https://sputnik.az/20220214/eti-ne-ile-yemek-meslehet-deyil-439122567.html
Əti nə ilə yemək məsləhət deyil
Əti nə ilə yemək məsləhət deyil
Sputnik Azərbaycan
Diyetoloq Solomatina makaronun ətlə yeyilməsinin zərəri barədə xəbərdarlıq edib. 14.02.2022, Sputnik Azərbaycan
2022-02-14T06:50+0400
2022-02-14T06:50+0400
2022-02-14T06:50+0400
ət
səhiyyə
karbohidrat
tərəvəz
həkim
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437643261_0:0:3072:1728_1920x0_80_0_0_a5c38923f37f219d6735816e193cb50b.jpg
BAKI, 14 fevral — Sputnik. Həkim-diyetoloq Yelena Solomatina əti karbohidratlarla, yəni makaron, kartof, dənli bitkilər və çörəklə yeyərkən orqanizmin zərər gördüyünü bildirib.Bu, ətin karbohidratlardan daha gec həzm olunması ilə əlaqədardır."Bir parça əti makaronla yedik və üstündən də bir dilim tort və ya keks əlavə etdik. Makaron həzm olunmaq üçün daha da irəli gedə bilmir, keks isə qidanın üzərində qalır və bu zaman fermentasiya, intoksikasiya prosesləri başlayır, faydalı floramızın bir hissəsi ölür, bu o deməkdir ki, immunitet sistemimizin fəaliyyəti azalır", - deyə mütəxəssis izah edib.Həkim-diyetoloq hər hansı intoksikasiyanın ürək bulanmasına və orqanizmin bir çox funksiyalarının azalmasına səbəb olduğunu da vurğulayıb.Arzuolunmaz nəticələrin qarşısını almaq üçün Solomatina əti tərəvəz ilə yeməyi məsləhət görüb. O, həmçinin kartof püresi ilə balıq və şorba ilə çörək yeməyi tövsiyə edib. Kartofu ən yaxşı şəkildə digər tərəvəzlərlə, xüsusilə soyuq halda, məsələn, salatda yemək daha yaxşıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437643261_335:0:3066:2048_1920x0_80_0_0_c9533ce9f587135eb8b7f013117d7751.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əti nə ilə yemək olmaz - diyetoloq məsləhəti
əti nə ilə yemək olmaz - diyetoloq məsləhəti
Əti nə ilə yemək məsləhət deyil
Diyetoloq Solomatina makaronun ətlə yeyilməsinin zərəri barədə xəbərdarlıq edib.
BAKI, 14 fevral — Sputnik. Həkim-diyetoloq Yelena Solomatina əti karbohidratlarla, yəni makaron, kartof, dənli bitkilər və çörəklə yeyərkən orqanizmin zərər gördüyünü bildirib.
Bu, ətin karbohidratlardan daha gec həzm olunması ilə əlaqədardır.
"Bir parça əti makaronla yedik və üstündən də bir dilim tort və ya keks əlavə etdik. Makaron həzm olunmaq üçün daha da irəli gedə bilmir, keks isə qidanın üzərində qalır və bu zaman fermentasiya, intoksikasiya prosesləri başlayır, faydalı floramızın bir hissəsi ölür, bu o deməkdir ki, immunitet sistemimizin fəaliyyəti azalır", - deyə mütəxəssis izah edib.
Həkim-diyetoloq hər hansı intoksikasiyanın ürək bulanmasına və orqanizmin bir çox funksiyalarının azalmasına səbəb olduğunu da vurğulayıb.
Arzuolunmaz nəticələrin qarşısını almaq üçün Solomatina əti tərəvəz ilə yeməyi məsləhət görüb. O, həmçinin kartof püresi ilə balıq və şorba ilə çörək yeməyi tövsiyə edib. Kartofu ən yaxşı şəkildə digər tərəvəzlərlə, xüsusilə soyuq halda, məsələn, salatda yemək daha yaxşıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.