Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Peşə məktəblərində oxuyanların attestasiya qaydası dəyişdirilib

© AR Ministry of EducationPeşə təmayüllü məkan, arxiv şəkli
Peşə təmayüllü məkan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.02.2022
Abunə olmaq
Dəyişikliyə əsasən, cari qiymətləndirmə zamanı tələbənin sərbəst işi nəzərə alınmayacaq.
BAKI, 14 fevral — Sputnik. Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası"nda dəyişiklik edilib.
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib.
Dəyişikliyə əsasən, cari qiymətləndirmə zamanı tələbənin sərbəst işi nəzərə alınmayacaq. Tələbə yarımil ərzində maksimum 10 bal davamiyyət (yarımil ərzində modul/fənnin tədris saatlarının hər buraxılan 10%-nə 1 bal çıxılır), maksimum 20 bal praktiki məşğələ və ya laboratoriya dərslərindəki nəticələrinə görə (eyni modul/fəndən həm praktiki məşğələ, həm də laboratoriya dərsləri nəzərdə tutulduğu halda onların hər birinə 10 bal ayrılır) və maksimum 20 bal nəzəri dərslərdəki nəticələrinə görə əldə edə bilər.
Daha bir dəyişiklik yekun qiymətləndirmə ilə bağlıdır. Belə ki, bundan sonra yüksək texniki peşə təhsili səviyyəsində tələbənin təhsil proqramını mənimsəmə səviyyəsini müəyyənləşdirmək üçün ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) hesablanacaq və yekun qiymətləndirmə ÜOMG əsasında müəyyən ediləcək. Tədris planının bütün şərtlərini yerinə yetirən, o cümlədən nəzərdə tutulan aralıq attestasiyalardan (modul/fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış tələbə təhsil müddətində əldə etdiyi nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun qiymətləndirmədən keçmiş hesab olunacaq.
ÜOMG yarımillər üzrə artan istiqamətdə hesablanacaq (birinci yarımil, ikinci yarımil, üçüncü yarımil və s.) və diploma əlavəyə daxil ediləcək. ÜOMG modul/fənlər üzrə toplanan balların həmin modul/fənnə görə qazanılan kreditlərə hasilləri cəmlərinin tədris planında nəzərdə tutulan müvafiq kreditlərin cəminə olan nisbəti kimi müəyyənləşdiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Tələbələrin biliklərinin qiymətləndirilməsi qaydaları dəyişdirildi
Deputatdan etiraz: Müəllim ola bilməzlərsə, onda niyə magistraturaya qəbul edirsiz?
Xəbər lenti
0