CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda taksi sürücüsü üç məktəbli qıza qarşı seksual hərəkətlər edib

© Sputnik / Anar MustafayevTaksi, arxiv şəkli
Taksi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.02.2022
Abunə olmaq
Faktla əlaqədar Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə (Seksual xarakterli zorakılıq hərəkətləri) cinayət işi başlanılıb. Zəruri istintaq-əməliyyat tədbirləri aparılır.
BAKI, 12 fevral — Sputnik. Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan müraciət əsasında apardıqları araşdırmalarla “KİA” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan Şağan qəsəbə sakini E.Camalovun 2021-ci ilin fevral ayından cari il fevral ayının 11-dək olan müddətdə avtomobilində sərnişin kimi apardığı həmyerliləri olan 3 məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib.
Bu barədə Daxili işlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, E.Camalov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə (Seksual xarakterli zorakılıq hərəkətləri) cinayət işi başlanılıb. Zəruri istintaq-əməliyyat tədbirləri aparılır.
Xəbər lenti
0