https://sputnik.az/20220215/gence-seherinin-nizami-ve-kepez-rayonlari-legv-olunur---detallar-439206495.html
Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv olunur - DETALLAR
Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv olunur - DETALLAR
Sputnik Azərbaycan
İki rayonunun ləğvi ilə əlaqədar bələdiyyə əraziləri də dəyişir. Deputatlar bu məsələni müzakirə ediblər. 15.02.2022, Sputnik Azərbaycan
2022-02-15T18:14+0400
2022-02-15T18:14+0400
2022-02-15T18:14+0400
gəncə
cəmiyyət
inzibati
ərazi
https://cdnn1.img.sputnik.az/img/42365/28/423652864_0:0:3069:1726_1920x0_80_0_0_5077cada24893b66625400fada4e5b9d.jpg
BAKI, 15 fevral — Sputnik. Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv olunur. Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsində əksini tapıb.Layihəyə əsasən, Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılır. Ləğv edilən Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri hesab edilir.Habelə, ləğv edilən Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə, Cavadxan, Hacıkənd, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri də müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə, Cavadxan, Hacıkəndə, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri hesab edilir.Gəncənin iki rayonunun ləğvi ilə əlaqədar bələdiyyə əraziləri də dəyişir"Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsinə əsasən, Nizami və Kəpəz rayonları ləğv edilir. Buna görə də müvafiq qaydada "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda da dəyişiklik edilir.Layihəyə əsasən, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Cavadxan, Məhsəti, Natəvan, Sadılı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 3 və 4 saylı sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi daxil olacaq.Nizami bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Gəncə şəhərinin 1 və 2 saylı sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi daxil olacaq.Qüvvədə olan qanuna görə, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazi vahidinə Kəpəz rayonu (aşağıda göstərilən bələdiyyənin ərazisi çıxmaqla) daxildir.Eyni zamanda Nizami bələdiyyəsinin əhatə etdiyi ərazi vahidinə Nizami rayonu daxildir.Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə idarəetmə sahəsində aparılan mütərəqqi islahatlar şəffaflığın artırılmasına, qanunçuluğun möhkəmləndirilməsinə, vətəndaş-dövlət münasibətlərinə mənfi təsir göstərən halların aradan qaldırılmasına yönəlib. Bu cəhətdən Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi ilə bağlı qanun layihələri idarəetmənin təkmilləşdirilməsi sahəsində aparılan islahatların tərkib hissəsidir.Komitə sədri bildirilib ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi də Gəncə şəhərinin inzibati ərazi bölgüsündəki dəyişikliklərlə əlaqədar hazırlanıb. Gəncə şəhərinin Kəpəz və Nizami rayonlarının ləğvi ilə əlaqədar bələdiyyələrin siyahısında da müvafiq uyğunlaşdırma xarakterli düzəlişin aparılması nəzərdə tutulub.Qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul edilib.Deputat: "Gəncənin rayonlarında məhkəmə və polis orqanlarının taleyi necə olacaq?"Deputatı Müşfiq Cəfərov deyib ki, Gəncə şəhərinin inzibati ərazi bölgüsündə dəyişikliklər fonunda bir sıra suallar ortaya çıxır.O bildirib ki, Gəncənin Nizami və Kəpəz rayonlarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbələri, məhkəmə, polis orqanları və s. qurumların taleyinin necə olacağı maraqlıdır: "Aidiyyəti qurumları ixtisarlara getməməyə çağırıram. Çünki bu, Gəncədə işsizlik problemini aktuallaşdıra bilər".Deputat Fazil Mustafa isə deyib ki, bu, gecikmiş layihədir: "Bakıda da bu dəyişikliyə getməliyik. Layihəyə əsasən, biz Nizami və Kəpəz bələdiyyələrini saxlayırıq. Bunu da ləğv etməli, Gəncə şəhər bələdiyyəsini yaratmalıyıq. Bakı şəhərində də bu addımı atmalıyıq. Biz illərdir qurumların funksiyasını şəxslərə görə dəyişirik. Bələdiyyənin səlahiyyətini hansısa quruma verməklə vətəndaşın problemini həll edə bilmirik. İşsizlik məsələsinə baxmaq lazımdır. Müşfiq Cəfərovun fikirlərinə qatılıram. Gəncədə işsizlik yüksək səviyyədədir. Gəncədə metro tikilməlidir. İnsanların məşğulluğunu təmin edə biləcək məsələlər hələ çözülməyib. Bu layihələri bütün respublika üzrə hazırlamalıyıq. Qəsəbələr də şəhərlərə daxil edilməlidir. Bu qədər strukturun saxlanılmasına nə ehtiyac var? İdarəetmə sadələşdirilməlidir. Biz balaca rayon formatından çıxmalıyıq".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42365/28/423652864_281:0:3012:2048_1920x0_80_0_0_af1bd8238d646fa422a909252f84f770.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
gəncə şəhərinin nizami və kəpəz rayonları ləğv olunur - detallar
gəncə şəhərinin nizami və kəpəz rayonları ləğv olunur - detallar
Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv olunur - DETALLAR
İki rayonunun ləğvi ilə əlaqədar bələdiyyə əraziləri də dəyişir. Deputatlar bu məsələni müzakirə ediblər.
