https://sputnik.az/20220213/bakida-kisi-iki-polisi-bicaqlayib-aradan-cixdi-439114903.html
Bakıda ikisi polis olmaqla üç adamı bıçaqlayan şəxs belə məhv edildi
Bakıda ikisi polis olmaqla üç adamı bıçaqlayan şəxs belə məhv edildi
Sputnik Azərbaycan
Polislərdən birinin ürək nahiyəsində, digərinin isə qarın boşluğunda kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. 13.02.2022, Sputnik Azərbaycan
2022-02-13T18:20+0400
2022-02-13T18:20+0400
2022-02-13T18:20+0400
hadisə
polis
bıçaqlanma
çevik polis
https://cdnn1.img.sputnik.az/img/42351/04/423510432_0:0:2000:1125_1920x0_80_0_0_cc3d60ea00dcc87cc2437cf203a777de.jpg
BAKI, 13 fevral - Sputnik. Baş Prokurorluq Bakıda bir qadın və iki polisin bıçaqlanması barədə məlumat yayıb. Qeyd olunur ki, fevralın 12-də Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis serjantları - 1990-cı il təvəllüdlü Eldəniz Məmmədov və 1992-ci il təvəllüdlü Coşqun Məmmədli xidməti vəzifələrini icra edərkən kəsilmiş-deşilmiş bədən xəsarətləri alıblar. Məlumat üzrə aparılmış ilkin araşdırma ilə müəyyən edilib ki, həmin gün saat 17 radələrində tanışını döydükdən sonra bıçaqla özünə xəsarət yetirib hadisə yerini tərk etmiş 1994-cü il təvəllüdlü Babayev Aydın Taleh oğlunun yaşadığı ünvana gedərək polis bölməsinə dəvət etmək istəyən polis əməkdaşlarına sonuncu müqavimət göstərib. O, mətbəxdən götürdüyü bıçaqla hər iki polis əməkdaşına xəsarətlər yetirib, hadisə yerindən qaçıb.Aydın Babayevin tutulub istintaqa cəlb olunmasından ötrü fevralın 13-də saat 12 radələrində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Səbail rayon polis idarəsinin əməkdaşlarının birgə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onun yeri müəyyən edilib. Babayev polis əməkdaşlarına özünü və onları qanunsuz saxladığı əl qumbarası ilə partladacağını bildirməklə silahlı müqavimət göstərməyə cəhd edərkən zərərsizləşdirilərək məhv edilib.Hadisə yerinə prokurorluq əməkdaşları tərəfindən baxış keçirilərkən A.Babayevin meyitinin yanından sonuncuya məxsus “LLama cal 32” markalı tapança və “F-1” markalı fitili ilə birlikdə qumbara, əynindəki şortikin sağ cibindən narkotikə bənzər bir bükümdə maddə, evin içərisində 1 ədəd, evin həyətindən 3 ədəd giliz aşkar edilərək cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun qablaşdırılaraq götürülüb.Həmçinin, araşdırmalarla müəyyən edilib ki, Səbail rayon polis idarəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə Aydın Babayevə ittiham elan edilməsi üçün barəsində axtarış elan olunub.Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanmış cinayət işinin istintaqının aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. Hazırda istintaq tədbirləri davam etdirilir.--------13:52Bakıda polis əməkdaşlarının bıçaqlanmasında şübhəli bilinən Aydın Babayevin paytaxtın Səbail rayonu ərazisində gizləndiyi məlum olub.Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Dərhal əraziyə polis əməkdaşları cəlb olunublar. Həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri nəticəsində silahlı müqavimət göstərən şəxs zərəsizləşdirilib.Hadisə yerindən A. Babayevə məxsus tapança aşkar edilərək götürülüb.---------11:20Bakıda Çevik Polis Alayının 2 əməkdaşı bıçaqlanıb. Hadisə Səbail rayonunda qeydə alınıb. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı onların birinin ürək nahiyəsində, digərinin isə qarın boşluğunda kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 12-də saat 17 radələrində vətəndaş Məlahət Şükürova Daxili İşlər Nazirliyinin “102” çağırış xidmətinə müraciət edərək bildirib ki, tanışı Aydın Babayev onun qol və qarın nahiyələrinə bıçaq xəsarətləri yetirib.Məlumatla əlaqədar Çevik Polis Alayının iki əməkdaşı qadının verdiyi ünvana gedib. Onlar həmin ünvanda Aydın Babayevi nizam-intizama dəvət edərək, polis bölməsinə aparmaq istəyiblər.Bu zaman Aydın Babayev Çevik Polis Alayının hər iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.3 və 29, 120.2.7-ci maddələri ilə cinayət işi başlanılıb. Hazırda Aydın Babayevin tutularaq istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.Xəbərdə Report-un materialından istifadə olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42351/04/423510432_184:0:1957:1330_1920x0_80_0_0_e5420258f932671302a96fd7a4acc523.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çevik polis alayının iki əməkdaşı bıçaqlanıb
çevik polis alayının iki əməkdaşı bıçaqlanıb
Bakıda ikisi polis olmaqla üç adamı bıçaqlayan şəxs belə məhv edildi
Polislərdən birinin ürək nahiyəsində, digərinin isə qarın boşluğunda kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
BAKI, 13 fevral - Sputnik. Baş Prokurorluq Bakıda bir qadın və iki polisin bıçaqlanması barədə məlumat yayıb.
