https://sputnik.az/20220211/yeni-nesil-reqemsal-imza-transformasiyani-suretlendirecek---daha-bir-yenilik-439048189.html
Yeni nəsil rəqəmsal imza transformasiyanı sürətləndirəcək - daha bir yenilik
Yeni nəsil rəqəmsal imza transformasiyanı sürətləndirəcək - daha bir yenilik
Sputnik Azərbaycan
SİMA adlı rəqəmsal imza dövlət-özəl tərəfdaşlığı çərçivəsində - "Svort Technologies" və "Sinam" MMC-lərlə birgə hazırlanıb. 11.02.2022, Sputnik Azərbaycan
2022-02-11T10:29+0400
2022-02-11T10:29+0400
2022-02-11T10:29+0400
cəmiyyət
transformator
nazirlik
informasiya
imza
https://cdnn1.img.sputnik.az/img/42110/18/421101830_0:248:3072:1976_1920x0_80_0_0_6f9cb4e303b75ac1751efa6fb0753cfc.jpg
BAKI, 11 fevral — Sputnik. Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "AzInTelecom" MMC yeni nəsil rəqəmsal imzanın təqdimatını keçirib.Sputnik Azərbaycan xəbər verir ki, SİMA adlı rəqəmsal imza dövlət-özəl tərəfdaşlığı çərçivəsində - "Svort Technologies" və "Sinam" MMC-lərlə birgə hazırlanıb.Tədbirdə çıxış edən nazirin müşaviri Rəşad Bayramov deyib ki, yeni nəsil rəqəmsal imza ölkədə rəqəmsal transformasiya ilə bağlı görülən işlərin tərkib hissəsidir. SİMA vasitəsilə elektron hökumət xidmətləri, həmçinin banklar, bank olmayan kredit təşkilatları (BOKT), sığorta şirkətləri, mobil operatorlar, elektronika və məişət mağazaları, TV və internet provayderlər, bir sözlə elektron imza tətbiq olunan bütün sahələr üzrə xidmətlər, eləcə də məhsullar əldə etmək mümkün olacaq."Yeni məhsul Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirəcək, onlayn xidmətlərdən istifadəni təşviq edəcək", - deyə o qeyd edib."AzInTelecom"un İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Elxan Əzizov isə deyib ki, SİMA yaxın vaxtlarda vətəndaşların istifadəsinə veriləcək və hər kəs üçün əlçatan olacaq. Onun sözlərinə görə, mobil tətbiq vasitəsilə işləyən yeni nəsil rəqəmsal imzanı mobil cihaza endirmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir."AzInTelecom"un kommersiya direktoru Ruslan Əliyev isə bildirib ki, üztanıma, "açıq açar" və bulud texnologiyalarını birləşdirən SİMA biometrik autentifikasiyaya əsaslanır. Belə ki, istifadəçinin mobil tətbiqlə skan etdiyi şəxsiyyət vəsiqəsinin həmin şəxsə aid olub-olmadığı test edilir.Test əməliyyatı mobil cihazın veb-kamerası vasitəsilə üztanıma əsasında canlı şəkildə həyata keçirilir. Şəxsiyyət vəsiqəsindəki məlumatlar həmin şəxsə aid olduqda istifadəçiyə imza sertifikatı təqdim edilir, əks halda isə sorğuya imtina cavabı verilir.Tədbirdə bildirilib ki, SİMA xərclərinin azaldılması, vaxt itkisinin qarşısının alınmas, istənilən sistemə inteqrasiya oluna bilməsi, istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırması kimi üstünlüklərə malikdir. Daha sonra onun əldə edilmə proseduru nümayiş etdirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42110/18/421101830_0:0:2731:2048_1920x0_80_0_0_81c36fb90396bdf1f72b2a2c47a2db3f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirəcək yenilik
azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirəcək yenilik
Yeni nəsil rəqəmsal imza transformasiyanı sürətləndirəcək - daha bir yenilik
SİMA adlı rəqəmsal imza dövlət-özəl tərəfdaşlığı çərçivəsində - "Svort Technologies" və "Sinam" MMC-lərlə birgə hazırlanıb.
BAKI, 11 fevral — Sputnik. Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "AzInTelecom" MMC yeni nəsil rəqəmsal imzanın təqdimatını keçirib.
Sputnik Azərbaycan xəbər verir ki, SİMA adlı rəqəmsal imza dövlət-özəl tərəfdaşlığı çərçivəsində - "Svort Technologies" və "Sinam" MMC-lərlə birgə hazırlanıb.
Tədbirdə çıxış edən nazirin müşaviri Rəşad Bayramov deyib ki, yeni nəsil rəqəmsal imza ölkədə rəqəmsal transformasiya ilə bağlı görülən işlərin tərkib hissəsidir. SİMA vasitəsilə elektron hökumət xidmətləri, həmçinin banklar, bank olmayan kredit təşkilatları (BOKT), sığorta şirkətləri, mobil operatorlar, elektronika və məişət mağazaları, TV və internet provayderlər, bir sözlə elektron imza tətbiq olunan bütün sahələr üzrə xidmətlər, eləcə də məhsullar əldə etmək mümkün olacaq.
"Yeni məhsul Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirəcək, onlayn xidmətlərdən istifadəni təşviq edəcək", - deyə o qeyd edib.
"AzInTelecom"un İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Elxan Əzizov isə deyib ki, SİMA yaxın vaxtlarda vətəndaşların istifadəsinə veriləcək və hər kəs üçün əlçatan olacaq. Onun sözlərinə görə, mobil tətbiq vasitəsilə işləyən yeni nəsil rəqəmsal imzanı mobil cihaza endirmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir.
"AzInTelecom"un kommersiya direktoru Ruslan Əliyev isə bildirib ki, üztanıma, "açıq açar" və bulud texnologiyalarını birləşdirən SİMA biometrik autentifikasiyaya əsaslanır. Belə ki, istifadəçinin mobil tətbiqlə skan etdiyi şəxsiyyət vəsiqəsinin həmin şəxsə aid olub-olmadığı test edilir.
Test əməliyyatı mobil cihazın veb-kamerası vasitəsilə üztanıma əsasında canlı şəkildə həyata keçirilir. Şəxsiyyət vəsiqəsindəki məlumatlar həmin şəxsə aid olduqda istifadəçiyə imza sertifikatı təqdim edilir, əks halda isə sorğuya imtina cavabı verilir.
Tədbirdə bildirilib ki, SİMA xərclərinin azaldılması, vaxt itkisinin qarşısının alınmas, istənilən sistemə inteqrasiya oluna bilməsi, istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırması kimi üstünlüklərə malikdir. Daha sonra onun əldə edilmə proseduru nümayiş etdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.