CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gələcəkdə ən çox bu peşələrin sahibləri qazanacaq - ən azı 75 min dollar

© REUTERS / Jo Yong hakABŞ dolları, arxiv şəkli
ABŞ dolları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.02.2022
Abunə olmaq
Gələcəkdə ən çox tələbat poitoloqlara olsa da, onlar illik olaraq 124 min 100 dollar qazanacağı halda, fizika üzrə mütəxəssislərin daha çox qazanacağı proqnozlaşdırılıb.
BAKI, 12 fevral — Sputnik. Dünyaca məşhur "Business Insider" saytı tərəfindən aparılan araşdırma nəticəsində ildə bir işçiyə azı 75 min dollar qazandıran ixtisasların adı açıqlanıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, "Business Insider" tərəfindən açıqlanan və ən gəlirli sahə hesab edilən həmin ixtisasları bitirən kadrlara qarşıdakı 10 ildə böyük tələbat yaranacaq.
Belə ki, gələcəkdə ən çox tələbat politoloqlara olacaq. Ən çox tələbat poitoloqlara olsa da, onlar illik olaraq 124 min 100 dollar qazanacaq. Fizika üzrə mütəxəssislərin daha çox qazanacağı proqnozlaşdırılıb.
Gələcəkdə ən çox bu kadrlara tələbat olacaq və onların illik maaşı belə proqnozlaşdırılıb:
Kimya üzrə mütəxəssislər - 92 min 280 dollar
İstiqamət, hərəkətlərin tədqiqi, öyrənilməsi üzrə mütəxəssislər - 114 min 820 dollar
Fizika üzrə mütəxəssislər - 137 min 700 dollar
Hidroloqlar - 90 min 150 dollar
Qida texnologiyası üzrə mütəxəssislər - 80 min 190 dollar
İqtisadiyyat üzrə ixtisaslaşan müəllimlər - 123 min 720 dollar
Biomühəndislər - 98 min 340 dollar
İqtisadçılar - 120 min 880 dollar
Statistika üzrə mütəxəssislər - 97 min 170 dollar
Xəbər lenti
0