https://sputnik.az/20220214/14-fevral--azerbaycan-herbi-hava-quvveleri-gunudur-439139420.html
14 Fevral – Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür
14 Fevral – Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür
Sputnik Azərbaycan
Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuş keçirmiş pilotlar sayılır. Pilotlarımız, əsasən, Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır. 14.02.2022, Sputnik Azərbaycan
2022-02-14T09:44+0400
2022-02-14T09:44+0400
2022-02-14T09:56+0400
hərbi
hhq
gün
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/11/427718757_0:1:1012:570_1920x0_80_0_0_d16eae1ea19f10a56c27ebb4f7e4228e.jpg
BAKI, 14 fevral - Sputnik. Bu gün Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələri günüdür.Sputnik Azərbaycan xəbər verir ki, ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra 1992-ci ildən Azərbaycanda Hərbi Hava Qüvvələri ilə (HHQ ilə) bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib.Bir qədər sonra Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. General-leytenant rütbəsi alan Rail Rzayev Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ və HHMQ) komandanı kimi fəaliyyətini davam etdirib.Atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və HHMQ təşkil edib. Səbəb aydındır – işğal altında olan Azərbaycan əraziləri yüksək relyefə malikdir və bu əraziləri işğaldan qurtarmaq işində qırıcıların, hərbi təyyarələrin və hava hədəflərini vuracaq texnikaların əvəzi yoxdur. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.Beləliklə, 2005-ci ildən Azərbaycanda müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edilib. Xatırladaq ki, Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (İPAP) çərçivəsində H. Z. Tağıyev qəsəbəsindəki hərbi aerodrom modernləşdirilib.Eyni zamanda hərbi aerodromlarda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi avadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilib və təmir edilib, aerodromun texniki təminatı, paraşütdesant xidməti və əyləc paraşütlərinin yığılması binalarının inşasına başlanılıb.Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuş keçirmiş pilotlar sayılır. Pilotlarımız, əsasən, Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasartırma kurslarında və təlimlərdə iştirak edirlər. 1992-ci ilin sentyabrında verilən fərmana əsasən 14 fevral – Azərbaycan Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur.Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya Müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/11/427718757_97:0:857:570_1920x0_80_0_0_b09313b14f1ded78229067876aa99753.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hhq, gün, azərbaycan
14 Fevral – Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür
09:44 14.02.2022 (Yenilənib: 09:56 14.02.2022) Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuş keçirmiş pilotlar sayılır. Pilotlarımız, əsasən, Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır.
BAKI, 14 fevral - Sputnik. Bu gün Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələri günüdür.
Sputnik Azərbaycan xəbər verir ki, ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra 1992-ci ildən Azərbaycanda Hərbi Hava Qüvvələri ilə (HHQ ilə) bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib.
Bir qədər sonra Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. General-leytenant rütbəsi alan Rail Rzayev Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ və HHMQ) komandanı kimi fəaliyyətini davam etdirib.
Atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və HHMQ təşkil edib. Səbəb aydındır – işğal altında olan Azərbaycan əraziləri yüksək relyefə malikdir və bu əraziləri işğaldan qurtarmaq işində qırıcıların, hərbi təyyarələrin və hava hədəflərini vuracaq texnikaların əvəzi yoxdur. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.
Beləliklə, 2005-ci ildən Azərbaycanda müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edilib. Xatırladaq ki, Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (İPAP) çərçivəsində H. Z. Tağıyev qəsəbəsindəki hərbi aerodrom modernləşdirilib.
Eyni zamanda hərbi aerodromlarda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi avadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilib və təmir edilib, aerodromun texniki təminatı, paraşütdesant xidməti və əyləc paraşütlərinin yığılması binalarının inşasına başlanılıb.
Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuş keçirmiş pilotlar sayılır. Pilotlarımız, əsasən, Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasartırma kurslarında və təlimlərdə iştirak edirlər. 1992-ci ilin sentyabrında verilən fərmana əsasən 14 fevral – Azərbaycan Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur.
Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya Müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.