https://sputnik.az/20220216/10-mine-yaxin-muellim-bu-il-ise-qebul-edilecek-439233306.html
On minə yaxın müəllim bu il işə qəbul ediləcək
On minə yaxın müəllim bu il işə qəbul ediləcək
Sputnik Azərbaycan
Müəllimlərin sertifikasiya imtahanlarının bu il üçün nazirliyin fəaliyyət istiqamətlərinə uyğun keçirilməsi nəzərdə tutulur. 16.02.2022, Sputnik Azərbaycan
2022-02-16T13:34+0400
2022-02-16T13:34+0400
2022-02-16T13:34+0400
müəllim
təhsil
müəllimlərin işə qəbulu
imtahan
https://cdnn1.img.sputnik.az/img/42212/07/422120783_0:0:1501:844_1920x0_80_0_0_9a47ed316a807c47217a3ee932ddc687.jpg
BAKI, 16 fevral — Sputnik. Müəllimlərin işə qəbulu üzrə test imtahanlarının bir neçə mərhələdə keçirilməsi nəzərdə tutulmayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklərlə bağlı çıxışında səsləndirib. O qeyd edib ki, vakansiya seçimi iki mərhələdə olacaq. İlk mərhələdə MİQ üzrə müsabiqənin minimum tələbini ödəyən şəhid ailəsi üzvlərinin seçim etməsinə üstünlük veriləcək. Həmçinin E.Bağırov qeyd edib ki, növbəti ildən müddətli əsaslarla işləyən müəllimlər daimiləşmə üçün MİQ üzrə müsabiqədə iştirak etməli olacaqlar. O bildirib ki, bu il onlar üçün son vaxtdır.Şöbə müdiri bildirib ki, müəllimlərin sertifikasiya imtahanlarının bu il üçün nazirliyin fəaliyyət istiqamətlərinə uyğun keçirilməsi nəzərdə tutulur: "Onun sözlərinə görə, sertifikasiya imtahanlarının MİQ müsabiqəsindən sonrakı mərhələdə keçirilməsi hələ nəzərdə tutulmur: "İmtahanın hər hansı kontingent üçün keçirilməsi barədə qərar verilməyib. Hesab edirik ki, hər bir halda prosesin başlanması, həyata keçirilməsi ilə bağlı qəfil və ani qərarlar verilməyəcək. Əgər imtahanın keçirilməsi barədə yekun qərar olacaqsa, bu barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək".Nazirlik rəsmisi onu da deyib ki, ötən il 8000-ə yaxın vakansiya elan edilib: "Tədris ili müddətində də əlavə 5000 yer ayrıldı. Ümumilikdə 13 minə yaxın vakansiya elan olunmuşdu. Eyni sayda vakant yerlər builki MİQ müsabiqəsində də elan ediləcək".Şöbə müdirinin sözlərinə görə, bu ənənənin bu il üçün də davam etdirilməsi nəzərdə tutulur: "Demək olar ki, eyni sayda vakant yerlər builki MİQ müsabiqəsində də elan ediləcək. Müsabiqənin keçirilməsi prosesi iyulda aşlayıb avqusta kimi davam edir. Tədris ilinin əvvəlinə kimi müsabiqə başa çatmalı və bütün vakant yerlər tutulmalıdır".Eləcə də oxuyun:* Müəllimlərin işə qəbulunda bu yeniliklər olacaq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42212/07/422120783_0:0:1333:1000_1920x0_80_0_0_14eefe92f0f4146a03b528e534030c31.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bu il miq imtahanının neçə mərhələdə keçirilməsi nəzərdə tutulur?
bu il miq imtahanının neçə mərhələdə keçirilməsi nəzərdə tutulur?
On minə yaxın müəllim bu il işə qəbul ediləcək
Müəllimlərin sertifikasiya imtahanlarının bu il üçün nazirliyin fəaliyyət istiqamətlərinə uyğun keçirilməsi nəzərdə tutulur.
BAKI, 16 fevral — Sputnik. Müəllimlərin işə qəbulu üzrə test imtahanlarının bir neçə mərhələdə keçirilməsi nəzərdə tutulmayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklərlə bağlı çıxışında səsləndirib.
O qeyd edib ki, vakansiya seçimi iki mərhələdə olacaq. İlk mərhələdə MİQ üzrə müsabiqənin minimum tələbini ödəyən şəhid ailəsi üzvlərinin seçim etməsinə üstünlük veriləcək. Həmçinin E.Bağırov qeyd edib ki, növbəti ildən müddətli əsaslarla işləyən müəllimlər daimiləşmə üçün MİQ üzrə müsabiqədə iştirak etməli olacaqlar. O bildirib ki, bu il onlar üçün son vaxtdır.
Şöbə müdiri bildirib ki, müəllimlərin sertifikasiya imtahanlarının bu il üçün nazirliyin fəaliyyət istiqamətlərinə uyğun keçirilməsi nəzərdə tutulur: "Onun sözlərinə görə, sertifikasiya imtahanlarının MİQ müsabiqəsindən sonrakı mərhələdə keçirilməsi hələ nəzərdə tutulmur: "İmtahanın hər hansı kontingent üçün keçirilməsi barədə qərar verilməyib. Hesab edirik ki, hər bir halda prosesin başlanması, həyata keçirilməsi ilə bağlı qəfil və ani qərarlar verilməyəcək. Əgər imtahanın keçirilməsi barədə yekun qərar olacaqsa, bu barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək".
Nazirlik rəsmisi onu da deyib ki, ötən il 8000-ə yaxın vakansiya elan edilib: "Tədris ili müddətində də əlavə 5000 yer ayrıldı. Ümumilikdə 13 minə yaxın vakansiya elan olunmuşdu. Eyni sayda vakant yerlər builki MİQ müsabiqəsində də elan ediləcək".
Şöbə müdirinin sözlərinə görə, bu ənənənin bu il üçün də davam etdirilməsi nəzərdə tutulur: "Demək olar ki, eyni sayda vakant yerlər builki MİQ müsabiqəsində də elan ediləcək. Müsabiqənin keçirilməsi prosesi iyulda aşlayıb avqusta kimi davam edir. Tədris ilinin əvvəlinə kimi müsabiqə başa çatmalı və bütün vakant yerlər tutulmalıdır".