https://sputnik.az/20220213/rusiyada-azerbaycanlilar-ve-qaracilar-arasinda-dava-texribatci-kimdir-439125047.html
Rusiyada azərbaycanlılar və qaraçılar arasında dava: təxribatçı kimdir?
Rusiyada azərbaycanlılar və qaraçılar arasında dava: təxribatçı kimdir?
Sputnik Azərbaycan
Elnur Hüseynov diasporlar arasında süni münaqişə yaratmaq üçün kənardan müdaxiləni istisna etmir. 13.02.2022, Sputnik Azərbaycan
2022-02-13T18:12+0400
2022-02-13T18:12+0400
2022-02-13T18:12+0400
dünya xəbərləri
rusiya
azərbaycanlılar
qaraçılar
dava
video-çarx
https://cdnn1.img.sputnik.az/img/41440/84/414408442_0:89:1000:652_1920x0_80_0_0_dd29cb7d233d26afaf20136c9efc5606.jpg
BAKI, 13 fevral - Sputnik. Rusiya Azərbaycanlıları İttifaqı Kemerovo vilayətində baş verən davada təxribat ünsürünü istisna etməyib.Sputnik Azərbaycan bildirir ki, İttifaqın vitse-prezidenti Elnur Hüseynov azərbaycanlılar, qaraçı diasporu və yerlilər arasında baş verən davanı Rusiya mediasına şərh edib. O bildirib ki, diasporlar arasında süni münaqişə yaratmaq üçün kənardan müdaxiləni istisna etmir.O əlavə edib ki, ittifaqın mütəxəssisləri artıq münaqişənin yoluna qoyulması mərhələsindədirlər, tərəflər danışıq aparmağa razılaşıblar.“Rusiya Azərbaycanlıları İttifaqının Kemerovo vilayəti üzrə nümayəndələri birbaşa bu məsələ ilə məşğuldurlar. Ağsaqqallar danışığa gediblər. Ümid edirəm ki, bu gün-sabah məsələ yoluna qoyulacaq və bir daha belə hal təkrarlanmayacaq.Münaqişə tərəfləri masa ətrafında vəziyyəti dəqiqliyilə araşdıracaqlar. Hesab edirəm ki, bir daha belə millətlərarası olaylar olmasın deyə barışacaqlar”, - vitse-prezindent deyib.Qeyd edək ki, Kemerovo vilayətinin Tyajinski qəsəbəsində diaspor üzvləri və yerlilər arasında bir neçə dava olub. Münaqişə “Elbrus” kafesində başlayıb. Orada bir qadın qaraçılarla söz davasına girib, davaya bir azərbaycanlı müdaxilə edib. Sabahı gün söhbət böyüyüb və azərbaycanlı və qaraçıların diasporları arasında davaya çevrilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41440/84/414408442_27:0:995:726_1920x0_80_0_0_754f9a75b8029e6455f139b2eec1b8e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiyada azərbaycanlılar və qaraçılar arasında dava video
rusiyada azərbaycanlılar və qaraçılar arasında dava video
Rusiyada azərbaycanlılar və qaraçılar arasında dava: təxribatçı kimdir?
Elnur Hüseynov diasporlar arasında süni münaqişə yaratmaq üçün kənardan müdaxiləni istisna etmir.
BAKI, 13 fevral - Sputnik. Rusiya Azərbaycanlıları İttifaqı Kemerovo vilayətində baş verən davada təxribat ünsürünü istisna etməyib.
Sputnik Azərbaycan bildirir ki, İttifaqın vitse-prezidenti Elnur Hüseynov azərbaycanlılar, qaraçı diasporu və yerlilər arasında baş verən davanı Rusiya mediasına şərh edib. O bildirib ki, diasporlar arasında süni münaqişə yaratmaq üçün kənardan müdaxiləni istisna etmir.
“Hesab edirik ki, burada hansısa üçüncü tərəfin marağı var ki, azərbaycanlılarla yerli qaraçılar dava eləsinlər. Azərbaycanlılar və qaraçılar əvvəllər heç vaxt Rusiyanın heç bir bölgəsində dava etməyiblər. Hesab edirik ki, bu qəsdən, düşünülmüş şəkildə təşkil edilmiş təxribatdır. Ancaq onun təşkilatçısının kimliyini hələ bilmirik. Araşdıracağıq. Məişət zəminində olan münaqişəni o qədər şişirdiblər ki, biri o birini çağırıb, o biri - başqasını və vəziyyət nəzarətdən çıxıb”, - Hüseynov deyib.
O əlavə edib ki, ittifaqın mütəxəssisləri artıq münaqişənin yoluna qoyulması mərhələsindədirlər, tərəflər danışıq aparmağa razılaşıblar.
“Rusiya Azərbaycanlıları İttifaqının Kemerovo vilayəti üzrə nümayəndələri birbaşa bu məsələ ilə məşğuldurlar. Ağsaqqallar danışığa gediblər. Ümid edirəm ki, bu gün-sabah məsələ yoluna qoyulacaq və bir daha belə hal təkrarlanmayacaq.
Münaqişə tərəfləri masa ətrafında vəziyyəti dəqiqliyilə araşdıracaqlar. Hesab edirəm ki, bir daha belə millətlərarası olaylar olmasın deyə barışacaqlar”, - vitse-prezindent deyib.
Qeyd edək ki, Kemerovo vilayətinin Tyajinski qəsəbəsində diaspor üzvləri və yerlilər arasında bir neçə dava olub. Münaqişə “Elbrus” kafesində başlayıb. Orada bir qadın qaraçılarla söz davasına girib, davaya bir azərbaycanlı müdaxilə edib. Sabahı gün söhbət böyüyüb və azərbaycanlı və qaraçıların diasporları arasında davaya çevrilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.