Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Müdafiə Nazirliyi itkin düşən kursantı axtarır - VİDEO

© Sputnik / Murad OrudjevMüdafiə Nazirliyinin binası
Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 14.02.2022
Abunə olmaq
İlkin məlumata görə, Vüsal Hüseynli sonuncu dəfə "28 May" metrostansiyasından çıxarkən görülüb.
BAKI, 14 fevral - Sputnik. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı Hüseynli Vüsal Elşən oğlu itkin düşüb.
Azərbaycan Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, kursantın tapılması məqsədilə qurumun hərbi polis idarəsi aidiyyəti hüquq-mühafizə orqanları ilə axtarış tədbirləri həyata keçirir.
Qeyd edək ki, kursantın itkin düşməsi haqda xəbəri APA-ya qohumu Adil Babaşov vermişdi.
Onun sözlərinə görə, qohumu, 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yola düşüb.
Bundan sonra ondan xəbər olmayıb. İlkin məlumata görə, Vüsal Hüseynli sonuncu dəfə "28 May" metrostansiyasından çıxarkən görülüb.
Məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə məlumat verilib.
Onu görən şəxslərdən 055 791 65 33 nömrəsinə məlumat vermələri xahiş olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0