Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev: Biz bu torpağa şəhidlər verərək qayıtmışıq və burada əbədi yaşayacağıq

© Official website of President of Azerbaijan Republiclham Əliyev və birinci xanım Mehriban Əliyeva Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışında iştirak ediblər
lham Əliyev və birinci xanım Mehriban Əliyeva Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışında iştirak ediblər - Sputnik Azərbaycan, 1920, 14.02.2022
Abunə olmaq
Dövlət başçısı bildirib ki, otuz il ərzində məqsədyönlü şəkildə bütün şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, qəbiristanlıqlarımız ermənilər tərəfindən dağıdılıb.
BAKI, 14 fevral - Sputnik. "Artıq Ağdama və Şuşaya avtobus marşrutları təşkil edilib. Ağdamlılar, şuşalılar və digər bölgələrdən olan vətəndaşlar gəlirlər, tanış olurlar və öz gözləri ilə görürlər ki, bizim xalqımız hansı bəla ilə üz-üzə idi. Otuz il ərzində məqsədyönlü şəkildə bütün şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, qəbiristanlıqlarımız ermənilər tərəfindən dağıdılıb".
Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdam rayonuna səfəri zamanı çıxışında bildirib.
İndi bəzilərinin gələcək barışıq haqqında danışdıqlarına diqqət çəkən dövlətimizin başçısı deyib:
“Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır. Mən də onu demişəm. Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır. Heç kim bu vəhşiliyi unutmamalıdır".
Daha sonra dövlət başçısı bu gün görülən işlərin, o cümlədən ordu quruculuğu sahəsində görülən işlərin Azərbaycanı daha da gücləndirəcəyinə və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacağına əminliyini ifadə edib:
"Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Dövlət başçısı Prezidentin xüsusi nümayəndəliyinin qərargahında olub
Prezident "Park Forest Otel Ağdam" mehmanxanasının təməlini qoyub
Ağdamda 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməli qoyulub
Xəbər lenti
0