https://sputnik.az/20220215/tibbi-sigortanin-huquqi-mexanizmlerin-tekmillesdirilmesi-davamli-olmalidir---deputat--439205563.html
Tibbi sığortanın hüquqi mexanizmlərin təkmilləşdirilməsi davamlı olmalıdır - Deputat
Tibbi sığortanın hüquqi mexanizmlərin təkmilləşdirilməsi davamlı olmalıdır - Deputat
Sputnik Azərbaycan
Millət vəkili deyir ki, icbari tibbi sığorta sistemi Azərbaycan üçün tamamilə yenilikdir. Bu baxımdan əhalinin daha çox maarifləndirilməsinə ehtiyac var. 15.02.2022, Sputnik Azərbaycan
2022-02-15T21:27+0400
2022-02-15T21:27+0400
2022-02-15T21:27+0400
tibbi sığorta
cəmiyyət
qanun
mexanizm
hüquq
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1c/425830085_0:0:3077:1731_1920x0_80_0_0_ff9432eb5122b0f842873fa00658347f.jpg
BAKI, 15 fevral — Sputnik. Tibbi xidmətlərin əlçatanlığının təmin olunması, eyni zamanda, əhatə dairəsinin genişləndirilməsi üçün bütün mümkün resurslardan istifadə olunmasına ehtiyac var. Söhbət əhalinin, vətəndaşların sağlamlığından gedirsə, burada dəqiq və praktik mexanizmlər tətbiq olunmalıdır. Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 tibbi xidmət daxil edilib. Əlavə resursların cəlb olunması tibbi xidmətlər zərfinin əhatə dairəsinin genişlənməsinə də stimul yarada bilər. Bu, xüsusilə sosial həssas qruplardan olan vətəndaşların mənafeləri baxımından çox vacibdir. Çünki bəzi hallarda bu kateqoriyadan olan vətəndaşlar zərfə daxil olmayan tibbi xidmətlərdən istifadə etməkdə çətinliklə qarşılaşır. Bu səbəbdən ümid edirəm ki, əlavə maliyyə daxilolmaları zərfə daxil olan tibbi xidmətlərin sayının davamlı artırılmasına xidmət edəcək.Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Soltan Məmmədov parlamentin bu gün keçirilən iclasında "Tibbi sığorta haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.O vurğulayıb ki, icbari tibbi sığorta sistemi Azərbaycan üçün tamamilə yenilikdir: "Bu baxımdan əhalinin daha çox maarifləndirilməsinə ehtiyac var. Azərbaycanda icbari tibbi sığortanın tətbiqi vətəndaşlar üçün səhiyyə xidmətlərinin əlçatanlığının təmin olunması və keyfiyyətinin artırılması baxımından çox geniş imkanlar açır. Bu sahədə insanların maarifləndirilməsi, daha müfəssəl məlumat almasının təmin edilməsi üçün müvafiq dövlət qurumları, o cümlədən Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və digər qurumlar tərəfindən mütəmadi maarifləndirmə işləri aparılır. Bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsinə ehtiyac var".Təklif olunan tibbi xidmətlər barədə vətəndaşların heç də hamısının yetərincə məlumata malik olmadığını söyləyən deputat deyib:"Ona görə də hesab edirəm ki, həm kütləvi informasiya vasitələri, həm qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları bu prosesdə daha fəal iştirak edə bilər. Bu, həm ölkəmiz üçün, dövlətimiz üçün, həm də vətəndaşlarımız üçün çox vacib əhəmiyyət daşıyır. İcbari tibbi sığorta sisteminin tətbiqi hər bir vətəndaş üçün tibbi xidmətlərin alınması prosesini daha çevik, əlçatan və effektiv etməyə imkan yaradır. Bu baxımdan, tibbi sığortanın tətbiqi ilə bağlı hüquqi mexanizmlərin təkmilləşdirilməsi prosesi davamlı olmalıdır. Eyni zamanda, yeni sistemin vətəndaşa verdiyi üstünlüklər, onun tətbiqi prosesində meydana çıxan çətinliklər, nöqsanlara ictimai nəzarət də güclü olmalıdır", - deyə o qeyd edib.Deputat bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilə bağlı tibbi xidmətlərdə dəyişikliklərin tətbiqi təbii olaraq xeyli zaman tələb edir:"İnfrastrukturun yeni sistemin tələblərinə uyğunlaşdırılması, kadr potensialının gücləndirilməsi istiqamətində görüləsi işlər çoxdur. Lakin ən mühüm məsələlərdən biri də əhalinin məlumatlılığının artırılmasıdır. Buna görə də vətəndaşlar onların bilavasitə sağlamlığı ilə bağlı olan bu prosesin uğurla həyata keçirilməsində maraqlı tərəf kimi yüksək fəallıq və həmrəylik nümayiş etdirməlidir"."“Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişikliklərin məqsədəuyğun olduğunu hesab edirəm. İdxal olunan aksizli mallar üzrə icbari tibbi sığorta haqlarının ödənilməsinə nəzarət mexanizminin yaradılması Azərbaycanda yeni tətbiq olunan icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi baxımından çox mühüm əhəmiyyətə malikdir. Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləğinin tətbiqi prosedurunun başlanması ilə bağlı dəyişiklik də fikrimcə, günün tələblərinə uyğundur. Bu prosedurun tətbiqi üçün icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı qarşıda duran vəzifələrin tam şəkildə yerinə yetirilməsi zəruridir. Ona görə də hesab edirəm ki, təklif olunan dəyişiklik yerinə düşür", - deyə o əlavə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:İcbari tibbi sığortayla bağlı müştərək maliyyələşmə gələn ildən tətbiq ediləcəkTransplantasiya Xidmətlər Zərfinə daxil ediləcəkReproduktiv sağlamlıq ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq - FOTO
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1c/425830085_348:0:3077:2047_1920x0_80_0_0_019374a78d70fe8671a5320c3a0ad818.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
tibbi sığortanın hüquqi mexanizmlərin təkmilləşdirilməsi davamlı olmalıdır - deputat
tibbi sığortanın hüquqi mexanizmlərin təkmilləşdirilməsi davamlı olmalıdır - deputat
Tibbi sığortanın hüquqi mexanizmlərin təkmilləşdirilməsi davamlı olmalıdır - Deputat
Millət vəkili deyir ki, icbari tibbi sığorta sistemi Azərbaycan üçün tamamilə yenilikdir. Bu baxımdan əhalinin daha çox maarifləndirilməsinə ehtiyac var.
