Azərbaycan gimnastı Dünya Kubokunda necə çıxış etdi – FOTO
Son yarış günündə Azərbaycan gimnastı Selcan Maqsudlu 52.780 bal toplayaraq qadınlar arasında fərdi proqramda batut gimnastikası üzrə Dünya Kubokunun gümüş medalını qazanıb.

Bakı Kubokunun qızıl medalını rusiyalı İrina Kundius qazanıb. Onun çıxışını 53.900 balla qiymətləndiriblər.

Bürünc medal 51.820 bal yığmış İtaliya təmsilçisi Corciya Campyeriyə qismət olub.

Yarışdan sonra Selcan Maqsudlu deyib ki, Bakıdakı Dünya Kubokunda medal qazanmaq üçün çox çalışıb.

"Nəhayət, Dünya Kubokunun medalını qazandım, buna görə çox şadam. Yarışlar yeni qayda ilə keçirildi və bizim üçün uğurlu oldu”, - Maqsudlu deyib.

Bundan başqa, Azərbaycan gimnastı söz verib ki, sonrakı yarışlarda daha yaxşı çıxış edərək əyarı daha yüksək olan medallar qazanacaq.

Bakıdakı Dünya Kubokunda qadınlar arasında batutda sinxron tullanmalarda Türkiyə gimnastları Səna Elçin Karakaş və Sıla Karakuş 44.140 balla birinci yerə çıxıblar.

Gümüş medalı İsveçdən olan Tea Lilyerut və Lina Syoberq qazanıblar (42.030 bal).

“Bürünc” Rusiya təmsilçiləri Meri Qolota və Aleksandra Bonartsevaya qismət olub (32.790 bal).

Türk gimnast Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda çıxışı zamanı.

Amerikalı idmançılar Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda çıxış zamanı.

Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda kişilər arasında fərdi proqramda Belarus idmançısı İvan Litvinoviç 61.850 xalla birinci yerə çıxıb.

İkinci yerdə də onun həmvətəni dayanır – Andrey Buylov 60.800 bal yığıb.

Üçüncü yerə isə 58.890 bal toplamış Qazaxıstan təmsilçisi Danil Mussabayev çıxıb.

Bazar günü həmçinin qadınlar və kişilər arasında sinxron tullanmalar üzrə mükafatçılar bəlli olacaq.

Azərbaycan paytaxtında 5-ci dəfə keçirilən Dünya Kubokunda 13 ölkədən 63 idmançı iştirak edir.