Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Anqlosakslar müharibə istəyirlər – Zaxarova

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 12.02.2022
Abunə olmaq
Pentaqon bir az əvvəl məlumat yayıb ki, daha 3000 amerikalı hərbçi gələn həftə Polşaya göndəriləcək.
BAKI, 12 fevral – Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ hərbçilərinin Polşaya göndərilməsini ABŞ-ın isterikası adlandırıb.

Onlar müharibə istəyirlər

“ABŞ-ın isterikası hər zamankından daha çox nəzərə çarpır. Anqlosakslar müharibə istəyirlər. Amerikanın hərbi-siyasi maşını insan ömürlərini əzməyə hazırdır”, - Zaxarova deyib.
Pentaqon bir az əvvəl məlumat yayıb ki, daha 3000 amerikalı hərbçi gələn həftə Polşaya göndəriləcək. Qurumdan verilən məlumata görə, Pentaqon rəhbəri Lloyd Ostin ABŞ 82-ci hava-desant diviziyasının qalan 3 minini Polşaya göndərmək barədə əmr verib.
Qeyd olunur ki, hərbçilər yaxın günlərdə Fort-Breqq hərbi bazasından aviasiya ilə yola salınacaqlar: “Onların Polşaya gələn həftənin əvvəli çatması planlaşdırılır”.
Rusiya XİN-dən həmçinin qeyd ediblər ki, qərb mətbuatı “Rusiyanın təcavüzü” barədə həqiqətə uyğun olmayan məlumatlar yaymaqla ölkələrinin isyasi sifarişini yerinə yetirir.
Xarici siyasət idarəsində əmindirlər ki, Qərb öz aqressiyasından nəzərləri yayındırmaq üçün Ukrayna ətrafında süni gərginlik yaratmaq üçün plan qurub.

İstənilən ssenariyə hazırlıq

NATO Baş katibi Yens Stoltenberq isə Ukrayna ətrafında “istənilən ssenariyə” hazır olduqlarını bəyan edib.
Stoltenberq ABŞ prezidenti və digər qərb ölkələrinin liderləri ilə “Ukraynaya qarşı yüksək təcavüz riskini” müzakirə etdiyini deyib. Bu barədə o, Twitter-də yazıb.
Onun sözlərinə görə, NATO “istənilən ssenariyə hazır olan tək fərd kimi qalır. NATO dialoqa açıqdır, bütün müttəfiqlərinin müdafiəsinə zəmanət verir”.

Putinlə danışmaq istəyi

Bu arada iki prezidentin Rusiya lideri Vladimir Putinlə telefonla danışmaq istədiyi barədə xəbərlər gəlir.
Frans-Press Yelisey sarayına istinadla bildirir ki, Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı ilə şənbə günü danışmaq istəyir. Danışığın Paris vaxtı ilə 12-yə planlaşdırıldığı deyilir.
Makron bu həftnin bazar ertəsi (fevralın 7-də) Putinlə Moskvada, çərşənbə axşamı isə Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmüş, sonra isə Berlinə yollaraq Almaniya kansleri və Polşa prezidenti ilə danışıqlar aparmışdı.
Amerika tərəfi də Moskvaya zəng vurmağı planlaşdırır. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Co Bayden şənbə günü, fevralın 12-də Putinə zəng etməyi planlaşdırır.
“Həqiqətən, amerika tərəfi Prezident Putinlə danışmaq istədiyini bildirib və sabah Moskva vaxtı ilə axşam iki prezidentin söhbəti planlaşdırılır”, - Peskov deyib.
O qeyd edib ki, sorğudan əvvəl Amerika tərəfi yazılı müraciət göndərib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Səfirlikləri boşaldır, insanları ora getməməyə çağırırlar - Ukraynada nə baş verir?
Xəbər lenti
0