https://sputnik.az/20220215/kamileni-dayandirimaq-rusiyani-dayandirimaq-439214046.html
Kamiləni dayandırmaq, Rusiyanı dayandırmaq
Kamiləni dayandırmaq, Rusiyanı dayandırmaq
Sputnik Azərbaycan
Biz bütün ölkə olaraq gənc buz kraliçamızın arxasındayıq, idmançımız isə xalqımızın hamılıqla onu dəstəklədiyini bilir. Bütün Rusiya. Mübaliğəsiz və istisnasız.
2022-02-15T20:08+0400
2022-02-15T20:08+0400
2022-02-15T21:00+0400
fiqurlu konkisürmə
qış olimpiya oyunları - 2022
rusiya
pekin
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0c/439096612_0:0:3072:1728_1920x0_80_0_0_cf9ab74274b2da51556e541f4bb94d66.jpg
BAKI, 15 fevral — Sputnik. Bu gün gənc buz kraliçası 15 yaşlı Kamilə Vəliyeva qadınların təkbətək mübarizəsində fərdi birincilik uğrunda olimpiya yarışına başlayır. Beynəlxalq Olimpiya Komitəsindəki (BOK), belə demək mümkünsə, yekə-yekə əmilərdən açıqca alandan sonra. Onlar İdman Arbitraj Məhkəməsinin Pekin sessiyasının qərarından narazılıqlarını güclə gizlədərək bəyan etməyə tələsdilər ki, əgər çempionumuz bu yarışlarda hər hansı bir medal qazanarsa, mükafat mərasimi keçirilməyəcək.Gəlin, hələ 16 yaşı belə tamam olmamış qızcığazı buz üstünə çıxmamışdan əvvəl girov götürərək, bütün dünyaya "əgər o, birinci olarsa və ya ilk üçlüyə düşərsə, həmin yarış növü üzrə olimpiya mükafatlarının təqdim edilməməsinə görə məsuliyyət daşıyacaq" deməyin nə qədər etik olduğunu bir kənara qoyaq və hər şeyi öz adı ilə çağıraq.Bu təxminən belə səslənir: "rus, partizan, təslim ol!" Fiziki cəza olmasa belə, Vəliyevanın ictimaiyyət qarşısında cəzalandırılması əlbəttə ki, əvvəlcədən BOK tərəfindən oyunların proqramında nəzərdə tutulmuşdu və bizim gözümüzün qarşısında həyata keçirilir. Biz bunu demək olar ki, dərhal başa düşdük. Qərbin Rusiya ilə hibrid müharibəsinin bu hissəsində artıq bizim üçün heç bir sirr yoxdur. Bəli, müharibələr! "Təmiz idman", "dopinqə qarşı müharibə" şüarları, Amerika, Böyük Britaniya və Avropa mətbuatında sürətlə yayılan başqa qaraqışqırıqlarla aparılan müharibələr. Amma bu hay-küy, bu "ağ səslər" artıq bizi çaşdıra bilməz. Münasib bəhanələrlə, idman həkimlərinin də dediyi kimi, bütün qadağan olunmuş maddələrdən, daha dəqiq desək, texnikalardan istifadə etməklə bizi – ölkəmizi və idmançılarımızı – Olimpiya hərəkatından sıxışdırıb çıxartmağa çalışırlar.Aydın məsələdir ki, bu nə bu gün başlayıb, nə də sabah başa çatacaq. Bütün bunlara tab gətirmək üçün biz hamımız səbr, dözüm və soyuqqanlılıq göstərərək başımızı dik tutmalı və ləyaqətimizi qoruyub saxlamlıyıq. Anlamalıyıq ki, bizə qarşı nifrət, istər buz meydançasında olsun, istərsə də xizək yolunda indiki dövrün tələbədir və bunu rasional arqumentlərin köməyi ilə irrasionalı şəkildə izah etmək mümkün deyil, daha doğrusu, buna vaxt və enerji sərf eləməyə dəyməz.Ancaq özümüz bir şeyi başa düşməliyik ki, nailiyyətlərimizin tamamilə mübahisəsiz olduğu yerdə bizə nifrət edirlər. Axı fiqurlu konkisürməni Olimpiadada oyunlarının liderinə çevirən başqaları deyil, məhz ruslar olub. Buz üstündə bu idman rəqsi, məsələn, 46 il bundan əvvəl niyə ayrıca olimpiya