BAKI, 15 fevral — Sputnik. Tibbi xidmətlərin əlçatanlığının təmin olunması, eyni zamanda, əhatə dairəsinin genişləndirilməsi üçün bütün mümkün resurslardan istifadə olunmasına ehtiyac var. Söhbət əhalinin, vətəndaşların sağlamlığından gedirsə, burada dəqiq və praktik mexanizmlər tətbiq olunmalıdır. Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 tibbi xidmət daxil edilib. Əlavə resursların cəlb olunması tibbi xidmətlər zərfinin əhatə dairəsinin genişlənməsinə də stimul yarada bilər. Bu, xüsusilə sosial həssas qruplardan olan vətəndaşların mənafeləri baxımından çox vacibdir. Çünki bəzi hallarda bu kateqoriyadan olan vətəndaşlar zərfə daxil olmayan tibbi xidmətlərdən istifadə etməkdə çətinliklə qarşılaşır. Bu səbəbdən ümid edirəm ki, əlavə maliyyə daxilolmaları zərfə daxil olan tibbi xidmətlərin sayının davamlı artırılmasına xidmət edəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Soltan Məmmədov parlamentin bu gün keçirilən iclasında "Tibbi sığorta haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.
O vurğulayıb ki, icbari tibbi sığorta sistemi Azərbaycan üçün tamamilə yenilikdir: "Bu baxımdan əhalinin daha çox maarifləndirilməsinə ehtiyac var. Azərbaycanda icbari tibbi sığortanın tətbiqi vətəndaşlar üçün səhiyyə xidmətlərinin əlçatanlığının təmin olunması və keyfiyyətinin artırılması baxımından çox geniş imkanlar açır. Bu sahədə insanların maarifləndirilməsi, daha müfəssəl məlumat almasının təmin edilməsi üçün müvafiq dövlət qurumları, o cümlədən Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və digər qurumlar tərəfindən mütəmadi maarifləndirmə işləri aparılır. Bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsinə ehtiyac var".
Təklif olunan tibbi xidmətlər barədə vətəndaşların heç də hamısının yetərincə məlumata malik olmadığını söyləyən deputat deyib:
"Ona görə də hesab edirəm ki, həm kütləvi informasiya vasitələri, həm qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları bu prosesdə daha fəal iştirak edə bilər. Bu, həm ölkəmiz üçün, dövlətimiz üçün, həm də vətəndaşlarımız üçün çox vacib əhəmiyyət daşıyır. İcbari tibbi sığorta sisteminin tətbiqi hər bir vətəndaş üçün tibbi xidmətlərin alınması prosesini daha çevik, əlçatan və effektiv etməyə imkan yaradır. Bu baxımdan, tibbi sığortanın tətbiqi ilə bağlı hüquqi mexanizmlərin təkmilləşdirilməsi prosesi davamlı olmalıdır. Eyni zamanda, yeni sistemin vətəndaşa verdiyi üstünlüklər, onun tətbiqi prosesində meydana çıxan çətinliklər, nöqsanlara ictimai nəzarət də güclü olmalıdır", - deyə o qeyd edib.
Deputat bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilə bağlı tibbi xidmətlərdə dəyişikliklərin tətbiqi təbii olaraq xeyli zaman tələb edir:
"İnfrastrukturun yeni sistemin tələblərinə uyğunlaşdırılması, kadr potensialının gücləndirilməsi istiqamətində görüləsi işlər çoxdur. Lakin ən mühüm məsələlərdən biri də əhalinin məlumatlılığının artırılmasıdır. Buna görə də vətəndaşlar onların bilavasitə sağlamlığı ilə bağlı olan bu prosesin uğurla həyata keçirilməsində maraqlı tərəf kimi yüksək fəallıq və həmrəylik nümayiş etdirməlidir".
"“Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişikliklərin məqsədəuyğun olduğunu hesab edirəm. İdxal olunan aksizli mallar üzrə icbari tibbi sığorta haqlarının ödənilməsinə nəzarət mexanizminin yaradılması Azərbaycanda yeni tətbiq olunan icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi baxımından çox mühüm əhəmiyyətə malikdir. Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləğinin tətbiqi prosedurunun başlanması ilə bağlı dəyişiklik də fikrimcə, günün tələblərinə uyğundur. Bu prosedurun tətbiqi üçün icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı qarşıda duran vəzifələrin tam şəkildə yerinə yetirilməsi zəruridir. Ona görə də hesab edirəm ki, təklif olunan dəyişiklik yerinə düşür", - deyə o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.