ELM

Dünyanın qəribə işləri - ayağı ayağın üstünə aşıranda nə baş verir?

© REUTERS / Zohra BensemraSeneqalda pelikan oynayan kişi
Seneqalda pelikan oynayan kişi - Sputnik Azərbaycan, 1920, 13.02.2022
Abunə olmaq
Ayağı ayağın üstünə aşırmaq uğursuzluq sayıldığı üçün ətrafda etirazla qarşılanır.
BAKI, 13 fevral — Sputnik. Dünya qəribəliklərlə doludur, hər bir xalqın özünəməxsus yazılan və yazılmayan qanunları, milli adətləri, yaxud da qəribə vərdişləri, ənənələri, ətraf aləmlə bağlı bilmədiyimiz maraqlı xüsusiyyətləri var.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadən bu qəribəliklərdən, maraqlı məlumatlardan bir neçəsini oxucularla bölüşür:
Belə ki, Nepalda ayağı ayağın üstünə aşırmaq uğursuzluq sayıldığı üçün ətrafda etirazla qarşılanır. Kolumbiya da qeyri-adi "vərdişi" ilə seçilir. Belə ki, gecə Kolumbiyada qırmızı işıqda dayanmaq soyulmaq riskini artırır. Yəni, Kolumbiyada qırmızı işıqda dayanan sürücülər gecə vaxtı daha çox oğruların hücumuna məruz qalırlar.
Heyvanlarla bağlı qəribəliklər
Bir siçan dəvədən daha çox susuzluğa davamlıdır. Hamamdakı çoxsaylı böcəklər 250 milyon ildir yaşamalarına baxmayaraq, heç bir dəyişikliyə məruz qalmayıb.
Maraqlı, qəribə faktlardan biri də budur ki, hazırda dünyada ən ölümcül böcəklərdən biri dişi ağcaqanaddır. O, hər 12 saniyədə bir insanın ölümünə səbəb olur.
Ən zəhmətkeş həşərat hesab edilən qarışqa ilə bağlı maraqlı məlumat var. Belə ki, araşdırmalara görə, qarışqa özündən 50 qat ağır yükü daşıya bilir.
Ətraf aləm və insanlarla bağlı qəribəliklər:
Su əslində rəngsiz deyil, bir qədər mavidir. Beynimizin rəngi isə çəhrayıdır. Elm adamları bunu sübuta yetiriblər.
Qadınların vazkeçilməz hesab etdikləri kosmetik məhsullardan biri də dodaq boyalarıdır. Tədqiqatlar göstərir ki, bir qadın həyatı boyu 1 kilo dodaq boyası yemiş olur.
Limon isə şəkər xəstələrinə ziyandır, çünki o çiyələklə müqayisədə daha çox şəkərlə zəngindir.
Xəbər lenti
0