhi-439237458.html
Azərbaycanlılar Yerevana gedirlər? Deputatın şərhi
Azərbaycanlılar Yerevana gedirlər? Deputatın şərhi
Sputnik Azərbaycan
Millət vəkili Rasim Musabəyov Sputnik Azərbaycan-a ölkəmizin nümayəndə heyətinin Yerevana mümkün səfərindən danışıb. 16.02.2022, Sputnik Azərbaycan
2022-02-16T14:32+0400
2022-02-16T14:32+0400
2022-02-16T14:32+0400
siyasət
azərbaycan
yerevan
nümayəndə heyəti
"avronest" parlament assambleyası
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0f/435210309_0:130:3181:1919_1920x0_80_0_0_21bd5657c29ef8fedc4a7dd809590137.jpg
BAKI, 16 fevral — Sputnik. Azərbaycan nümayəndə heyətinin fevralın 21-22-də Ermənistanın paytaxtında keçiriləcək Avronest toplantısında iştirak edəcəyi gözlənilir. Bu barədə "Joxovurd" qəzeti yazıb."Biz Avronest-in Ermənistan nümayəndə heyətinin rəhbəri Mariya Karapetyandan Azərbaycan nümayəndə heyətinin Yerevana gəlib-gəlməyəcəyini öyrənməyə çalışdıq. O qeyd etdi ki, hazırda onların gəlib-gəlməməsi bəlli deyil, lakin onların gəlmə ehtimalı yüksəkdir", - deyə "Yerevan Today. Rus" qəzetindən sitat gətirilib.Millət vəkili Rasim Musabəyov Sputnik Azərbaycan-a ölkəmizin nümayəndə heyətinin Yerevanda keçiriləcək Avronest toplantısına qatılması məsələsindən danışıb.Deputat bunun ilk dəfə baş vermədiyini söyləyib. Onun sözlərinə görə, Avronest-in Azərbaycan nümayəndələri əvvəllər də Ermənistana səfər ediblər: "İkinci Qarabağ müharibəsindən əvvəl Yerevanda müxtəlif komitələrin iclasları keçirilirdi və orada azərbaycanlı deputatlar da iştirak edirdilər"."Belə bir səfər qeyri-adi deyil, lakin bu, müharibədən sonra ilk dəfə olacaq. Düşünürəm ki, səfər həm Azərbaycan, həm də Ermənistan ictimaiyyəti tərəfindən müsbət qarşılanacaq", - deyə millət vəkili bildirib.Ermənistan tərəfi ilə mümkün pərdəarxası dialoqa gəlincə, Rasim Musabəyov bildirib ki, əgər imkan olsa, Azərbaycan tərəfi bundan istifadə edəcək, baxmayaraq ki, əvvəllər belə dialoqlar nəzərdə tutulmayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0f/435210309_224:0:2955:2048_1920x0_80_0_0_13301ef3fed2ce1a3e65314c7b3be701.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan nümayəndə heyətinin yerevana gedəcəyi gözlənilir
azərbaycan nümayəndə heyətinin yerevana gedəcəyi gözlənilir
Azərbaycanlılar Yerevana gedirlər? Deputatın şərhi
Millət vəkili Rasim Musabəyov Sputnik Azərbaycan-a ölkəmizin nümayəndə heyətinin Yerevana mümkün səfərindən danışıb.
BAKI, 16 fevral — Sputnik. Azərbaycan nümayəndə heyətinin fevralın 21-22-də Ermənistanın paytaxtında keçiriləcək Avronest toplantısında iştirak edəcəyi gözlənilir. Bu barədə "Joxovurd" qəzeti yazıb.
"Biz Avronest-in Ermənistan nümayəndə heyətinin rəhbəri Mariya Karapetyandan Azərbaycan nümayəndə heyətinin Yerevana gəlib-gəlməyəcəyini öyrənməyə çalışdıq. O qeyd etdi ki, hazırda onların gəlib-gəlməməsi bəlli deyil, lakin onların gəlmə ehtimalı yüksəkdir", - deyə "Yerevan Today. Rus" qəzetindən sitat gətirilib.
Millət vəkili Rasim Musabəyov Sputnik Azərbaycan-a ölkəmizin nümayəndə heyətinin Yerevanda keçiriləcək Avronest toplantısına qatılması məsələsindən danışıb.
Deputat bunun ilk dəfə baş vermədiyini söyləyib. Onun sözlərinə görə, Avronest-in Azərbaycan nümayəndələri əvvəllər də Ermənistana səfər ediblər: "İkinci Qarabağ müharibəsindən əvvəl Yerevanda müxtəlif komitələrin iclasları keçirilirdi və orada azərbaycanlı deputatlar da iştirak edirdilər".
"Belə bir səfər qeyri-adi deyil, lakin bu, müharibədən sonra ilk dəfə olacaq. Düşünürəm ki, səfər həm Azərbaycan, həm də Ermənistan ictimaiyyəti tərəfindən müsbət qarşılanacaq", - deyə millət vəkili bildirib.
Ermənistan tərəfi ilə mümkün pərdəarxası dialoqa gəlincə, Rasim Musabəyov bildirib ki, əgər imkan olsa, Azərbaycan tərəfi bundan istifadə edəcək, baxmayaraq ki, əvvəllər belə dialoqlar nəzərdə tutulmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.