DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qurbanqulu Berdiməhəmmədov prezident postundan istefa verəcəyini açıqlayıb - Varis kimdir?

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidQurbanqulu Berdiməhəmmədov
Qurbanqulu Berdiməhəmmədov - Sputnik Azərbaycan, 1920, 12.02.2022
Abunə olmaq
Qurbanqulu Berdiməhəmmədov parlamentin iclasında öz yerini "mənəvi mühitdə və müasirliyin yüksək tələblərinə uyğun olaraq yetişmiş" gənc liderlərə vermək qərarına gəldiyini bildirib.
BAKI, 12 fevral — Sputnik. Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov gənclərə yol verərək, istefa vermək qərarına gəlib.
Martın 12-dəTürkmənistanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Bu barədə məlumatı ötən gün Türkmənistan parlamentinin yuxarı palatası olan Xalq Məsləhətinin iclasında prezident Qurbanqulu Berdiməhəmmədov özü deyib.
Qurbanqulu Berdiməhəmmədov iclasda öz yerini "mənəvi mühitdə və müasirliyin yüksək tələblərinə uyğun olaraq yetişmiş" gənc liderlərə vermək qərarına gəldiyini bildirib.
Onun sözlərinə görə, bu qərarı vermək onun üçün asan olmayıb. Dövlət başçısı qeyd edib ki, iki il əvvəl o, peyğəmbər yaşına (63 yaş) çatıb. Bu barədə məlumatı RBC yayıb.
Ehtimallara görə, onun yeganə oğlu 40 yaşlı Sərdar növbəti prezident olacaq. İndi Sərdar Berdiməhəmmədov Türkmənistan baş nazirinin müavinidir.
Xəbər lenti
0