Sovet qoşunlarının Əfqanıstandan çıxarılması: bu necə baş vermişdi
Sovet qoşunlarının Əfqanıstandan çıxarılması: bu necə baş vermişdi
Sputnik Azərbaycan
1989-cu ilin bu günü sovet qoşunlarının məhdud kontingentinin son bölmələri sovet əsgər və zabitlərinin beynəlxalq terrorizm və narkobiznes qüvvələrinə qarşı... 15.02.2022, Sputnik Azərbaycan
BAKI, 15 fevral — Sputnik. SSRİ öz üzərinə hərbi kontingentini doqquz ay ərzində, yəni 1989-cu il fevralın 15-dək çıxarmaq öhdəliyi götürmüşdü. Sovet qoşunlarının Əfqanıstandan çıxarılması 1988-ci il aprelin 14-də Əfqanıstan Demokratik Respublikası ətrafında vəziyyətin siyasi nizamlanmasına dair bağlanmış Cenevrə razılaşmalarına uyğun olaraq 1988-ci mayın 15-də başladı. Rəsmi versiyaya görə, 15 fevral 1989-cu ildə general-leytenant Boris Qromov "Dostluq" körpüsü ilə iki ölkə arasında sərhədi keçən sonuncu sovet hərbçisi oldu.1979-1989-cu illərdə Əfqanıstanda aparılan döyüş əməliyyatlarında sovet qoşunlarının məhdud kontingentinin 650 mindən çox hərbi qulluqçusu və SSRİ-nin demək olar ki, bütün millətlərdən olan 200 min mülki vətəndaşı iştirak edib. SSRİ-nin bu hərbi əməliyyatlarda itkisi 15051 nəfər təşkil edib. Qoşunların bu ölkədən çıxarılması Sovet İttifaqı üçün Əfqanıstan müharibəsinin başa çatması demək idi idi.Fevralın 15-i Rusiyada Beynəlmiləlçi Əsgərlərin Anım Günü kimi qeyd olunur. Bu gün sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 33-cü ili tamam olur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
1989-cu ilin bu günü sovet qoşunlarının məhdud kontingentinin son bölmələri sovet əsgər və zabitlərinin beynəlxalq terrorizm və narkobiznes qüvvələrinə qarşı mətanətlə və cəsarətlə müqavimət göstərdiyi Əfqanıstandan vətənə qayıtdı.
BAKI, 15 fevral — Sputnik. SSRİ öz üzərinə hərbi kontingentini doqquz ay ərzində, yəni 1989-cu il fevralın 15-dək çıxarmaq öhdəliyi götürmüşdü. Sovet qoşunlarının Əfqanıstandan çıxarılması 1988-ci il aprelin 14-də Əfqanıstan Demokratik Respublikası ətrafında vəziyyətin siyasi nizamlanmasına dair bağlanmış Cenevrə razılaşmalarına uyğun olaraq 1988-ci mayın 15-də başladı. Rəsmi versiyaya görə, 15 fevral 1989-cu ildə general-leytenant Boris Qromov "Dostluq" körpüsü ilə iki ölkə arasında sərhədi keçən sonuncu sovet hərbçisi oldu.
Sovet qoşunlarının məhdud kontingentinin Əfqanıstandan mərhələli şəkildə çıxarılması. Sovet qoşunlarının birinci kolonnası vətənə yola düşür. Salanq aşırımı.
Sovet qoşunlarının məhdud kontingentinin Əfqanıstandan mərhələli şəkildə çıxarılması. Sovet qoşunlarının birinci kolonnası vətənə yola düşür. Salanq aşırımı.
SSRİ Cenevrə razılaşmalarını yerinə yetirərək əldə edilmiş razılaşmalara uyğun şəkildə sovet qoşunlarının məhdud kontingentinin hissə və birləşmələrinin Əfqanıstandan çıxarılmasını tamamilə başa çatdırdı. Döyüş dostları.

Əfqanıstandakı sovet qoşunlarının məhdud kontingentinin komandiri, Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Boris Qromov və onu qarşılamağa gələn oğlu Maksim. Qromov Əfqanıstanı ən son tərk edən sovet hərbçisidir.

Əfqanıstandakı sovet qoşunlarının məhdud kontingentinin komandanı, Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Boris Qromov sovet hərbi hissə və birləşmələri Cenevrə razılaşmalarına uyğun olaraq Əfqanıstandan çıxarıldıqdan sonra Özbəkistanın Termez şəhərində jurnalistlərin suallarını cavablandırır.

1979-1989-cu illərdə Əfqanıstanda aparılan döyüş əməliyyatlarında sovet qoşunlarının məhdud kontingentinin 650 mindən çox hərbi qulluqçusu və SSRİ-nin demək olar ki, bütün millətlərdən olan 200 min mülki vətəndaşı iştirak edib. SSRİ-nin bu hərbi əməliyyatlarda itkisi 15051 nəfər təşkil edib. Qoşunların bu ölkədən çıxarılması Sovet İttifaqı üçün Əfqanıstan müharibəsinin başa çatması demək idi idi.
Fevralın 15-i Rusiyada Beynəlmiləlçi Əsgərlərin Anım Günü kimi qeyd olunur. Bu gün sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 33-cü ili tamam olur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.