idman növünə çevrildi? Çünki bizim möhtəşəm Lyudmila Paxomova və Aleksandr Qorşkovun məharətli çıxışı sayəsində BOK-un o vaxtkı bürokratlarının fiqurlu konkisürmənin bu növünü 1976-cı ildə Avstriyanın İnsbruk şəhərində keçirilən Olimpiada oyunlarının proqramına daxil etməkdən başqa çarəsi qalmamışdı. Sovet cütlüyü orada buz üstünə çıxaraq təkcə öz bacarığını nümayiş etdirmədi, həm də bu yarış növü üzrə çempionların uzun illər boyunca sovet fiqurlu konkisürmə məktəbinin nümayəndələri olacağını təsdiqlədi.Söhbətin hansı bacarıq, çalışqanlıq və istedad səviyyəsindən getdiyini hamının başa düşməsi üçün artıq "balet" isminin qarşısına "rus" sifətini əlavə etmək lazım gəlmədiyi kimi, fiqurlu konkisürmə də onilliklər ərzində bizi heç kimin ötə bilməyəcəyi idman növü kimi qəbul edilib.Hərçənd bunu istəyənlər oldu, onlar çox çalışdılar, amma bizim idmançılarımız daha güclü idi.Onlar daha çox çalışdılar, hətta özlərini bu yolda qurban verməkdən də çəkinmədilər, çünki onlardan bəziləri üçün bu məşqlər xəstəxanaya yerləşdirilməklə və hətta buz üstündə ölümlə nəticələnə bilərdi.Mütləq nizam-intizam tələb olunduğu yerdə biz başqalarından güclüyük. Çünki həm məşqçilər, həm də idmançılar əmindirlər: fiziki gösətəricilərə malik olmaq yaxşıdır, ancaq fiqurlu konkisürmədə dahilik kəmiyyətlə əldə edilir. Əlbəttə ki, buz meydançasında on saat keçirən adam yalnız qollarını və ayaqlarını yelləmək üçün buz üstünə çıxandan daha yaxşı nəticə göstərəcək.Odur ki, Qərb mətbuatındakı "rusların məşq etdiyi sistem çox qəddardır və şəxsi xüsusiyyətləri nəzərə almır" şəklindəki çığırtılar gülüncdür. Qeyd etmək lazımdır ki, rus baleti haqqında da demək olar ki, eyni sözləri yazırdılar. Guya Qriqoroviç özünün "diktator davranışı ilə rəqqasların məşq marafonuna hazırlığını və əhval-ruhiyyəsini nəzərə almırmış".Ümumiyyətlə, balet də, fiqurlu konkisürmə də "rus üçün yaxşı olan alman üçün ölümdür!" deyiminə gözəl nümunədir.Biz intriqaların baş alıb getdiyi, çempionların idman lobbiçiləri tərəfindən müəyyənləşdirildiyi yerdə birincilik qazanmamışıq və qazanmırıq. Biz ağır zəhmətin olduğu, dünyanın görmədiyi qan-tər və göz yaşı tökülən yerdə birincilik qazanmışıq və qazanırıq.Biz həm xarakter etibarı ilə, həm də qadağan edilən dərmanlardan istifadə nəticəsində yaranan "çətin psixoloji vəziyyət" yaşamağı da, vulqar dopinqdən istifadə hüququnu da başqalarına saxlayırıq.Bizim uşaqlardan biri məşqdə yüksək səslə bəyan olunduğu kimi "çaşqınlıq və daxili tarazlıqla bağlı problemlər" yaşamaq bir yana qalsın, az da olsa formada olmazsa, özümüzə hörmətimizi itirərdik. Heç də ona görə yox ki, biz bəzən tərəddüdə düşmürük, ona görə ki, başqalarının bizə acıyacağı vəziyyətə düşə bilmərik, üstəlik, tamaşaçıların gözü qarşısında. Bu, əsl olimpiyaçıya yaraşmaz, biz bu cür tərbiyə almamışıq. Ona görə yox ki, olimpiyaçılar fövqəlbəşər varlıqlardır, ona görə ki, onlar ən yaxşılardır. Xalqımızın ən yaxşı təmsilçiləridir.IOC, WADA məmurları və onlarla əlbir olanlar bizi həm bayraqdan, həm də himndən məhrum etməklə (yəqin ki, artıq ən inadkar adamlar belə