Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Tələbələr üçün prezident təqaüdü artırılıb

© AFP 2023 / STEPHANE DE SAKUTINAuditoriyada tələbə
Auditoriyada tələbə - Sputnik Azərbaycan, 1920, 14.02.2022
Abunə olmaq
Azərbaycanda oxuyan 102 tələbənin alacağı Prezident təqaüdü artırılıb.
BAKI, 14 fevral — Sputnik. Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələrə verilən təqaüdün məbləği artırılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" fərmanda əksini tapıb.
Fərmana əsasən, Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 tələbə üçün təsis edilmiş Prezident təqaüdünün məbləği 210 manatdan 250 manata qaldırılıb.
Qeyd edək ki, bu Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0