Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda şagirdlər arasında kütləvi dava olub

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Abunə olmaq
Eyni zamanda məktəbə hüquq-mühafizə orqanlarının nümayəndələri dəvət olunub.
BAKI, 15 fevral — Sputnik. Bakıda şagirdlər arasında kütləvi dava baş verən 116 nömrəli tam orta məktəb hadisə barədə açıqlama yayıb.
Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir ki, 14 fevral tarixində məktəbin iki nəfər X sinif şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) arasında dərsdən sonra mübahisə və münaqişə yaranıb. Münaqişə zamanı heç bir şagird xəsarət almayıb və hər iki şagird bu gün dərsdə iştirak ediblər.
Məsələ ilə bağlı münaqişədə iştirak edən şagirdlərdən izahat alınıb və onların valideynləri məktəbə çağırılıb. Eyni zamanda məktəbə hüquq-mühafizə orqanlarının nümayəndələri dəvət olunub.
Qeyd edək ki, Bakıda şagirdlər arasında kütləvi davanı əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Xəbər lenti
0