anladılar ki, ortada heç bir dopinq yox idi, yalnız idmançılarımızın Olimpiadada iştirakını qadağan etməklə Rusiyanın yüksək idman növlərini məhv etmək üçün siyasi iradə var idi) xarakterimizdən də məhrum etmək istəyirdilər. Amma alınmadı.Heç şübhəsiz ki, Kamilə Vəliyevaya, onun məşqçilərinə, komandamızın olimpiya oyunlardakı qərargahına, Rusiya Milli Olimpiya Komitəsinə, bir sözlə, ölkə və millət olaraq bizə qarşı indiki təzyiq kampaniyasının müəlliflərinin fikri özlərinə gedib. Bütün bu baş verənlər şübhəsiz ki, onları pis vəziyyətə salardı. Amma həmin personajlar yanılıblar.Biz bütün ölkə olaraq gənc buz kraliçamızın arxasındayıq, idmançımız isə bütün xalqımızın onu dəstəklədiyini bilir. Bütün Rusiya. Mübaliğəsiz və istisnasız.Sanki buz üstündə doğulmuş Kamilə Əliyeva şərəflə yarışmaq üçün buz meydançasına çıxır.Bu gənc fiqurlu konkisürənimiz böyük təzyiqə və ağır böhtana tab gətirməklə buz meydançasından kənarda belə güc və qətiyyət nümayiş etdirdi. Və BOK tərəfindən onün ünvanın səsələndirilən bütün təhdidlərə rəğmən Kamilədə mütləq alınacaq.Əsas qələbəsini isə o artıq qazanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Kamilə Vəliyeva 2022-ci il Olimpiadasının fərdi turnirində çıxış edəcək
pekin
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Yelena Qarayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/19/427312148_152:-1:671:519_100x100_80_0_0_48701169a62c5a6c4278490c05b9f7c5.jpg
Yelena Qarayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/19/427312148_152:-1:671:519_100x100_80_0_0_48701169a62c5a6c4278490c05b9f7c5.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0c/439096612_301:0:3032:2048_1920x0_80_0_0_c76109c2d8b56985bd310e3c0a64cd96.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Yelena Qarayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/19/427312148_152:-1:671:519_100x100_80_0_0_48701169a62c5a6c4278490c05b9f7c5.jpg
kamiləni dayandırımaq, rusiyanı dayandırımaq
kamiləni dayandırımaq, rusiyanı dayandırımaq
Kamiləni dayandırmaq, Rusiyanı dayandırmaq
20:08 15.02.2022 (Yenilənib: 21:00 15.02.2022) Biz bütün ölkə olaraq gənc buz kraliçamızın arxasındayıq, idmançımız isə xalqımızın hamılıqla onu dəstəklədiyini bilir. Bütün Rusiya. Mübaliğəsiz və istisnasız.
BAKI, 15 fevral — Sputnik. Bu gün gənc buz kraliçası 15 yaşlı Kamilə Vəliyeva qadınların təkbətək mübarizəsində fərdi birincilik uğrunda olimpiya yarışına başlayır. Beynəlxalq Olimpiya Komitəsindəki (BOK), belə demək mümkünsə, yekə-yekə əmilərdən açıqca alandan sonra. Onlar İdman Arbitraj Məhkəməsinin Pekin sessiyasının qərarından narazılıqlarını güclə gizlədərək bəyan etməyə tələsdilər ki, əgər çempionumuz bu yarışlarda hər hansı bir medal qazanarsa, mükafat mərasimi keçirilməyəcək.
Gəlin, hələ 16 yaşı belə tamam olmamış qızcığazı buz üstünə çıxmamışdan əvvəl girov götürərək, bütün dünyaya "əgər o, birinci olarsa və ya ilk üçlüyə düşərsə, həmin yarış növü üzrə olimpiya mükafatlarının təqdim edilməməsinə görə məsuliyyət daşıyacaq" deməyin nə qədər etik olduğunu bir kənara qoyaq və hər şeyi öz adı ilə çağıraq.
