https://sputnik.az/20220212/azerbaycanda-rezonans-doguran-qaynana-qetli-haqda---dn-yeni-melumat-aciqladi-439092443.html
Azərbaycanda rezonans doğuran qaynana qətli haqda - DİN yeni məlumat açıqladı
Azərbaycanda rezonans doğuran qaynana qətli haqda - DİN yeni məlumat açıqladı
Sputnik Azərbaycan
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə S.Cəfərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. 12.02.2022, Sputnik Azərbaycan
2022-02-12T11:15+0400
2022-02-12T11:15+0400
2022-02-12T11:15+0400
qətl
hadisə
ağcabədi rayonu
din
https://cdnn1.img.sputnik.az/img/40962/38/409623853_0:21:1500:865_1920x0_80_0_0_00847bd8be222452fd9e74f830e34ddd.jpg
BAKI, 12 fevral — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Ağcabədidə iki il əvvəl baş verən qətl barədə məlumat yayıb.DİN-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, 2020-ci il fevral ayının 23-də Ağcabədi Rayon Polis Şöbəsinə rayon sakini, 1962-ci il təvəllüdlü Fəxrəndə İbrahimovanın yaşadığı evdə pilləkəndən düşərkən yıxılaraq ölməsi barədə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri nəticəsində qadının həmin gün saat 1 radələrində Yevlax rayon sakini Seymur Cəfərov tərəfindən boğularaq öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə S.Cəfərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.Ağcabədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır.Həmçinin oxuyun:Basqalda qətl: DİN məktəbdə xadimənin öldürülməsi faktını açıqladı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40962/38/409623853_160:0:1341:886_1920x0_80_0_0_0980a5640cb7fa1884db7156ff1f0759.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
din ağcabədidə iki il əvvəl baş verən qətl barədə məlumat yayıb
din ağcabədidə iki il əvvəl baş verən qətl barədə məlumat yayıb
Azərbaycanda rezonans doğuran qaynana qətli haqda - DİN yeni məlumat açıqladı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə S.Cəfərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
BAKI, 12 fevral — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Ağcabədidə iki il əvvəl baş verən qətl barədə məlumat yayıb.
DİN-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, 2020-ci il fevral ayının 23-də Ağcabədi Rayon Polis Şöbəsinə rayon sakini, 1962-ci il təvəllüdlü Fəxrəndə İbrahimovanın yaşadığı evdə pilləkəndən düşərkən yıxılaraq ölməsi barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri nəticəsində qadının həmin gün saat 1 radələrində Yevlax rayon sakini Seymur Cəfərov tərəfindən boğularaq öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə S.Cəfərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Ağcabədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır.