Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Goranboyda ev yandı, televizor partladı

© Sputnik / Rahim MammadovGoranboyda yanmış ev
Goranboyda yanmış ev - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Abunə olmaq
Evsiz qalan ana və 3 övladı müvəqqəti olaraq Goranboy Xəstəxanasının əvvəlki binasına yerləşdirilib.
BAKI, 15 fevral — Sputnik. Goranboyda ev yanaraq yararsız hala düşüb. Sputnik Azərbaycan xəbər verir ki, yanğın hadisəsi ötən gün rayonun Balakürd kəndində Nəsibə Verdiyevanın yaşadığı mənzildə olub. Həyat yoldaşından ayrılan qadın 3 övladı ilə birgə yanğın baş verən evdə yaşayıb. Övladlarına çörək pulu əldə etmək üçün Nəsibə Verdiyeva günəmuzd fəhlə kimi çalışır.
© Sputnik / Rahim MammadovGoranboyda yanmış ev
Hadisə yerində - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Goranboyda yanmış ev
Yanğın hadisəsi də o işdə olan zaman qeydə alınıb. Qadının 3 uşağı evdə tək qalan zaman qəfil bir otaqlı mənzil alovlanıb. Həyacanlanan evin kiçik sakinləri özləri yanğını söndürməyə cəhd ediblər. Alov şiddətlənib ətrafa yayıldığından onlar qonşuları köməyə çağrıb.
İki qardaş, bacıları ilə evi tərk edən zaman isə televizor partlayıb. Hadisə yerinə çağırılan yanğınsöndürənlər alovu ram edə bilsələr də, ev əşyaları ilə birgə külə çevrilib.
Ev sahibəsi Nəsibə Verdiyevanı qonşular yanğından xəbərdar ediblər. Evə qayıdan qadın övladlarının sağ qalmasına sevinsə də, mənzilinin və əşyalarının külünü tapıb:
© Sputnik / Rahim MammadovNesibə Verdiyeva
Nesibə Verdiyeva ev sahibi - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Nesibə Verdiyeva
"Özüm Kəlbəcərdən məcburi köçkünəm, bu kənddə ailə qurmuşdum, 3 övladım var. Sonra yoldaşımdan ayrıldım, uşaqlarımla bu bir otaqlı evdə yaşıyırdım. Mənim mətbəxim də, qonaq, yataq otağım da, hamısı bu evdə idi. Uşaqları saxlamaq üçün gedib günəmuzd fəhləlik edirəm. Məcburam onları evdə qoyub getməyə. Bir də xəbər gəldi ki, evin yanıb. Qısaqapanmadan olub. Uşaqlar özləri palaz-paltarla söndürmək istəyiblər. Yanğın daha da artıb. Onlar çölə qaçanda televizor da partlayıb. Yaxşı ki, balalarıma nəsə olmayıb. Heç nə çıxara bilmədik, hamısı kül olub. Uşaqların kitablarına kimi yanıb. Sağ olsunlar, qonşular yemək, geyim veriblər bizə. Belə acınacaqlı durumda qalmışıq".
© Sputnik / Rahim Mammadov

Goranboyda yanmış evdən sağ çıxan uşaq

Goranboyda yanmış evdən sağ çıxan uşaq - Sputnik Azərbaycan
1/4

Goranboyda yanmış evdən sağ çıxan uşaq

© Sputnik / Rahim Mammadov

Goranboyda yanğın baş verən evin əşyaları

Goranboyda yanğın baş verən evin əşyaları - Sputnik Azərbaycan
2/4

Goranboyda yanğın baş verən evin əşyaları

© Sputnik / Rahim Mammadov

Goranboyda yanmış ev

Goranboyda yanmış ev - Sputnik Azərbaycan
3/4

Goranboyda yanmış ev

© Sputnik / Rahim Mammadov

Goranboyda yanğın baş verən evin əşyaları

Goranboyda yanğın baş verən evin əşyaları - Sputnik Azərbaycan
4/4

Goranboyda yanğın baş verən evin əşyaları

1/4

Goranboyda yanmış evdən sağ çıxan uşaq

2/4

Goranboyda yanğın baş verən evin əşyaları

3/4

Goranboyda yanmış ev

4/4

Goranboyda yanğın baş verən evin əşyaları

Çətin durumda qalan N.Verdiyeva Goranboy rayon İcra hakimiyyətinə müraciət edib. Qurumdan Sputnik Azərbaycan-a ailəyə kömək olacağı bildirilib:
“Balakürd kəndində baş verən yanğın zamanı mənzili yararsız hala düşən Nəsibə Verdiyeva və üç övladı müvəqqəti olaraq Goranboy rayon Xəstəxanasının keçmiş inzibati binasında, yerləşdiriləcək”.
Qeyd edək ki, yanğının hansı səbəbdən baş verməsi araşdırmalardan sonra məlum olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0