Qidamızın keşikçiləri - Dövlət bizi öyrətsin, biznes kimi saymasın - FOTO
© Sputnik / Ilham MustafayevSoyuducu anbar sahibləri
© Sputnik / Ilham Mustafayev
Abunə olmaq
Soyuducu anbar sahibləri kənd təsərrüfatı sahəsi olmasına baxmayaraq, onların enerji sərfiyyatını biznes sahəsi kimi hesablanmasından narazıdırlar.
BAKI, 12 fevral — Sputnik. Məhsul vaxtı sahələrdən meyvə toplayan fermerlər onu münasib qiymətə sata bilmək üçün soyuducu anbarlarda saxlayırlar. Bir müddət sonra isə satışını həyata keçirirlər. Məhsul soyuducuda qaldığı müddətdə isə icarə haqqı ödənilir. Bəs anbarlarda aylarla məhsulun saxlanması üçün qiymət fermeri qane edirmi? Bu sahədə hansı mövcud çətinliklər var? - Sputnik Azərbaycan-ın bölgə müxbiri Tovuz rayonunda bu məsələni araşdırıb.
Tovuzun Əyyublu kənd sakini Sabit Cəfərov əsasən üzüm üçün anbarlara üz tutduqlarını söyləyib:
© Sputnik / Ilham MustafayevSabit Cəfərov
Sabit Cəfərov
© Sputnik / Ilham Mustafayev
“Bizim kəndimizdə bütün meyvələri becəririk. Lakin anbarlara əsasən üzüm yerləşdiririk. Sentyabrda yığım başlayır. Çox adam sentyabrda dərən kimi satır. Məhsulu çox olanlar isə soyuducu anbarlara yığırlar. Məhsul yığımı vaxtı bolluq olduğundan ucuz olur. Ona görə anbarlara yığmaq sərf edir. Soyuducu anbarlara yığdığımız məhsulun hər kilosuna 20 qəpik xərcimiz çıxır”.
Digər fermerlər də soyuducu anbarların xidmətindən istifadə etməyin onlar üçün gəlirli olduğunu deyirlər. Onların sözlərinə görə, yığım vaxtı üzüm 50-60 qəpik idisə, indi qiymət 2-3 qat bahadır. Payızdan soyuducuya yığdıqları məhsulu arada alıcı çıxanda sata bilirlər. Ümumilikdə isə mart ayına qədər məhsulu orada saxlamaq mümkündür. Sahəsi az olan, məhsulunu elə yığım vaxtı satan fermerlər isə soyuducu anbarlardan istifadə etmirlər.
© Sputnik / Ilham MustafayevƏkin sahəsi
Əkin sahəsi
© Sputnik / Ilham Mustafayev
Soyuducu anbar sahibləri isə kənd təsərrüfatı sahəsi olaraq onlara dövlət tərəfindən bir sıra güzəştlər edilməsini istəyirlər. Soyuducu sahibi Kərəm Səfərov enerji sərfiyyatının biznes sahəsi kimi hesablandığından ödənişi ilə bağlı çətinlik yaşadıqlarını bildirib.
“Soyuducu anbarın ildə iki mövsümü olur. Bir dəfə kartof, ikinci dəfə də xurma vururuq. Üzümlə işləmirik. 3 kameralı 700 tonluq anbarlardır. Bir hissəsini icarəyə veririk, bir qisminə də öz məhsullarımızı yığırıq. Xurmanın bir yeşiyini 2 ay saxlamaq 1 manat 20 qəpikdir. Əgər 2 ayı keçirsə, pul əlavə olunur. İşıq puluna kömək olur. Kartof çox baha deyil. 400 tonluq anbara aya 4500-5500 manat icarə pulu alırıq.
Bu sahədə əsas çətinliyimiz işıqdandır. İşıq pulu çox gəlir bizə. Kənd təsərrüfatı sahəsi olmasına baxmayaraq, pulunu biznes obyekti kimi alırlar. Deyirlər ki, biz buranı biznes kimi yazmalıyıq. Sənəddə soyuducu anbar kimi gedir”, - deyə o məlumat verib.
© Sputnik / Ilham MustafayevSoyuducu anbar
Soyuducu anbar
© Sputnik / Ilham Mustafayev
Digər anbar sahibi Şəhadət Mehralıyev isə 400 ton tutuma malik soyuducu anbarın ona 100-150 min manat civarında başa gəldiyini bildirib. O, bu xərclərin tək fermerin üzərinə düşməməsi üçün lazım olan avadanlıqların sahibkarlara güzəştli şərtlərlə satılmasını istəyir.
“Birinci növbədə soyuducu anbarın qurulması üçün nəzərdə tutulan izolyasiya avadanlıqları, materialların dövlət tərəfindən güzəştli qiymətlərlə verilməsini təklif edirəm. Əgər bizə güzəştli şəkildə verilərsə, biz sabahı gün məhsulu da ucuz qiymətə saxlaya bilərik. Həmçinin enerji məsələsində böyük problemimiz var. Yəni bu avadanlığın mühərrik sistemi yüksək kilovoltlu motorlardır. Böyük enerji sərfiyyatı var. Havanın istiliyinə uyğun olaraq 1 aya 800, 1000-1500 manat arası dəyişə bilir”, - deyə o bildirib.
© Sputnik / Ilham MustafayevŞəadət Mehralıyev
Şəadət Mehralıyev
© Sputnik / Ilham Mustafayev
Fermer nazirlik səviyyəsində onların işinə nəzarət olunmasını, eyni zamanda bu sahədə maarifləndirmə işləri aparılmasını təklif edib.
“Soyuducu anbar sahiblərini maarifləndirmək üçün dövlət xüsusi təklif verən insanlar cəlb etməlidir. Biz maariflənməliyik. Bizim bu gün anbarımız olsa da, onu hansı formada tam olaraq istifadə edəcəyimizi bilmirik. Kustar üsulla, öz fikirlərimizlə edirik.
Dövlət nəyi saxlayıb, nəyi saxlamamağımız haqda məlumat versə, daha gözəl olar. Eyni zamanda, soyuducu anbarlarda hansı kənd təsərrüfat məhsulunu tərkibini dəyişmədən, orqanizmə ziyan olmadan, hansı müddətə, hansı formada qoruyub saxlamaq lazım olduğu haqda məlumat versələr, gözəl olar”, - deyə Ş.Mehralıyev öz təklifini verib.
© Sputnik / Ilham MustafayevSoyuducu anbar
Soyuducu anbar
© Sputnik / Ilham Mustafayev
Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirildi ki, hazırda Tovuz rayonunda ümumilikdə 40-a yaxın soyuducu anbar fəaliyyət göstərir. Soyuducu anbar sahiblərinin elektrik enerjisinin sərfiyyatına görə ödənişdə güzəştlərin edilməsinə gəlincə, bu təklifi onlar da dəstəklədiklərini bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.