https://sputnik.az/20220214/bu-telebeler-tehsil-haqqindan-azad--olundular-439166998.html
Bu tələbələr təhsil haqqından azad olundular
Bu tələbələr təhsil haqqından azad olundular
Sputnik Azərbaycan
Bu barədə BDU-nun Elmi Şurasının bu gün keçirilən iclasında qərar qəbul olunub. 14.02.2022, Sputnik Azərbaycan
2022-02-14T18:23+0400
2022-02-14T18:23+0400
2022-02-14T18:23+0400
tələbələr
təhsil
təhsil haqqı
azad edilmə
https://cdnn1.img.sputnik.az/img/42203/92/422039228_0:97:3073:1825_1920x0_80_0_0_c5eebf63d6e37caf5593e065a4ae9f1b.jpg
BAKI, 14 fevral — Sputnik. Bakı Dövlət Universiteti (BDU) Vətən müharibəsində iştirak etmiş tələbələrinin əlavə qruplar üzrə təhsil xərclərini qarşılayacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə BDU-nun Elmi Şurasının bu gün keçirilən iclasında qərar qəbul olunub.Rektor Elçin Babayev qeyd edib ki, indiyədək Vətən müharibəsi qaziləri ilə bağlı bir neçə mühüm qərar qəbul olunub. Vətən müharibəsində iştirak etmiş BDU tələbələrinin təhsil problemləri diqqətlə təhlil edilir, onlara pedaqoji, metodiki dəstəyin göstərilməsi istiqamətində müntəzəm iş aparılır.BDU Elmi Şurasının 2021-ci il 3 fevral tarixli iclasının qərarı ilə Vətən müharibəsi iştirakçısı olmuş altqruplarda təhsil alan tələbələrin ödənişləri təhsil müəssisəsinin büdcəsindən ödənilir. Həmçinin müharibə iştirakçısı olan tələbələrin təhsil problemlərini həll etmək üçün qanunvericiliyə uyğun bütün şərait yaradılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42203/92/422039228_39:0:2770:2048_1920x0_80_0_0_d19349d98eae4be743f2d2185ec06391.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bu tələbələr təhsil haqqından azad olundular
bu tələbələr təhsil haqqından azad olundular
Bu tələbələr təhsil haqqından azad olundular
Bu barədə BDU-nun Elmi Şurasının bu gün keçirilən iclasında qərar qəbul olunub.
BAKI, 14 fevral — Sputnik. Bakı Dövlət Universiteti (BDU) Vətən müharibəsində iştirak etmiş tələbələrinin əlavə qruplar üzrə təhsil xərclərini qarşılayacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə BDU-nun Elmi Şurasının bu gün keçirilən iclasında qərar qəbul olunub.
Rektor Elçin Babayev qeyd edib ki, indiyədək Vətən müharibəsi qaziləri ilə bağlı bir neçə mühüm qərar qəbul olunub. Vətən müharibəsində iştirak etmiş BDU tələbələrinin təhsil problemləri diqqətlə təhlil edilir, onlara pedaqoji, metodiki dəstəyin göstərilməsi istiqamətində müntəzəm iş aparılır.
BDU Elmi Şurasının 2021-ci il 3 fevral tarixli iclasının qərarı ilə Vətən müharibəsi iştirakçısı olmuş altqruplarda təhsil alan tələbələrin ödənişləri təhsil müəssisəsinin büdcəsindən ödənilir. Həmçinin müharibə iştirakçısı olan tələbələrin təhsil problemlərini həll etmək üçün qanunvericiliyə uyğun bütün şərait yaradılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.