https://sputnik.az/20220213/mutemadi-yuxusuzluq-heddinden-artiq-kokelmeye-sebeb-olur-439119693.html
Mütəmadi yuxusuzluq həddindən artıq kökəlməyə səbəb olur
Mütəmadi yuxusuzluq həddindən artıq kökəlməyə səbəb olur
Sputnik Azərbaycan
Yuxu rejiminə əməl olunmazsa, orqanizm daha çox kortizol istehsal edir ki, bu da daimi aclıq hissi yaradır. 13.02.2022, Sputnik Azərbaycan
2022-02-13T23:21+0400
2022-02-13T23:21+0400
2022-02-13T23:21+0400
yuxusuzluq
səhiyyə
kökəlmək
https://cdnn1.img.sputnik.az/img/42224/09/422240997_0:0:3073:1728_1920x0_80_0_0_6cc4309d02021b79aa6e874b8fedc628.jpg
BAKI, 13 fevral — Sputnik. Həkim-diyetoloq Yelena Solomatina "Danışır Moskva" radiostansiyasına verdiyi müsahibədə yuxusuzluq və həddindən artıq kökəlmə arasında əlaqədən danışıb.Mütəxəssisin fikrincə, mütəmadi olaraq yuxu çatışmazlığı səbəbindən insanda bioritmlər pozulur və nəticədə daimi aclıq hissi yaranır. Bu, həddindən artıq kökəlməyə səbəb ola bilər."Yuxu kifayət qədər normada olmalıdır, bəzən əlavə bir saat yuxu bədəni tam əks vəziyyətə sala bilər", - deyən diyetoloq qeyd edib ki, yetkin yaşına çatmış insan üçün orta yuxu müddəti yeddi ilə səkkiz saat arasında dəyişir.Solomatina onu da əlavə edib ki, yuxu rejiminə əməl olunmazsa, orqanizm daha çox kortizol istehsal edir ki, bu da daimi aclıq hissi yaradır.Bu yaxınlarda həkim-diyetoloq Yelena Solomatina bildirib ki, ətin digər məhsullarla birləşməsinə diqqətli yanaşmaq lazımdır, çünki ət çox gec həzm olunur. O qeyd edib ki, əti karbohidratlarla, yəni makaron, kartof, dənli bitkilər və çörəklə yemək orqanizmə zərər vermək deməkdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42224/09/422240997_5:0:2736:2048_1920x0_80_0_0_d47e08e94e7f469dc08e98793ece9004.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yuxu rejimi daimi pozulanlar həddindən artıq kökələ bilərlər
yuxu rejimi daimi pozulanlar həddindən artıq kökələ bilərlər
Mütəmadi yuxusuzluq həddindən artıq kökəlməyə səbəb olur
Yuxu rejiminə əməl olunmazsa, orqanizm daha çox kortizol istehsal edir ki, bu da daimi aclıq hissi yaradır.
BAKI, 13 fevral — Sputnik. Həkim-diyetoloq Yelena Solomatina "Danışır Moskva" radiostansiyasına verdiyi müsahibədə yuxusuzluq və həddindən artıq kökəlmə arasında əlaqədən danışıb.
Mütəxəssisin fikrincə, mütəmadi olaraq yuxu çatışmazlığı səbəbindən insanda bioritmlər pozulur və nəticədə daimi aclıq hissi yaranır. Bu, həddindən artıq kökəlməyə səbəb ola bilər.
"Yuxu kifayət qədər normada olmalıdır, bəzən əlavə bir saat yuxu bədəni tam əks vəziyyətə sala bilər", - deyən diyetoloq qeyd edib ki, yetkin yaşına çatmış insan üçün orta yuxu müddəti yeddi ilə səkkiz saat arasında dəyişir.
Solomatina onu da əlavə edib ki, yuxu rejiminə əməl olunmazsa, orqanizm daha çox kortizol istehsal edir ki, bu da daimi aclıq hissi yaradır.
Bu yaxınlarda həkim-diyetoloq Yelena Solomatina bildirib ki, ətin digər məhsullarla birləşməsinə diqqətli yanaşmaq lazımdır, çünki ət çox gec həzm olunur. O qeyd edib ki, əti karbohidratlarla, yəni makaron, kartof, dənli bitkilər və çörəklə yemək orqanizmə zərər vermək deməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.