https://sputnik.az/20220214/-video---covid-eleyhine-mitinqler-butun-dunyani-buruyub-439148815.html
COVID əleyhinə mitinqlər bütün dünyanı bürüyüb
COVID əleyhinə mitinqlər bütün dünyanı bürüyüb
Sputnik Azərbaycan
Peyvənd əleyhdarları məcburi vaksinasiyanı dayandırmağa çağırır
2022-02-14T13:07+0400
2022-02-14T13:07+0400
2022-02-14T13:07+0400
video
covid-19
vaksinasiya
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0e/439148783_45:0:614:320_1920x0_80_0_0_e50e35a9ffc5f78b36712faae9fbca42.jpg
BAKI, 14 fevral — Sputnik. Kanadalı uzaq məsafəyə yük daşıyan sürücülərinin COVID məhdudiyyətlərinə qarşı nümayişləri qitələrarası xarakter alıb. Etiraz aksiyaları Fransa, Avstriya, Belçika, Hollandiya, Avstraliya və Yeni Zelandiyanı bürüyüb. Ətraflı videoda.FransaPolisin qadağalarına baxmayaraq Parisdəki vaksin əleyhdarları koronavirusla bağlı məhdudiyyətlərə, eləcə də artan yanacaq qiymətlərinə və ümumi bahalaşmaya etiraz etmək üçün küçələrə çıxıblar. Hətta Fransanın bir sıra şəhərlərinin yollarında paytaxta üz tutmaq niyyətində olan avtomobil karvanları peyda olub.Fransanın paytaxtında asayişi qorumaq üçün təxminən 7200 polis toplanıb. Onlar etirazçıların yolu bağlamaq cəhdinin qarşısını almağa çalışıblar. Günorta saatlarına yaxın yüzə qədər avtomobil, eləcə də piyada nümayişçilər Yelisey meydanı boyunca vahid sütun şəklində hərəkət ediblər. Polis gözyaşardıcı qazdan istifadə edərək etirazçıları yaxınlıqdakı parka tərəf sıxışdırıb və Zəfər tağının ətrafındakı ərazidə hərəkəti bərpa edib. Təxminən 50 nəfər saxlanılıb.Fransa Xarici İşlər Nazirliyi yanında Avropa məsələləri üzrə dövlət katibi Kleman Bon koronavirus məhdudiyyətlərinə qarşı "azadlıq karvanını" "utanc və eqoizm karvanı" adlandırıb. "Bu, azadlıq karvanı deyil - bizim gördüyümüz rüsvayçılıq və eqoizm karvanıdır. Bunlar vətənpərvər deyil, məsuliyyətsiz insanlardır. Bu, vaksinlərin qlobal sui-qəsd olduğuna inanan peyvənd əleyhdarlarının növbəti hücumdur ... Əgər vəziyyət bu qədər çətin olmasaydı, insanlar xəstəxanalara yerləşdirilməsəydi, onların həyatı təhlükə altında olmasaydı, ölümlər baş verməsəydi, bəlkə də buna təbəssümlə yanaşmaq olardı", - deyə Bon bildirib.HollandiyaCOVID-lə bağlı məhdudiyyətlərə etiraz edənlər yüzlərlə avtomobillə Hollandiya parlamentinin yerləşdiyi Haaqa şəhərinin mərkəzindəki Binnenhof kompleksi və baş nazirin iqamətgahının qarşısındakı yolda hərəkəti bağlayıblar. Yerli polis qarşıdurmaya yol verməməyə çalışsa da, hətta etirazçılara hökumət kompleksinin yaxınlığındakı parka tərəf hərəkət etməyi təklif etsə də, sürücülər və onların tərəfdarları ən azı bir həftə öz mövqelərindən çəkilməyəcəklərini bəyan ediblər.AvstriyaVyanada da minlərlə insan COVID-19-a qarşı məcburi peyvəndə etiraz edir. Nümayişlər Heldenplatzdan başlayıb. Etirazçılar oradan şəhər mərkəzinə, Ringştrasseyə tərəfə hərəkət ediblər. Şəhərdə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.Nümayişçilər əllərində "Məcburi peyvəndə yox!", "Mənim bədənim mənim qərarım!", "Müqavimət göstərək!" şüarları yazılmış plakatlar tutublar. Etiraz aksiyalarında təhlükəsizlik polis tərəfindən təmin edilir, bir polis vertolyotu isə nümayişçiləri havadan nəzarətdə saxlayır.Avstraliya və Yeni ZelandiyaCOVID əleyhinə etiraz aksiyaları Yeni Zelandiya və Avstraliyada da keçirilir. Etirazçılar yolları bağlayaraq hər iki ölkənin paytaxtında həyatın normal axarının pozulmasına səbəb olublar. Nümayişçilər parlament binasına doğru yürüş edərək şüarlar səsləndirib, bayraqlar dalğalandırıb və paytaxt küçələrini bağlayıblar. Yüzə yaxın adam barrikadaların üstündən tullanaraq polislə toqquşmaya girib.Kanberranın əsas sərgi meydançalarına bir neçə min insanın toplaşması məşhur xeyriyyə kitab yarmarkasının təxirə salınması ilə nəticələnib. Bununla yanaşı, Avstraliya hakimiyyət orqanları məcburi peyvəndə etiraz edənləri anlayışla qarşıladıqlarını bildiriblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0e/439148783_116:0:543:320_1920x0_80_0_0_c40a45f00a510494eb6b6f3b12a7632a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
covid əleyhinə mitinqlər bütün dünyanı bürüyüb
covid əleyhinə mitinqlər bütün dünyanı bürüyüb
COVID əleyhinə mitinqlər bütün dünyanı bürüyüb
Peyvənd əleyhdarları məcburi vaksinasiyanı dayandırmağa çağırır.
