Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Epidemioloq körpələrdə pnevmoniyanın əlamətlərini açıqlayıb

© Pexels PixabayKörpə, arxiv şəkli
Körpə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.02.2022
Abunə olmaq
Epidemioloq vurğulayıb ki, dünyada ən çox evdə pnevmoniyadan ölənlər bir yaşa qədər körpələr olur.
BAKI, 13 fevral — Sputnik. Rospotrebnadzor Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Qorelov körpələrdə pnevmoniyanın əlamətlərini açıqlayıb. O bildirib ki, bir yaşa qədər körpələr bu xəstəliyi çox ağır keçirirlər.
Epidemioloq qeyd edib ki, bu yaş qrupunda pnevmoniyanın əsas əlaməti tənəffüsün tezləşməsidir.
"Pnevmoniyanın əsas əlamətləri ağız ətrafı üçbucağının solğun rəngdə olması, burun pərlərinin şişməsi və nəfəs darlığıdır. Əsas simptom isə tənəffüs hərəkətlərinin normaldan bir dəfə yarım çox olmasıdır – bu da demək olar ki, 100 faiz pnevmoniyadır. Dünyada ən çox evdə pnevmoniyadan ölənlər bir yaşa qədər körpələr olur", - deyə epidemioloq vurğulayıb.
Qorelov aydınlaşdırıb ki, bir yaşa qədər körpələrdə bronxun qığırdaqlı skeleti hələ anatomik olaraq formalaşmayıb, tənəffüs yolları qısa olur, ona görə də pnevmoniya ən ağır formada keçir.
Bu yaxınlarda Qorelov hamiləlik zamanı keçirilən koronavirusun fəsadlarını da açıqlayıb. Onun sözlərinə görə, COVID-19 ciftdə dəyişikliklərə səbəb olur və ciftdə qan dövranını pozur. Nəticədə, doğulmamış uşaq daha az oksigen alır, bu da həm psixi, həm də fiziki inkişafı yavaşlada bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0