BAKI, 15 fevral - Sputnik. Qədimdə böyük səbirsizliklə yazın gəlişini gözləyən insanlar 40 gün davam edən böyük çilləni yola saldıqdan sonra Novruza qədər olan 1 ay 20 günü, yəni həftənin hər çərşənbəsini müəyyən mərasimlərlə qeyd ediblər. Həmin çərşənbələrin ilk üçünə "Oğru üsgü", ikinci üçünə "Doğru üsgü", sonuncusuna isə "İlaxır çərşənbə" deyilib.Bu il "Oğru üsgü"lərin sonuncusu - Yalançı çərşənbə fevralın 15-nə təsadüf edir. Yalançı çərşənbə alatoran vaxtı, gün batar-batmaz ayrı-ayrı həyətlərdə odu-ocağı gur olmayan tonqalların yandırılması ilə müşayiət olunur. Adamlar azacıq saman, küləş yandırırlar. Bundan başqa, dörd ilaxır çərşənbələrdə (doğruçu çərşənbələrdə) olduğu kimi, evlərdə xüsusi olaraq biş-düş hazırlanmır, yəni ayrıca bayram qazanı asılmaz, bayram yeməyi də bişirilməz. Bu da bir daha Yalançı çərşənbənin aldadıcı alovu kimi evdə, məişətdə də xüsusi bir əks-səda vermədiyini - bununla da Yalançı çərşənbənin adına uyğun tərzdə yalançı bir görüntü olduğunu göstərir. Bundan əlavə, Yalançı çərşənbədə doğruçu çərşənbələrdə olduğu kimi səhər yerindən durub su üstünə gedilməz, digər bu kimi ayinlər də icra edilməz. Bəzi bölgələrdə Yalançı çərşənbə, ya da Əzəl çərşənbə Su çərşənbəsi sayılır. Yəni onu dörd əsas çərşənbədən birinə tay tuturlar.Eləcə də oxuyun:* Yeni illə şəkərburanı nə bağlayır - Tahir Əmiraslanovun dilindən* "Odda yanmayan, ən güclü küləyin belə təsir edə bilmədiyi" inancımız
Bu il "Oğru üsgü"lərin sonuncusu - Yalançı çərşənbə fevralın 15-nə təsadüf edir.
BAKI, 15 fevral - Sputnik. Qədimdə böyük səbirsizliklə yazın gəlişini gözləyən insanlar 40 gün davam edən böyük çilləni yola saldıqdan sonra Novruza qədər olan 1 ay 20 günü, yəni həftənin hər çərşənbəsini müəyyən mərasimlərlə qeyd ediblər. Həmin çərşənbələrin ilk üçünə "Oğru üsgü", ikinci üçünə "Doğru üsgü", sonuncusuna isə "İlaxır çərşənbə" deyilib.
Bu il "Oğru üsgü"lərin sonuncusu - Yalançı çərşənbə fevralın 15-nə təsadüf edir.
Novruz
Novruz bayramı şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunur. 21 mart tarixində, gecə ilə gündüzün bərabərləşdiyi gündə qədim zamanlardan bir sıra xalqlar yazın gəlişini yeni ilin başlanğıcı kimi qeyd etmişlər.
Novruz bayramı 2009-cu ildə YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına salınıb, 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi Beynəlxalq Novruz Günü elan edilib.
Azərbaycanda Novruzdan öncəki 4 çərşənbə - Su, Od, Yel, Torpaq (İlaxır) xüsusi qeyd olunur. Şəkərbura, paxlava, qoğal, plov bişirilir, tonqal qalanır.
Yalançı çərşənbə alatoran vaxtı, gün batar-batmaz ayrı-ayrı həyətlərdə odu-ocağı gur olmayan tonqalların yandırılması ilə müşayiət olunur. Adamlar azacıq saman, küləş yandırırlar.
Bundan başqa, dörd ilaxır çərşənbələrdə (doğruçu çərşənbələrdə) olduğu kimi, evlərdə xüsusi olaraq biş-düş hazırlanmır, yəni ayrıca bayram qazanı asılmaz, bayram yeməyi də bişirilməz. Bu da bir daha Yalançı çərşənbənin aldadıcı alovu kimi evdə, məişətdə də xüsusi bir əks-səda vermədiyini - bununla da Yalançı çərşənbənin adına uyğun tərzdə yalançı bir görüntü olduğunu göstərir.
Bundan əlavə, Yalançı çərşənbədə doğruçu çərşənbələrdə olduğu kimi səhər yerindən durub su üstünə gedilməz, digər bu kimi ayinlər də icra edilməz.
Bəzi bölgələrdə Yalançı çərşənbə, ya da Əzəl çərşənbə Su çərşənbəsi sayılır. Yəni onu dörd əsas çərşənbədən birinə tay tuturlar.