Bu təxminən belə səslənir: "rus, partizan, təslim ol!" Fiziki cəza olmasa belə, Vəliyevanın ictimaiyyət qarşısında cəzalandırılması əlbəttə ki, əvvəlcədən BOK tərəfindən oyunların proqramında nəzərdə tutulmuşdu və bizim gözümüzün qarşısında həyata keçirilir. Biz bunu demək olar ki, dərhal başa düşdük. Qərbin Rusiya ilə hibrid müharibəsinin bu hissəsində artıq bizim üçün heç bir sirr yoxdur. Bəli, müharibələr! "Təmiz idman", "dopinqə qarşı müharibə" şüarları, Amerika, Böyük Britaniya və Avropa mətbuatında sürətlə yayılan başqa qaraqışqırıqlarla aparılan müharibələr. Amma bu hay-küy, bu "ağ səslər" artıq bizi çaşdıra bilməz. Münasib bəhanələrlə, idman həkimlərinin də dediyi kimi, bütün qadağan olunmuş maddələrdən, daha dəqiq desək, texnikalardan istifadə etməklə bizi – ölkəmizi və idmançılarımızı – Olimpiya hərəkatından sıxışdırıb çıxartmağa çalışırlar.
Aydın məsələdir ki, bu nə bu gün başlayıb, nə də sabah başa çatacaq. Bütün bunlara tab gətirmək üçün biz hamımız səbr, dözüm və soyuqqanlılıq göstərərək başımızı dik tutmalı və ləyaqətimizi qoruyub saxlamlıyıq. Anlamalıyıq ki, bizə qarşı nifrət, istər buz meydançasında olsun, istərsə də xizək yolunda indiki dövrün tələbədir və bunu rasional arqumentlərin köməyi ilə irrasionalı şəkildə izah etmək mümkün deyil, daha doğrusu, buna vaxt və enerji sərf eləməyə dəyməz.
Ancaq özümüz bir şeyi başa düşməliyik ki, nailiyyətlərimizin tamamilə mübahisəsiz olduğu yerdə bizə nifrət edirlər. Axı fiqurlu konkisürməni Olimpiadada oyunlarının liderinə çevirən başqaları deyil, məhz ruslar olub. Buz üstündə bu idman rəqsi, məsələn, 46 il bundan əvvəl niyə ayrıca olimpiya idman növünə çevrildi? Çünki bizim möhtəşəm Lyudmila Paxomova və Aleksandr Qorşkovun məharətli çıxışı sayəsində BOK-un o vaxtkı bürokratlarının fiqurlu konkisürmənin bu növünü 1976-cı ildə Avstriyanın İnsbruk şəhərində keçirilən Olimpiada oyunlarının proqramına daxil etməkdən başqa çarəsi qalmamışdı. Sovet cütlüyü orada buz üstünə çıxaraq təkcə öz bacarığını nümayiş etdirmədi, həm də bu yarış növü üzrə çempionların uzun illər boyunca sovet fiqurlu konkisürmə məktəbinin nümayəndələri olacağını təsdiqlədi.
Söhbətin hansı bacarıq, çalışqanlıq və istedad səviyyəsindən getdiyini hamının başa düşməsi üçün artıq "balet" isminin qarşısına "rus" sifətini əlavə etmək lazım gəlmədiyi kimi, fiqurlu konkisürmə də onilliklər ərzində bizi heç kimin ötə bilməyəcəyi idman növü kimi qəbul edilib.
Hərçənd bunu istəyənlər oldu, onlar çox çalışdılar, amma bizim idmançılarımız daha güclü idi.
Onlar daha çox çalışdılar, hətta özlərini bu yolda qurban verməkdən də çəkinmədilər, çünki onlardan bəziləri üçün bu məşqlər xəstəxanaya yerləşdirilməklə və hətta buz üstündə ölümlə nəticələnə bilərdi.
