Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Verilişdən təsirlənib etiraf etdi - Şabrandakı qətlin təfərrüatı

© Sputnik / Murad OrujovPolis əməkdaşları, arxiv şəkli
Polis əməkdaşları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.02.2022
Abunə olmaq
Qatil həyat yoldaşına anasını öldürmə səbəbi kimi valideyninin yüngül həyat tərzi keçirməsini bəhanə gətirib və buna dözməyərək hadisəni törətdiyini deyib.
BAKI, 11 fevral — Sputnik. Dünən Baş Prokurorluq tərəfindən haqqında məlumat verilən bir cinayət hadisəsindən bəzi təfərrüatlar məlum olub. Belə ki, Şabran rayon sakini 1990-cı il təvəllüdlü Elvin Dadaşov anası 1970-ci il təvəllüdlü Bəsti Əliyevanı 11 il əvvəl öldürüb həyətdə dəfn edibmiş.
Rayon sakinlərinin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, E.Dadaşov 1 fevral 2022-ci il tarixdə "ARB" televiziya kanalının "Səni axtarıram" verilişində Əfsanə Cəfərovanın qaynanası Faxrəndə İbrahimovanı itələməklə ölümünə səbəb olması barədə verilişə baxdıqdan sonra gecəler yata bilməməsini bildirib.
Verilişdən təsirlənərək özü də etiraf etmək qərarına gəlib. Həyat yoldaşına anasını öldürmə səbəbi kimi valideyninin yüngül həyat tərzi keçirməsini bəhanə gətirib və buna dözməyərək hadisəni törətdiyini deyib.
Onu da qeyd edək ki, E.Dadaşovun iki övladı var. O, rayonda sakit təbiətli, mərhəmətli biri kimi tanınır.
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 2011-ci ildə Şabran rayon sakini 1970-ci il təvəllüdlü Bəsti Əliyeva oğlu 1990-cı il təvəllüdlü Elvin Dadaşov tərəfindən qəsdən öldürülüb.
Elvin Dadaşov Şabran rayon prokurorluğunda dindirilərkən qeyd edilən tarixdə anası Bəsti Əliyevanı yaşadıqları mənzildə boğaraq öldürdüyünü, daha sonra onu həyətdə basdırdığını etiraf edib və meyiti basdırdığı yeri göstərib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə qeyd edilən ərazidə qazıntı işləri aparılmış və həmin yerdən insan skeleti sümükləri aşkar edilib.
Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Elvin Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Prokurorluq və polis orqanları tərəfindən əvvəlki illərdə törədilərək bağlı qalmış cinayətlərin açılması istiqamətində işlər davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
İsmayıllıda məktəbdə qan düşüb
Xəbər lenti
0