https://sputnik.az/20220216/azerbaycanda-icmeli-sudan-kecen-xesteliklerin-sayi-azalib-nazirlik-sebebi-aciqladi-439243080.html
Azərbaycanda içməli sudan keçən xəstəliklərin sayı azalıb: Nazirlik səbəbi açıqladı
Azərbaycanda içməli sudan keçən xəstəliklərin sayı azalıb: Nazirlik səbəbi açıqladı
Sputnik Azərbaycan
Su ilə keçən infeksion xəstəliklər Bakıda və regionlarda azalma səviyyəsindədir. Su ilə keçən bəzi xəstəliklər uzun illərdir rast gəlinmir. 16.02.2022, Sputnik Azərbaycan
2022-02-16T23:50+0400
2022-02-16T23:50+0400
2022-02-16T23:50+0400
su
azərbaycan xəbərləri
səhiyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e4/07/16/424499181_0:0:3059:1722_1920x0_80_0_0_d7b803a407f2cffb708c15298969a538.jpg
BAKI, 16 fevral — Sputnik. "İçməli su, gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət" milli dövlət standartı hazırlanıb. İşçi qrupu da yaradılıb, suda kimyəvi maddələr, bakteroloji və digər göstəricilər araşdırılıb.Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin aparıcı məsləhətçisi Leyla Tağızadə deyib.Nazirlik rəsmisi bildirib ki, həmin standartlar Avropa standartlarına uyğunlaşdırılıb.L.Tağızadə əlavə edib ki, Azərbaycanda suda orqanik keyfiyyət çox vaxt yaxşı olmur: "Hazırda ölkənin 26 rayonunun 483 kəndində lokal təmizləyici qurğular fəaliyyət göstərir. Hazırda 13 rayonda mərkəzləşdirilmiş su təchizatı təmin olunub. Ölkədə suyun keyfiyyəti yaxşıdır. Su ilə bağlı bir sıra infeksion xəstəliklər qeydə alınmayıb".İçməli su vasitəsilə keçən infeksion xəstəliklərlə bağlı vəziyyət stabildirLeyla Tağızadə deyib ki, içməli su vasitəsilə keçən infeksion xəstəliklərlə bağlı vəziyyət stabildir.Onun sözlərinə görə, su ilə keçən infeksion xəstəliklər Bakıda və regionlarda azalma səviyyəsindədir: "Su ilə keçən bəzi xəstəliklər - vəba, qarın yatalağına uzun illərdir rast gəlinmir. Bəzi xəstəliklər isə 10 illərdir müşahidə olunmur. Hazırda Hepatit A azalıb, digər xəstəlikləri də yoxlayırıq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/16/424499181_208:0:2939:2048_1920x0_80_0_0_4edc9b59af318e6729fe88d91b403204.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
səhiyyə nazirliyinin içməli su barədə maraqlı araşdırması
səhiyyə nazirliyinin içməli su barədə maraqlı araşdırması
Azərbaycanda içməli sudan keçən xəstəliklərin sayı azalıb: Nazirlik səbəbi açıqladı
Su ilə keçən infeksion xəstəliklər Bakıda və regionlarda azalma səviyyəsindədir. Su ilə keçən bəzi xəstəliklər uzun illərdir rast gəlinmir.
BAKI, 16 fevral — Sputnik. "İçməli su, gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət" milli dövlət standartı hazırlanıb. İşçi qrupu da yaradılıb, suda kimyəvi maddələr, bakteroloji və digər göstəricilər araşdırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin aparıcı məsləhətçisi Leyla Tağızadə deyib.
Nazirlik rəsmisi bildirib ki, həmin standartlar Avropa standartlarına uyğunlaşdırılıb.
L.Tağızadə əlavə edib ki, Azərbaycanda suda orqanik keyfiyyət çox vaxt yaxşı olmur: "Hazırda ölkənin 26 rayonunun 483 kəndində lokal təmizləyici qurğular fəaliyyət göstərir. Hazırda 13 rayonda mərkəzləşdirilmiş su təchizatı təmin olunub. Ölkədə suyun keyfiyyəti yaxşıdır. Su ilə bağlı bir sıra infeksion xəstəliklər qeydə alınmayıb".
İçməli su vasitəsilə keçən infeksion xəstəliklərlə bağlı vəziyyət stabildir
Leyla Tağızadə deyib ki, içməli su vasitəsilə keçən infeksion xəstəliklərlə bağlı vəziyyət stabildir.
Onun sözlərinə görə, su ilə keçən infeksion xəstəliklər Bakıda və regionlarda azalma səviyyəsindədir: "Su ilə keçən bəzi xəstəliklər - vəba, qarın yatalağına uzun illərdir rast gəlinmir. Bəzi xəstəliklər isə 10 illərdir müşahidə olunmur. Hazırda Hepatit A azalıb, digər xəstəlikləri də yoxlayırıq".