https://sputnik.az/20220214/ses-yazisi-yayilan-direktorun-aqibeti-nece-oldu---nazirlikden-cavab-439168063.html
Səs yazısı yayılan direktorun aqibəti necə oldu? - Nazirlikdən cavab
Səs yazısı yayılan direktorun aqibəti necə oldu? - Nazirlikdən cavab
Sputnik Azərbaycan
Məktəb direktoru Mətanət Məmmədova səs yazısında müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edib 14.02.2022, Sputnik Azərbaycan
2022-02-14T20:42+0400
2022-02-14T20:42+0400
2022-02-14T20:42+0400
direktor
təhsil
məktəb
səs yazısı
elm və təhsil nazirliyi
açıqlama
https://cdnn1.img.sputnik.az/img/42179/38/421793887_38:0:1000:541_1920x0_80_0_0_15528ba7ac938bb69e401e0a74b397fd.jpg
BAKI, 14 fevral — Sputnik. Təhsil Nazirliyi bir müddət əvvəl rüşvət istəməsi ilə bağlı səs yazısı yayılan Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru barədə açıqlama verib.Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ağstafa rayonu Aşağı Kəsəmən kənd tam orta məktəbin direktoru Mətanət Məmmədova səhhəti ilə əlaqədar olaraq müvəqqəti işə gəlmir."İşə qayıtdıqdan sonra barəsində qərar veriləcək", - deyə xəbərdə bildirilib.Qeyd edək ki, məktəb direktoru Mətanət Məmmədova səs yazısında müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edib. Müəllim isə pulu vermək üçün imkanının olmadığını bildirib. Daha sonra direktor müəllimi otaqdan qovaraq, məsələ barədə danışacağı təqdirdə başına oyun açacağı ilə hədələyib.Eləcə də oxuyun:* Səs yazısını yayan müəllim: "Direktor qarşıma şərt qoydu" - VİDEO/FOTO
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42179/38/421793887_279:0:1000:541_1920x0_80_0_0_b54b12328598f4efc2e0a7013db69b29.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səs yazısı yayılan məktəb direktoru ilə bağlı nazirlikdən açıqlama video
səs yazısı yayılan məktəb direktoru ilə bağlı nazirlikdən açıqlama video
Səs yazısı yayılan direktorun aqibəti necə oldu? - Nazirlikdən cavab
Məktəb direktoru Mətanət Məmmədova səs yazısında müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edib
BAKI, 14 fevral — Sputnik. Təhsil Nazirliyi bir müddət əvvəl rüşvət istəməsi ilə bağlı səs yazısı yayılan Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru barədə açıqlama verib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ağstafa rayonu Aşağı Kəsəmən kənd tam orta məktəbin direktoru Mətanət Məmmədova səhhəti ilə əlaqədar olaraq müvəqqəti işə gəlmir.
"İşə qayıtdıqdan sonra barəsində qərar veriləcək", - deyə xəbərdə bildirilib.
Qeyd edək ki, məktəb direktoru Mətanət Məmmədova səs yazısında müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edib. Müəllim isə pulu vermək üçün imkanının olmadığını bildirib. Daha sonra direktor müəllimi otaqdan qovaraq, məsələ barədə danışacağı təqdirdə başına oyun açacağı ilə hədələyib.