Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Şahdağ"dan qayıdan ailə qəzaya düşdü: xeyli yaralı var

© Sputnik / Zulfiyye GuliyevaŞahdağ turizm mərkəzi
Şahdağ turizm mərkəzi - Sputnik Azərbaycan, 1920, 13.02.2022
Abunə olmaq
"Şahdağ" istirahət mərkəzindən qayıdan avtomobil qəzaya uğrayıb, ailənin beş üzvü yaralanıb.
BAKI, 13 fevral - Sputnik. Qusar rayonunda yerləşən "Şahdağ" turizm mərkəzinə gələn Bakı sakinləri qəzaya uğrayıblar.
Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, Bakının Suraxanı rayon sakini, 1975-ci il təvəllüdlü İlham Yusif oğlu Mirzəağayevin idarə etdiyi "MAZ" markalı avtomaşının qəzaya uğraması nəticəsində özü, 19 yaşlı oğlu Yusif, 11 yaşlı qızı Gülay, həyat yoldaşı, 43 yaşlı Fərqanə Mirzəağayeva və 7 yaşlı Eldar İbrahim oğlu İbrahimli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onılar xəstəxanaya yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, Fərqanə Mirzəağayevanın vəziyyəti ağırdır.
Yaralıların bir ailənin üzvləri olduğu deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0