BAKI, 14 fevral — Sputnik. Kanadalı uzaq məsafəyə yük daşıyan sürücülərinin COVID məhdudiyyətlərinə qarşı nümayişləri qitələrarası xarakter alıb. Etiraz aksiyaları Fransa, Avstriya, Belçika, Hollandiya, Avstraliya və Yeni Zelandiyanı bürüyüb. Ətraflı videoda.
Polisin qadağalarına baxmayaraq Parisdəki vaksin əleyhdarları koronavirusla bağlı məhdudiyyətlərə, eləcə də artan yanacaq qiymətlərinə və ümumi bahalaşmaya etiraz etmək üçün küçələrə çıxıblar. Hətta Fransanın bir sıra şəhərlərinin yollarında paytaxta üz tutmaq niyyətində olan avtomobil karvanları peyda olub.
Fransanın paytaxtında asayişi qorumaq üçün təxminən 7200 polis toplanıb. Onlar etirazçıların yolu bağlamaq cəhdinin qarşısını almağa çalışıblar. Günorta saatlarına yaxın yüzə qədər avtomobil, eləcə də piyada nümayişçilər Yelisey meydanı boyunca vahid sütun şəklində hərəkət ediblər. Polis gözyaşardıcı qazdan istifadə edərək etirazçıları yaxınlıqdakı parka tərəf sıxışdırıb və Zəfər tağının ətrafındakı ərazidə hərəkəti bərpa edib. Təxminən 50 nəfər saxlanılıb.
Fransa Xarici İşlər Nazirliyi yanında Avropa məsələləri üzrə dövlət katibi Kleman Bon koronavirus məhdudiyyətlərinə qarşı "azadlıq karvanını" "utanc və eqoizm karvanı" adlandırıb. "Bu, azadlıq karvanı deyil - bizim gördüyümüz rüsvayçılıq və eqoizm karvanıdır. Bunlar vətənpərvər deyil, məsuliyyətsiz insanlardır. Bu, vaksinlərin qlobal sui-qəsd olduğuna inanan peyvənd əleyhdarlarının növbəti hücumdur ... Əgər vəziyyət bu qədər çətin olmasaydı, insanlar xəstəxanalara yerləşdirilməsəydi, onların həyatı təhlükə altında olmasaydı, ölümlər baş verməsəydi, bəlkə də buna təbəssümlə yanaşmaq olardı", - deyə Bon bildirib.
COVID-lə bağlı məhdudiyyətlərə etiraz edənlər yüzlərlə avtomobillə Hollandiya parlamentinin yerləşdiyi Haaqa şəhərinin mərkəzindəki Binnenhof kompleksi və baş nazirin iqamətgahının qarşısındakı yolda hərəkəti bağlayıblar. Yerli polis qarşıdurmaya yol verməməyə çalışsa da, hətta etirazçılara hökumət kompleksinin yaxınlığındakı parka tərəf hərəkət etməyi təklif etsə də, sürücülər və onların tərəfdarları ən azı bir həftə öz mövqelərindən çəkilməyəcəklərini bəyan ediblər.
Vyanada da minlərlə insan COVID-19-a qarşı məcburi peyvəndə etiraz edir. Nümayişlər Heldenplatzdan başlayıb. Etirazçılar oradan şəhər mərkəzinə, Ringştrasseyə tərəfə hərəkət ediblər. Şəhərdə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.
Nümayişçilər əllərində "Məcburi peyvəndə yox!", "Mənim bədənim mənim qərarım!", "Müqavimət göstərək!" şüarları yazılmış plakatlar tutublar. Etiraz aksiyalarında təhlükəsizlik polis tərəfindən təmin edilir, bir polis vertolyotu isə nümayişçiləri havadan nəzarətdə saxlayır.
Avstraliya və Yeni Zelandiya
COVID əleyhinə etiraz aksiyaları Yeni Zelandiya və Avstraliyada da keçirilir. Etirazçılar yolları bağlayaraq hər iki ölkənin paytaxtında həyatın normal axarının pozulmasına səbəb olublar. Nümayişçilər parlament binasına doğru yürüş edərək şüarlar səsləndirib, bayraqlar dalğalandırıb və paytaxt küçələrini bağlayıblar. Yüzə yaxın adam barrikadaların üstündən tullanaraq polislə toqquşmaya girib.
Kanberranın əsas sərgi meydançalarına bir neçə min insanın toplaşması məşhur xeyriyyə kitab yarmarkasının təxirə salınması ilə nəticələnib. Bununla yanaşı, Avstraliya hakimiyyət orqanları məcburi peyvəndə etiraz edənləri anlayışla qarşıladıqlarını bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.