https://sputnik.az/20220214/yarim-milyonluq-iphone-sahibine-catmayacaq---vdeo-439160040.html
Yarım milyonluq iPhone "sahib"inə çatmayacaq - VİDEO
Yarım milyonluq iPhone "sahib"inə çatmayacaq - VİDEO
Sputnik Azərbaycan
Döşəklərin arasında gizlədilən 169 mobil telefonun dəyəri təxminən yarım milyon manatdır. 14.02.2022, Sputnik Azərbaycan
2022-02-14T17:37+0400
2022-02-14T17:37+0400
2022-02-14T17:39+0400
iphone
hadisə
gömrük
rusiya
azərbaycan
sərhəd
video-çarx
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426992765_0:249:3199:2048_1920x0_80_0_0_4316cec10c9dc36af084c21b66c62c14.jpg
BAKI, 14 fevral — Sputnik. Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mobil telefonların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar.Dövlət Gömrük Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İdarənin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşı Daudov Mirza Maqomedoviçin idarə etdiyi "Volvo FH12" markalı, O229EP05/AK460005 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsi saxlanılıb və gömrük yoxlaması həyata keçirilib.Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan alt və üst yataq yerlərindəki döşəklərin içərisində gömrük nəzarətindən gizlədilmiş - 14 ədəd "iPhone 12 Pro", 62 ədəd "iPhone 13", 22 ədəd "iPhone 13 Pro", 71 ədəd "iPhone 13 Pro Max" markalı mobil telefonlar aşkar olunub.Qeyd edək ki, ümumi sayı 169 ədəd olan mobil telefonların dəyəri 457 300 (dörd yüz əlli yeddi min üç yüz) manat təşkil edir.Qeyd edək ki, bundan öncə də bənzər hadisələr baş verib. DGK tərəfdən mobil telefonların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426992765_468:0:3199:2048_1920x0_80_0_0_7f75ecfc91e81f36d674f0b7de521c25.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gömrük dəyəri yarım milyona yaxın olan "iphone" tapdı - video
gömrük dəyəri yarım milyona yaxın olan "iphone" tapdı - video
Yarım milyonluq iPhone "sahib"inə çatmayacaq - VİDEO
17:37 14.02.2022 (Yenilənib: 17:39 14.02.2022) Döşəklərin arasında gizlədilən 169 mobil telefonun dəyəri təxminən yarım milyon manatdır.
BAKI, 14 fevral — Sputnik. Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mobil telefonların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İdarənin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşı Daudov Mirza Maqomedoviçin idarə etdiyi "Volvo FH12" markalı, O229EP05/AK460005 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsi saxlanılıb və gömrük yoxlaması həyata keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan alt və üst yataq yerlərindəki döşəklərin içərisində gömrük nəzarətindən gizlədilmiş - 14 ədəd "iPhone 12 Pro", 62 ədəd "iPhone 13", 22 ədəd "iPhone 13 Pro", 71 ədəd "iPhone 13 Pro Max" markalı mobil telefonlar aşkar olunub.
Qeyd edək ki, ümumi sayı 169 ədəd olan mobil telefonların dəyəri 457 300 (dörd yüz əlli yeddi min üç yüz) manat təşkil edir.
Qeyd edək ki, bundan öncə də bənzər hadisələr baş verib. DGK tərəfdən mobil telefonların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.