Mütləq nizam-intizam tələb olunduğu yerdə biz başqalarından güclüyük. Çünki həm məşqçilər, həm də idmançılar əmindirlər: fiziki gösətəricilərə malik olmaq yaxşıdır, ancaq fiqurlu konkisürmədə dahilik kəmiyyətlə əldə edilir. Əlbəttə ki, buz meydançasında on saat keçirən adam yalnız qollarını və ayaqlarını yelləmək üçün buz üstünə çıxandan daha yaxşı nəticə göstərəcək.
Odur ki, Qərb mətbuatındakı "rusların məşq etdiyi sistem çox qəddardır və şəxsi xüsusiyyətləri nəzərə almır" şəklindəki çığırtılar gülüncdür. Qeyd etmək lazımdır ki, rus baleti haqqında da demək olar ki, eyni sözləri yazırdılar. Guya Qriqoroviç özünün "diktator davranışı ilə rəqqasların məşq marafonuna hazırlığını və əhval-ruhiyyəsini nəzərə almırmış".
Ümumiyyətlə, balet də, fiqurlu konkisürmə də "rus üçün yaxşı olan alman üçün ölümdür!" deyiminə gözəl nümunədir.
Biz intriqaların baş alıb getdiyi, çempionların idman lobbiçiləri tərəfindən müəyyənləşdirildiyi yerdə birincilik qazanmamışıq və qazanmırıq. Biz ağır zəhmətin olduğu, dünyanın görmədiyi qan-tər və göz yaşı tökülən yerdə birincilik qazanmışıq və qazanırıq.
Biz həm xarakter etibarı ilə, həm də qadağan edilən dərmanlardan istifadə nəticəsində yaranan "çətin psixoloji vəziyyət" yaşamağı da, vulqar dopinqdən istifadə hüququnu da başqalarına saxlayırıq.
Bizim uşaqlardan biri məşqdə yüksək səslə bəyan olunduğu kimi "çaşqınlıq və daxili tarazlıqla bağlı problemlər" yaşamaq bir yana qalsın, az da olsa formada olmazsa, özümüzə hörmətimizi itirərdik. Heç də ona görə yox ki, biz bəzən tərəddüdə düşmürük, ona görə ki, başqalarının bizə acıyacağı vəziyyətə düşə bilmərik, üstəlik, tamaşaçıların gözü qarşısında. Bu, əsl olimpiyaçıya yaraşmaz, biz bu cür tərbiyə almamışıq. Ona görə yox ki, olimpiyaçılar fövqəlbəşər varlıqlardır, ona görə ki, onlar ən yaxşılardır. Xalqımızın ən yaxşı təmsilçiləridir.
IOC, WADA məmurları və onlarla əlbir olanlar bizi həm bayraqdan, həm də himndən məhrum etməklə (yəqin ki, artıq ən inadkar adamlar belə anladılar ki, ortada heç bir dopinq yox idi, yalnız idmançılarımızın Olimpiadada iştirakını qadağan etməklə Rusiyanın yüksək idman növlərini məhv etmək üçün siyasi iradə var idi) xarakterimizdən də məhrum etmək istəyirdilər. Amma alınmadı.
Heç şübhəsiz ki, Kamilə Vəliyevaya, onun məşqçilərinə, komandamızın olimpiya oyunlardakı qərargahına, Rusiya Milli Olimpiya Komitəsinə, bir sözlə, ölkə və millət olaraq bizə qarşı indiki təzyiq kampaniyasının müəlliflərinin fikri özlərinə gedib. Bütün bu baş verənlər şübhəsiz ki, onları pis vəziyyətə salardı. Amma həmin personajlar yanılıblar.
Biz bütün ölkə olaraq gənc buz kraliçamızın arxasındayıq, idmançımız isə bütün xalqımızın onu dəstəklədiyini bilir. Bütün Rusiya. Mübaliğəsiz və istisnasız.
Sanki buz üstündə doğulmuş Kamilə Əliyeva şərəflə yarışmaq üçün buz meydançasına çıxır.
Bu gənc fiqurlu konkisürənimiz böyük təzyiqə və ağır böhtana tab gətirməklə buz meydançasından kənarda belə güc və qətiyyət nümayiş etdirdi. Və BOK tərəfindən onün ünvanın səsələndirilən bütün təhdidlərə rəğmən Kamilədə mütləq alınacaq.
Əsas qələbəsini isə o artıq qazanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.