Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycan və Rusiya sərhədində keçid məntəqələri

Abunə olmaq
"Xanoba" gömrük-keçid məntəqəsinin istifadəyə verilməsi 2022-ci ilə planlaşdırılır. Bu, iki ölkə arasında yük axınını artıracaq. Daha ətraflı Sputnik Azərbaycan infoqrafikasında.
Bu gün Rusiya ilə Azərbaycan arasında iki gömrük-keçid məntəqəsi fəaliyyət göstərir. Birincisi, "Samur" gömrük postu, Xaçmaz rayonunda yerləşir. Rusiya tərəfində keçid məntəqəsi Yaraq-Qazmalar adlanır.
İkincisi isə "Xanoba" gömrük postudur, o, Qusar rayonunda yerləşir. Bu keçid məntəqəsi Rusiya ərazisində Tahirkent-Qazmalar adlanır.
"Xanoba" gömrük postunun tikintisi üzrə işlər hələ də davam etdirilir və bu il başa çatdırılması planlaşdırılır.
Yenilənmiş GKM-in "Şimal-Cənub" nəqliyyat dəhlizi vasitəsilə yüklərin daha sürətli daşınması, sərhədkeçmə proseslərinin asanlaşması və oradakı yaranan növbələrin tam aradan qaldırılmasına kömək edəcəyi gözlənilir.
Bundan əlavə, "Xanoba" GKM-in işə salınması iki ölkə arasında yük axınını da artıracaq. Prezident İlham Əliyev 2020-ci ilin aprel ayında "Xanoba" gömrük postunun tikintisinə 2,4 milyon dollar ayırıb.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2021-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2,9 milyard dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 12,1% çoxdur.
Ötən il Azərbaycan məhsullarının Rusiyaya ixracının həcmi 920,8 milyon dollar (2020-ci illə müqayisədə 29,8% çox), Rusiyadan mal idxalı isə 2,074 milyard dollar (artım 5,7%) təşkil edib.
Xəbər lenti
0