Qeyd olunur ki, fevralın 12-də Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis serjantları - 1990-cı il təvəllüdlü Eldəniz Məmmədov və 1992-ci il təvəllüdlü Coşqun Məmmədli xidməti vəzifələrini icra edərkən kəsilmiş-deşilmiş bədən xəsarətləri alıblar.
Məlumat üzrə aparılmış ilkin araşdırma ilə müəyyən edilib ki, həmin gün saat 17 radələrində tanışını döydükdən sonra bıçaqla özünə xəsarət yetirib hadisə yerini tərk etmiş 1994-cü il təvəllüdlü Babayev Aydın Taleh oğlunun yaşadığı ünvana gedərək polis bölməsinə dəvət etmək istəyən polis əməkdaşlarına sonuncu müqavimət göstərib. O, mətbəxdən götürdüyü bıçaqla hər iki polis əməkdaşına xəsarətlər yetirib, hadisə yerindən qaçıb.
Aydın Babayevin tutulub istintaqa cəlb olunmasından ötrü fevralın 13-də saat 12 radələrində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Səbail rayon polis idarəsinin əməkdaşlarının birgə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onun yeri müəyyən edilib.
Babayev polis əməkdaşlarına özünü və onları qanunsuz saxladığı əl qumbarası ilə partladacağını bildirməklə silahlı müqavimət göstərməyə cəhd edərkən zərərsizləşdirilərək məhv edilib.
Hadisə yerinə prokurorluq əməkdaşları tərəfindən baxış keçirilərkən A.Babayevin meyitinin yanından sonuncuya məxsus “LLama cal 32” markalı tapança və “F-1” markalı fitili ilə birlikdə qumbara, əynindəki şortikin sağ cibindən narkotikə bənzər bir bükümdə maddə, evin içərisində 1 ədəd, evin həyətindən 3 ədəd giliz aşkar edilərək cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun qablaşdırılaraq götürülüb.
Həmçinin, araşdırmalarla müəyyən edilib ki, Səbail rayon polis idarəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə Aydın Babayevə ittiham elan edilməsi üçün barəsində axtarış elan olunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanmış cinayət işinin istintaqının aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. Hazırda istintaq tədbirləri davam etdirilir.
Bakıda polis əməkdaşlarının bıçaqlanmasında şübhəli bilinən Aydın Babayevin paytaxtın Səbail rayonu ərazisində gizləndiyi məlum olub.
Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Dərhal əraziyə polis əməkdaşları cəlb olunublar. Həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri nəticəsində silahlı müqavimət göstərən şəxs zərəsizləşdirilib.
Hadisə yerindən A. Babayevə məxsus tapança aşkar edilərək götürülüb.
Bakıda Çevik Polis Alayının 2 əməkdaşı bıçaqlanıb. Hadisə Səbail rayonunda qeydə alınıb. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı onların birinin ürək nahiyəsində, digərinin isə qarın boşluğunda kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 12-də saat 17 radələrində vətəndaş Məlahət Şükürova Daxili İşlər Nazirliyinin “102” çağırış xidmətinə müraciət edərək bildirib ki, tanışı Aydın Babayev onun qol və qarın nahiyələrinə bıçaq xəsarətləri yetirib.
Məlumatla əlaqədar Çevik Polis Alayının iki əməkdaşı qadının verdiyi ünvana gedib. Onlar həmin ünvanda Aydın Babayevi nizam-intizama dəvət edərək, polis bölməsinə aparmaq istəyiblər.
Bu zaman Aydın Babayev Çevik Polis Alayının hər iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.3 və 29, 120.2.7-ci maddələri ilə cinayət işi başlanılıb. Hazırda Aydın Babayevin tutularaq istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xəbərdə Report-un materialından istifadə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.