https://sputnik.az/20220211/zengilan-hava-limaninda-hansi-isler-gorulur-439070627.html
Zəngilan hava limanında hansı işlər görülür?
Zəngilan hava limanında hansı işlər görülür?
Sputnik Azərbaycan
Zəngilan BHL-in aeronaviqasiya dəstəyi üzrə radiotexniki sistemləri üçün mühüm beynəlxalq kodlar və tezliklər alınıb. 11.02.2022, Sputnik Azərbaycan
2022-02-11T17:08+0400
2022-02-11T17:08+0400
2022-02-11T17:14+0400
cəmiyyət
azal
zəngilan
hava limanı
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437638328_176:732:2516:2048_1920x0_80_0_0_47293eb831fbe15c1f37cf88881575f4.jpg
BAKI, 11 fevral Sputnik. İşğaldan azad edilmiş ərazilər üzərində aeronaviqasiya xidmətinin bərpası layihəsinin həyata keçirilməsində növbəti uğurlu mərhələ əldə olunub.AZAL QSC-nin nəzdində fəaliyyət göstərən "Azəraeronaviqasiya" (AZANS) HHİ inşa edilən Zəngilan Beynəlxalq Hava Limanının aeronaviqasiya dəstəyi üzrə radiotexniki sistemləri üçün mühüm beynəlxalq kodların və tezliklərin alındığını elan edib.Qurumdan Sputnik Azərbaycan-a daxil olan məlumata görə, bu kodlar və radiotezliklər hava hərəkətinə nəzarət xidmətinin göstərilməsi, aviasiya meteoroloji məlumatlarının yayımının, rabitə sisteminin işə salınmasının, digər sistemlərin naviqasiyasının və radiolokasiyasının təmin edilməsi üçün olduqca zəruridir. Onlar naviqasiya avadanlıqlarının beynəlxalq sistemə inteqrasiyasını, müvafiq olaraq beynəlxalq uçuşların təhlükəsizliyini və müntəzəmliyini təmin edir.AZANS-ın əldə etdiyi kodlar və tezliklər, aviasiya tezliklərinin mənimsənilməsinin beynəlxalq koordinasiyasının təşkilini təmin edən SAFIRE sistemi və radiolokasiya kodlarının paylanmasını həyata keçirən MICA sistemi tərəfindən təsdiq edilmişdir. Onlar, həmçinin, qlobal elektron verilənlər bazasına daxil edilib.Hər iki sistem Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı – “EUROCONTROL” tərəfindən idarə olunur. Kodların və tezliklərin mənimsənilməsi proseduru bütün iştirakçı ölkələrlə razılaşdırılır.Qeyd edək ki, Zəngilan aeroportu yanvarın 21-də beynəlxalq məkan indeksləri kataloquna salınıb.Eləcə də oxuyun:Zəngilan aeroportu beynəlxalq məkan indeksləri kataloquna salınıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437638328_953:962:2401:2048_1920x0_80_0_0_1b9f011a32f6b2d6d2dc47614398e8c9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
zəngilan hava limanı beynəlxalq sistemə qoşulur
zəngilan hava limanı beynəlxalq sistemə qoşulur
Zəngilan hava limanında hansı işlər görülür?
17:08 11.02.2022 (Yenilənib: 17:14 11.02.2022) Zəngilan BHL-in aeronaviqasiya dəstəyi üzrə radiotexniki sistemləri üçün mühüm beynəlxalq kodlar və tezliklər alınıb.
BAKI, 11 fevral Sputnik. İşğaldan azad edilmiş ərazilər üzərində aeronaviqasiya xidmətinin bərpası layihəsinin həyata keçirilməsində növbəti uğurlu mərhələ əldə olunub.
AZAL QSC-nin nəzdində fəaliyyət göstərən "Azəraeronaviqasiya" (AZANS) HHİ inşa edilən Zəngilan Beynəlxalq Hava Limanının aeronaviqasiya dəstəyi üzrə radiotexniki sistemləri üçün mühüm beynəlxalq kodların və tezliklərin alındığını elan edib.
Qurumdan Sputnik Azərbaycan-a daxil olan məlumata görə, bu kodlar və radiotezliklər hava hərəkətinə nəzarət xidmətinin göstərilməsi, aviasiya meteoroloji məlumatlarının yayımının, rabitə sisteminin işə salınmasının, digər sistemlərin naviqasiyasının və radiolokasiyasının təmin edilməsi üçün olduqca zəruridir. Onlar naviqasiya avadanlıqlarının beynəlxalq sistemə inteqrasiyasını, müvafiq olaraq beynəlxalq uçuşların təhlükəsizliyini və müntəzəmliyini təmin edir.
“Çox qısa müddət ərzində Zəngilanda tikilən beynəlxalq hava limanı böyük nəqliyyat hava qovşağına çevriləcəkdir ki, bu da təkcə ölkənin deyil, bütün regionun iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynayacaq. Nəzərdə tutulan məqsəd çərçivəsində bu gün ICAO-nun müəyyən edilmiş standartlarına uyğun olaraq hava limanında aeronaviqasiya avadanlığının tətbiqi üzrə genişmiqyaslı işlər görülür”, – deyə AZAL-ın Prezidenti Cahangir Əsgərov qeyd edib.
AZANS-ın əldə etdiyi kodlar və tezliklər, aviasiya tezliklərinin mənimsənilməsinin beynəlxalq koordinasiyasının təşkilini təmin edən SAFIRE sistemi və radiolokasiya kodlarının paylanmasını həyata keçirən MICA sistemi tərəfindən təsdiq edilmişdir. Onlar, həmçinin, qlobal elektron verilənlər bazasına daxil edilib.
Hər iki sistem Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı – “EUROCONTROL” tərəfindən idarə olunur. Kodların və tezliklərin mənimsənilməsi proseduru bütün iştirakçı ölkələrlə razılaşdırılır.
Qeyd edək ki, Zəngilan aeroportu yanvarın 21-də beynəlxalq məkan indeksləri kataloquna salınıb.