https://sputnik.az/20220213/sabah-ucun-proqnoz-bu-yollar-tehlukeli-ola-biler-439120016.html
Sabah üçün proqnoz: Bu yollar təhlükəli ola bilər
Sabah üçün proqnoz: Bu yollar təhlükəli ola bilər
Sputnik Azərbaycan
Gecə və səhər dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var, bəi ərazilərdə sıx duman olacaq. 13.02.2022, Sputnik Azərbaycan
2022-02-13T15:01+0400
2022-02-13T15:01+0400
2022-02-13T15:01+0400
azərbaycan xəbərləri
hava
yol
yolların buz bağlaması
duman
https://cdnn1.img.sputnik.az/img/07e5/02/16/426292904_0:320:3072:2048_1920x0_80_0_0_3d3cde4167802ae87ce5f8773ec4871c.jpg
BAKI, 13 fevral - Sputnik. Sabah, fevralın 14-də Azərbaycanın avtomobil yollarında gözlənilən vəziyyət barədə məlumat açıqlanıb.ETSN-in Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, gecə və səhər dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.Fevralın 14-də gecə və səhər saatlarında Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Qusar-Xudat, Quba-Qusar, Masallı-Yardımlı, Lənkəran-Lerik, Ağdam-Ağdərə, Füzuli-Cəbrayıl-Mahmudlu, Ucar-Zərdab-Ağcabədi, Göyçay-Ucar, Gəncə-Daşkəsən, Hacıqabul-Şirvan, Salyan-Neftçala, Bərdə-İstisu, Ağsu-Kürdəmir-Bəhramtəpə magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.Həmçinin Xankəndi-Xocavənd, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Xaldan-Mingəçevir, Naxçıvan-Sədərək yollarında da görünüş məsafəsi duman səbəbindən azalacaq. Hava proqnozuna gəlincə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Azərbaycanın rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 1° şaxtadan 4°-dək isti, dağlarda gündüz 0-3° şaxta olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/16/426292904_302:0:3033:2048_1920x0_80_0_0_03c214c74cffb6b2530e7352f37429e7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sürücülərə xəbərdarlıq: gecə və səhər şaxta, duman olacaq
sürücülərə xəbərdarlıq: gecə və səhər şaxta, duman olacaq
Sabah üçün proqnoz: Bu yollar təhlükəli ola bilər
Gecə və səhər dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var, bəi ərazilərdə sıx duman olacaq.
BAKI, 13 fevral - Sputnik. Sabah, fevralın 14-də Azərbaycanın avtomobil yollarında gözlənilən vəziyyət barədə məlumat açıqlanıb.
ETSN-in Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, gecə və səhər dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
Fevralın 14-də gecə və səhər saatlarında Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Qusar-Xudat, Quba-Qusar, Masallı-Yardımlı, Lənkəran-Lerik, Ağdam-Ağdərə, Füzuli-Cəbrayıl-Mahmudlu, Ucar-Zərdab-Ağcabədi, Göyçay-Ucar, Gəncə-Daşkəsən, Hacıqabul-Şirvan, Salyan-Neftçala, Bərdə-İstisu, Ağsu-Kürdəmir-Bəhramtəpə magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.
Həmçinin Xankəndi-Xocavənd, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Xaldan-Mingəçevir, Naxçıvan-Sədərək yollarında da görünüş məsafəsi duman səbəbindən azalacaq.
Hava proqnozuna gəlincə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Azərbaycanın rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 1° şaxtadan 4°-dək isti, dağlarda gündüz 0-3° şaxta olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.