BAKI, 15 fevral — Sputnik. Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv olunur. Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılır. Ləğv edilən Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri hesab edilir.
Habelə, ləğv edilən Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə, Cavadxan, Hacıkənd, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri də müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə, Cavadxan, Hacıkəndə, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri hesab edilir.
Gəncənin iki rayonunun ləğvi ilə əlaqədar bələdiyyə əraziləri də dəyişir
"Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsinə əsasən, Nizami və Kəpəz rayonları ləğv edilir. Buna görə də müvafiq qaydada "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda da dəyişiklik edilir.
Layihəyə əsasən, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Cavadxan, Məhsəti, Natəvan, Sadılı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 3 və 4 saylı sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi daxil olacaq.
Nizami bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Gəncə şəhərinin 1 və 2 saylı sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi daxil olacaq.
Qüvvədə olan qanuna görə, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazi vahidinə Kəpəz rayonu (aşağıda göstərilən bələdiyyənin ərazisi çıxmaqla) daxildir.
Eyni zamanda Nizami bələdiyyəsinin əhatə etdiyi ərazi vahidinə Nizami rayonu daxildir.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə idarəetmə sahəsində aparılan mütərəqqi islahatlar şəffaflığın artırılmasına, qanunçuluğun möhkəmləndirilməsinə, vətəndaş-dövlət münasibətlərinə mənfi təsir göstərən halların aradan qaldırılmasına yönəlib. Bu cəhətdən Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi ilə bağlı qanun layihələri idarəetmənin təkmilləşdirilməsi sahəsində aparılan islahatların tərkib hissəsidir.
Komitə sədri bildirilib ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi də Gəncə şəhərinin inzibati ərazi bölgüsündəki dəyişikliklərlə əlaqədar hazırlanıb. Gəncə şəhərinin Kəpəz və Nizami rayonlarının ləğvi ilə əlaqədar bələdiyyələrin siyahısında da müvafiq uyğunlaşdırma xarakterli düzəlişin aparılması nəzərdə tutulub.
Qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Deputat: "Gəncənin rayonlarında məhkəmə və polis orqanlarının taleyi necə olacaq?"
Deputatı Müşfiq Cəfərov deyib ki, Gəncə şəhərinin inzibati ərazi bölgüsündə dəyişikliklər fonunda bir sıra suallar ortaya çıxır.
O bildirib ki, Gəncənin Nizami və Kəpəz rayonlarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbələri, məhkəmə, polis orqanları və s. qurumların taleyinin necə olacağı maraqlıdır: "Aidiyyəti qurumları ixtisarlara getməməyə çağırıram. Çünki bu, Gəncədə işsizlik problemini aktuallaşdıra bilər".
Deputat Fazil Mustafa isə deyib ki, bu, gecikmiş layihədir: "Bakıda da bu dəyişikliyə getməliyik. Layihəyə əsasən, biz Nizami və Kəpəz bələdiyyələrini saxlayırıq. Bunu da ləğv etməli, Gəncə şəhər bələdiyyəsini yaratmalıyıq. Bakı şəhərində də bu addımı atmalıyıq. Biz illərdir qurumların funksiyasını şəxslərə görə dəyişirik. Bələdiyyənin səlahiyyətini hansısa quruma verməklə vətəndaşın problemini həll edə bilmirik. İşsizlik məsələsinə baxmaq lazımdır. Müşfiq Cəfərovun fikirlərinə qatılıram. Gəncədə işsizlik yüksək səviyyədədir. Gəncədə metro tikilməlidir. İnsanların məşğulluğunu təmin edə biləcək məsələlər hələ çözülməyib. Bu layihələri bütün respublika üzrə hazırlamalıyıq. Qəsəbələr də şəhərlərə daxil edilməlidir. Bu qədər strukturun saxlanılmasına nə ehtiyac var? İdarəetmə sadələşdirilməlidir. Biz balaca rayon formatından çıxmalıyıq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.